Müşəşəilər (ərəb: المشعشعية) Xuzistanın Hoveyzeh şəhərində 1435-ci ildən 1924-cü ilə qədər hökmranlıq edən şiə ərəb sülaləsi idi.[1] [2] İlkin başlanğıcda tayfa konfederasiyası, sonra isə tədricən qüdrətli Şiə İsmaili sülaləsinə çevrildilər.[3] Müşəşəilərin müstəqilliyinə 1508-ci ildə Səfəvi şahı I İsmayıl (h. 1501-1524) tərəfindən son qoyuldu. Şah İsmayıl yeganə qanuni şiə hökmdarı olduğunu iddia etdi. [2] Bundan sonra Müşəşəilər bir qayda olaraq əsrlər boyu İran hökmdarlığı altında vassal olaraq qaldı.[4]
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |