Müşfiq Hüseynov (idmançı)

Müşfiq Hüseynov (1980, Zəngilan, Azərbaycan) — Azərbaycan idmançısı. "Hap Ki Do" idman növü üzrə Dünya çempionu (2009). "Hap Ki Do" federasiyasının vitse-prezidenti.

Müşfiq Hüseynov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi
Doğum yeri
İdman növü Hap Ki Do

Həyatı[redaktə | mənbəni redaktə et]

Müşfiq Hüseynov 1980-ci ildə Zəngilan rayonunda anadan olub[1]. İdmanla 1993-cü ildən məşğul olur. O, 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Müxtəlif illərdə uşu, subakto, turan-do, taekvondo, hap ki do idman növləri ilə məşğul olub. Müşfiq Hüseynov bu idman növləri üzrə 8 qat ölkə çempionudur. 1997-ci ildə İsrailin Makkabi şəhərində əlbəyaxa döyüş üzrə dünya çempionu olub. Azərbaycan Hap Ki Do Federasiyasının prezidenti Süleyman Məmmədlinin rəhbərliyi altında şərq döyüş növlərinin sirlərinə yiyələnən idmançı 2004-cü ildən hap ki do üzrə yığma komandanın məşqçisidir[2]. Müşfiq Hüseynov həm də "Hap Ki Do" federasiyasının vitse-prezidentidir. İdmançı 2009-cu ildən dünya WOF (Dünya Şərq Döyüş Növləri Federasiyası) döyüş sənətləri üzrə dünya çempionatında qızıl medal qazanıb. 2011-ci ildə Türkiyədə hap ki do üzrə Avropa çempionu olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "http://olimpnews.az/5360/get+Pe%C5%9F%C9%99kar+idman%C3%A7%C4%B1lar+yeti%C5%9Fdir%C9%99n+m%C9%99%C5%9Fq%C3%A7i#.VyJnC4SLTIU". 2016-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-28.
  2. [1][ölü keçid]