Müasir Atlantik İncəsənət Mərkəzi

Müasir Atlantik İncəsənət Mərkəzi (ispan dilində:Centro Atlántico de Arte Moderno, qısaldılmış şəkildə — CAAM) — İspaniyanın Kanar adalarında müasir incəsənətin əsas muzeyi. Muzey Las-Palmas-de-Qran-Kanariya şəhərinin Beqeta rayonunda yerləşir.

Müasir Atlantik İncəsənət Mərkəzi
Centro Atlántico de Arte Moderno
Xəritə
Əsası qoyulub 4 dekabr 1989-cu il
Açılış tarixi 1989
Mövzu Müasir incəsənət muzeyi
Ölkə
Yerləşir İspaniya, Kanar adaları, Las-Palmas-de-Qran-Kanariya şəhəri
Kolleksiyası 2 600
28°06′03″ şm. e. 15°24′48″ q. u.HGYO
caam.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir Atlantik İncəsənət Mərkəzi mədəni siyasətinin əsas prinsipi 3 böyük mədəniyyət: Latın Amerikası, AfrikaAvropa mədəniyyətləri əsasında formalaşmış müasir Kanar mədəniyyətinin əsaslandığı "üç qitə" mədəniyyəti nəzəriyyəsinin tədqiq edilməsidir. Müasir Atlantik İncəsənət Mərkəzinin nəzdində fəaliyyət göstərən, incəsənətə, xüsusilə Latın Amerikası, Afrika mədəniyyətinin tarixinə həsr olunmuş, təxminən 57 000 cilddən ibarət ixtisaslaşmış ədəbiyyatdan ibarət la Biblioteca Centro de Documentación muzeyin əsas kolleksiyasının cəmləşdiyi kitabxanadır.

Muzeyin binası

[redaktə | mənbəni redaktə et]

Muzeyin XVIII əsrə aid binasının fasadı arxitektorlar Fransisko Xavyer Saens de Gizanın və Martin Çirionun layihəsi əsasında müasir üslubda yenidən qurulmuşdur[1].

Müasir Atlantik İncəsənət Mərkəzi 4 dekabr 1989-cu ildə, ilkin olaraq Qran-kanariya adasının hökuməti tərəfindən hədiyyə edilmiş Xose Migel Luxan Peres məktəblərinin fonduna daxil olan eksponatlar əsasında açılmışdır. 2000–2004-cü illərdə muzeyin kolleksiyasına 2000 eksponat əlavə edilmişdir. Hazırda muzeyin fondunda 2 600 daimi eksponat vardır.

  1. Guía del Patrimonio Arquitectónico de Gran Canaria, Cabildo de Gran Canaria, 2005. ISBN 84-8103-419-3