Müasir dini incəsənət muzeyi (italyan dilində:Collezione d'arte religiosa moderna) — 1973-cü ildə Vatikanda açılmış müasir dini incəsənət muzeyi. Muzeyin kolleksiyasının toplanmasına papa VI Pavelin əmri ilə başlanılmışdır. İlk 30 rəsm əsəri (1956–1957-ci illərdə) Corcia və Vatikan muzeylərindən biri olan Vatikan pinakotekində yerləşirdi. Sonralar bu kolleksiyanın bir hissəsi Borcio və Salette Borgia departamentlərində yerləşdirilmişdir.
Müasir dini incəsənət muzeyi | |
---|---|
Entrée des musées du Vatican | |
Əsası qoyulub | 1973 |
Açılış tarixi | 1973 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Vatikan |
41°54′12″ şm. e. 12°27′18″ ş. u.HGYO | |
Site officiel des Musées du Vatican | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin 55 zalında ayrı-ayrı rəssamlar və kolleksiyaçılar tərəfindən Vatikana hədiyyə edilmiş müasir incəsənət əsərləri: rəsmlər, heykəllər, tətbiqi incəsənət, qrafika, əsərləri nümayiş etdirilir. İlk kolleksiyada El Qrekonun, Simone Martininin, Tosinin, Mançininin və başqalarının əsərləri var idi.
Muzeyin kolleksiya fonduna bütün dünyanın rəssamlarının 800-ə yaxın rəssamının əsəri saxlanılır. Onların arasında Oqust Poden, Anri Matiss, Vinsent Van Qoq, Moris Deni, Salvador Dali, Paul Klee, Ernst Barlax, Maks Bekman, Mark Şaqal, Otto Disk, Oskar Kokoşka, Pablo Pikasso, Xose David Sikeyros, Odilon Redon, Moris Utrillo, Vasili Kandiyski, Jorj Brak, Amedeo Modilyani, Renato Quttuzo, Cakomo Balla, Bernar Byuffe, Corco de Kiriko, Corcio Morandi, Jorj Ruo, Eduardo Çilida, Frensis Bekon, Alfred Manesye və digər rəssamların əsərləri vardır.