Mübarək Gəray (krımtat. Mubarek Geray)(v. ən tezi 1632, Ədirnə, Osmanlı imperiyası) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddini.[1][2]
Mübarək Gəray | |
---|---|
13 noyabr 1631 – 24 iyun 1632 | |
Əvvəlki | Əzəmət Gəray |
Sonrakı | Mübarək Gəray |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | ən tezi 1632 |
Vəfat yeri | |
Atası | I Səlamət Gəray |
Ailəsi | Gəraylar |
Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından kiçik qardaşlarıyla birlikdə İstanbula göndərildi və burada böyüdüldü. Canıbəy Gərayın 1628-ci ildə ikinci dəfə xan təyin edilib Krıma göndərilməsinin ardından Mübarək Gəray da onunla birlikdə doğulduğu torpaqlara qayıtdı. 1629-cu ilin aprelində Krıma qarşı hücumlar tərtibləyən sabiq xan III Mehmed Gəray və qardaşı Şahin Gərayı Perekop yaxınlığında məğlub edən Mübarək Gəray, döyüş meydanından qaçan Şahin Gərayı təqib etməyə davam etdi. Onun ardından üsyankar xanzadəni dəstəkləyən noqay ordası və çərkəz diyarına basqınlar tərtibləyən Mübarək Gəray bölgədə mərkəzi hakimiyyəti gücləndirdi. Şahin Gəray Səfəvilərə sığınmağa məcbur oldu və Mübarək Gəray xeyli qənimətlə geri qayıtdı.
1631-ci ilin noyabrında qardaşı Əzəmət Gərayın kalqay təyin edilməsiylə, Mübarək Gəray ondan boşalan nurəddin ünvanını aldı. Ancaq çox keçmədən 24 iyun 1632-ci ildə Canıbəy Gərayla münasibətləri pisləşən qardaşı edam edildi. Üstəlik kalqayın qardaşları Mübarək Gəray və Səfa Gəray da xana xəyanətlə günahlandırıldı. Haqlarında çıxan edam qərarının ardından ailəsiylə birlikdə qaçan xanzadələr öncə Perekop, daha sonra isə Kəfəyə sığındılar. İğtişaşlar zamanı Mübarək Gərayın ələ keçirilən İnayət və Adil adlı 2 oğlu Canıbəy Gərayın əmriylə öldürüldü.
Osmanlı mülkü hesab edilən Kəfəyə sığınan Mübarək Gəray daha sonra Ədirnəyə gətirildi və qalan ömrünü burada keçirdi. Qalan həyatıyla bağlı məlumat yoxdur.