Gəraylar (Geraylar, Giraylar[2] (əski ərəb əlifbası ilə: كرایلر; tək halda: (Gəray) كراى) — Krımda, XV əsrin əvvəllərindən 1783-cü ilə qədər — Krım xanlığının Rusiya imperiyası tərəfindən işğalına qədər, hakimiyyətdə olmuş hökmdar sülaləsi.
Gəraylar | |
---|---|
Ölkə | |
Hissəsidir | Borucigin, Çingizlilər |
Banisi | I Hacı Gəray |
Sonuncu hökmdar | Şahin Gəray |
Hazırkı rəhbər | Cəzzar Pamir Gəray |
Əsası qoyulub | 1441 |
Milliyyət | Krım tatarları |
Titullar | |
|
Sülalənin banisi Krımın ilk xanı olmuş I Hacı Gəraydır. O, uzun müddət Krımın Qızıl Ordadan ayrılması və müstəqilliyi uğrunda mübarizə aparmışdır. I Hacı Gərayın nəsil şəcərəsi barədə bir neçə versiya mövcuddur ki, bu da tarixçilər arasında mübahisələrə yol açır. Gərayların özlərinin rəsmi açıqlamalarına görə onlar Çingiz xanın nəslindəndirlər. Amma ehtimal var ki, əslində I Hacı Gəray heç də Çingiz xan nəslindən yox, əslində məşhur monqol-türk mənşəli gəraylar nəslindən idi və onun Çingiz xan nəslindən olması sonradan uydurulmuşdur.
Bu sülələnin bəzi nümayəndələri isə Kazan, Həştərxan və Qasım xanlıqlarında hakimiyyətdə olmuşlar.
Sülalənin nümayəndələrində biri - Dövlət Gəray, tarixdə daha çox, Rus çarı İvan Qroznı ilə etdiyi müharibələri ilə yadda qalmışdır.
Hal-hazırda bu nəsildən olan və Londonda yaşayan Cəzzar Pamir Gəray Krım taxtının qanuni varisi hesab edilir.
Bu söz, sülalənin banisi olan I Hacı Gərayın adı idi və I Hacı Gərayın 6-cı oğlu olan I Mənqli Gəray tərəfindən soyadı kimi qəbul edilmişdir, - mənası "doğru", "ədalətli" deməkdir.