Mübariz Ağali oğlu Əsgərov (20 yanvar 1962, Ucar) — telejurnalist, prodüser, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.
Mübariz Əsgərov | |
---|---|
Əsgərov Mübariz Ağali oğlu | |
Doğum tarixi | 20 yanvar 1962 (62 yaş) |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
İxtisası | jurnalistika - televiziya |
Təhsili | Moskva Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist, prodüser, ssenarist, yazıçı |
Fəaliyyət illəri | 1992-indiyədək |
Tanınır | Qulp və Rezonans verilişlərinin müəllifi, aparıcısı |
Mükafatları |
Mübariz Əsgərov 1962-ci il yanvarın 20-də Ucar şəhərində anadan olub. Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist[1] adına layiq görülüb. Ailəlidir, 3 övladı var.
1992-1998-ci illərdə AzTV-də[2] və 1998-ci ildən ANS TV-də layihə rəhbəri vəzifəsində çalışıb. Qulp satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARBTV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olmuşdur. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.
29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.[3]