1 mətbuat konfransının tarixi — qısametrajlı sənədli film.
1 mətbuat konfransının tarixi | |
---|---|
1 mətbuat konfransının tarixi | |
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Ruslan Mollayev |
Prodüser | Anar Həsənov |
Operatorlar |
Ramil Əzizov Müşfiq Əliyev Elçin Məmmədov Andrey İvanov |
İstehsalçı | Qulp studio |
İlk baxış tarixi | 2015 |
Filmin digər adı | Bir mətbuat konfransının tarixi |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 45 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2015 |
Rəng | rəngli |
Film Qulp studioda[1] istehsal edilmişdir. Film tariximizdə önəm daşıyan bir mətbuat konfransından bəhs edir. 1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi. Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir.
1990-cı il 20 yanvar faciəsindən bir gün sonra o vaxtlar Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Rusiya rəhbərliyini bu faciənin baş verməsində ittiham etdi.[2] Məhz bu tarixi mətbuat konfransı şahidlərin xatirələri ilə filmin əsasını təşkil edir.
1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıya qoşun yeridiləndə [3] həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək nümayəndəliyin qapısını sındırıb içəri girdilər. Azərbaycanlı həmvətənlər tanıdıqları bütün qurumlara bu hadisə barədə məlumat verməyə başladılar. Artıq səhər saatlarında nümayəndəliyin önü adamlarla dolmuşdu. Beləliklə, burada məbuat konfransı təşkil edildi və Heydər Əliyev bu konfransda sərt nitqilə baş verən faciədə birbaşa o vaxtki rəhbərliyi günahlandırdı.[4] Bu çıxışdan sonra ona qarşı təzyiqlər edilməyə başlandı. Həmçinin, 1990-cı ilin yanvarında baş verən hadisəylə bağlı Moskvada azərbaycanlıların etiraz yürüşü keçirildi.[5]
Heydər Əliyev Moskvada mətbuat konfransında faciəyə ilk dəfə siyasi qiymət verdi. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.[1]
Müəllif: Mübariz Əsgərov
Rejissor : Ruslan Mollayev
Operator: Ramil Əzizov, Müşfiq Əliyev, Elçin Məmmədov, Andrey İvanov
Prodüser: Anar Həsənov
Azərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı