Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur.
Mücrü | |
---|---|
Fayl:Mücrü (film, 1973).jpg | |
Janr |
dram musiqili |
Rejissor | Nazim Dadaşov |
Ssenari müəllifi | Gülhüseyn Hüseynoğlu |
Baş rollarda |
Ofeliya Sənani — ana Hafiz Fətullayev — ata Məhluqə Sadıqova — ananın anası |
Operator | Fuad Fərzəliyev |
Bəstəkar | Fikrət Əmirov |
Rəssam | Oleq İbrahimov |
İstehsalçı | "Azərbaycantelefilm" |
İlk baxış tarixi | 1973 |
Filmin növü | qısametrajlı bədii televiziya filmi |
Müddət | 16,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1973 |
Texniki məlumatlar |
2 hissə 35 mm |
Rəng | ağ-qara |
Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.