Lütfi Məmmədbəyli

Məmmədbəyov Lütfi Şahbaz oğluAzərbaycan aktyorurejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991).[1]

Lütfi Məmmədbəyov
Digər adları Lütfü Məmmədbəyli
Lütfü Məmmədbəyov
Doğum tarixi
Doğum yeri Ağdaş, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1991 "Şöhrət" ordeni — 1997
IMDb ID2364989

Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib.[2][3]

Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir.[2][3]

Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib.[2][3]

Lütfi Məmmədbəyov televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru o cümlədən “Göz həkimi”, “Yağışdan sonra”, “Səninlə sənsiz”, “Yad qızı” kimi əsərlərin rejissoru olub. Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Səhər”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb.[2][3]

Lütfi Məmmədbəyli respublikada televiziya serialları çəkən ilk rejissordur. Rejissor 1993-cü ildə yazıçı Əlibala Hacızadəninİtkin gəlin” əsəri əsasında 12 seriyalı filmə quruluş vermişdir. Daha sonra 6 seriyalı “Dodaqdan qəlbə” (1998), yenə də 6 seriyalı “Yağışdan sonra” (1998) seriallarını çəkmişdir.[2][3]

Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə Bakıda vəfat edib.[2][3]

  1. Ağasadıq Gəraybəyli (film, 1974)
  2. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası)
  3. Atayevlər ailəsi (film, 1978)
  4. Bəxtiyar (film, 1955)
  5. Duel (film, 1995)
  6. Göz həkimi (film)
  7. İtkin gəlin (film, 1994)
  8. Kişilər (film, 1979)
  9. Qızmar günəş altında (film, 1957)
  10. Leyli və Məcnun (film, 1961)
  11. Mehmanxana sahibəsi (film, 1978)
  12. Mücrü (film, 1973)
  13. O olmasın, bu olsun (film, 1956)
  14. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  15. Sehrli xalat (film, 1964)
  16. Səhər (film, 1960)
  17. Taleyin qisməti (film, 1996-1997)
  18. Unudulan adam (film, 1987)
  19. Yad qızı (film, 1990)
  20. Yağışdan sonra (film, 1998)
  21. Yeni il gecəsində (film, 1958)
  22. İnanmırsansa... (televiziya tamaşası,1984)
  23. Həmyerlilər ( film-tamaşa,1998)
  1. "M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1991-ci il tarixli, 217 nömrəli Fərmanı Arxivləşdirilib 16 avqust 2022 at the Wayback Machine  (az.)
  2. 1 2 3 4 5 6 "Əlamətdar və tarixi günlər təqvimi" (PDF) (Azərbaycan). anl.az. 25.12.2020 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 4 5 6 "Lütfi Məmmədbəyli" (Azərbaycan). anl.az. 2.1.2021 tarixində arxivləşdirilib.
  4. Lütfi Məmmədbəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 mart 1997-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  5. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.