"Müharibə sənəti", "Hərb sənəti", "Savaş sənəti" (çin. 孫子兵法) — Çin hərb nəzəriyyəçisi və strateqi Sun Dzı (E.ə. 544 — E.ə. 496) tərəfindən yazılmış traktat. "Müharibə sənəti" hərbi strategiyaya və siyasətə aid məlum olan qədim çin traktatları arasında ən qədimisidir. Əsər on üç fəsildən ibarətdir.
Müharibə sənəti | |
---|---|
çin. 孫子兵法 | |
Müəllif | Sun Dzı |
Janrlar | iqtisadiyyat[1], traktat |
Orijinalın dili | Çin dili |
Ölkə | Çin |
Vikianbarda əlaqəli mediafayllar |
Ənənəvi olaraq kitabın əfsanəvi sərkərdə və strateq Sun Dzı tərəfindən yazıldığı iddia edilir. Buna görə də tartktatın uzun müddət E.ə. VI əsrin axırı — E.ə. V əsrin əvvələrində yazıldığı güman edilirdi (E.ə. 514–495, güman ki, E.ə. 510). Ancaq 1972-ci ildə Han sülaləsi (E.ə. 206–220) dövrünə aid olan məzarda aşkar olunmuş Sun Dzının yeni geniş variantı onun yaranmasını e.ə. V əsrin ikinci yarısına aid edir. Buna baxmayaraq son 30 il ərzində həm çin həm də qərb alimlərinin apardığı tədqiqatlar onu göstərir ki, traktat E.ə. IV əsrdə Dzi dövlətində yaşamış Sun Bin adlı bir sərkərdə tərəfindən tərtib edildiyini göstərir.[2]
Konfüçyüsçü təməllərinə əsaslanan Sun Dzinin bu əsəri ızündə beş başlıca prinsipi birləşdirir. Əsərdə müharibə (bin) bir tərəfdən "böyük dövlət işi", "həyat və ölüm mənbəyi, mövcud və məhv olmaq yolu (dao)" kimi, digər tərəfdən isə "xəyanət yolu" kimi qiymətləndirilir.
Bu beş prinsip yeddi elementdən ibarətdir:
Fəsil | Adı[3] | Adı[4] |
---|---|---|
I | İlkin hesablamalar | Başlanğıc hesablamalar |
II | Müharibənin aparılması | Müharibənin aparılması |
III | Strateji hücum | Hücumun planlaşdırılması |
IV | Geyim | Hərbi geyim |
V | Güc | Strateji güc |
VI | Dolğunluq və boşluq | Boşluq və dolğunluq |
VII | Müharibədə döyüş | Müharibə döyüşü |
VIII | Doqquz dəyişikliklər | Doqquz dəyişikliklər |
IX | Yürüş | Ordunun manevr edilməsi |
X | Ərazinin şəkili | Ərazinin şəkili |
XI | Doqquz ərazi | Doqquz ərazi |
XII | Atəş hücumu | Atəş hücumları |
XIII | Cəsuslardan istifadə etmə | Cəsuslardan istifadə etmə |
İlkin/başlıca hesablamalar beş əsas faktrdan (yol, ilin fəsli, məkan, rəhbərlik və idarəetmə) və yeddi elementdən ibarətdir. Bunlarda hərbin taleyini həll etmiş olurlar. Bütün bu faktor və elementlərin düzgün tətbiqi və istifadəsi qələbə şansını artırmış olur. Mətndə qeyd olunur ki, hərv zaxud müharibə dövlət üçün ciddi məsələdir və qezd olunan lazımları nəzərə almadan başlanılmamalıdır.
Müharibə ildrımsürətli aparılmalıdır. Hələ uzun-uzadı müharibə dövlətə xeyir gətirməyib.
Strateji hücum dedikdə rəqib ordusunu məhv etmək deyil əksinə ona yiyələnmək və fəth etmək nəzərdə tutulur. Bu zaman rəqibin məqsədini əlindən almaq və onu müttəfiqsiz qoymaq və bundan sonra rəqib ordusunu məhv etmək məqsədini ortaya qoymaq lazımdır. Uzun müddət qalaya hücum edib onu mühasirədə saxlamaq ən pis hal sayılır. Belə ki, ilk növbədə vaxt itkisi müharibənin uzanmasına, digər tərəfdən isə uğura əminsizliyə və çoxlu qüvvə itkisinə gətirib çıxardır. Bu fəsildə qüvvələr nisbətinin qənaətbəxş ya qeyri qənaətbəxş olmasına, onların nisbətinə, sərkərdələrin səriştəsinə — müharibə qaydalarına və təcrübəsinə malik olub olmamasına xüsusi yer verilmişdir.
Hərbi geyim və həmcinin hərbi hazırlılıq fəsildə komandan və sərkərdələrin öz qüvvələrini qorumaq üçün zireh, sürsat və təhlükəsiz yerin möhöm əhəmiyyət daşıdığı göstərilir. Bütün bunlar sərkərdə və komandanlara rəqibin imkanlarını azaltmaqla öz strateji imkanlarını artırmağa gətirib çıxartmış olurlar.
Güc tək əldə olan qüvvələrin miqdarı və çeşidi ilə deyil eyni zamanda onlardan taktiki istifadə etməklə əldə olunan üstünlükdən faydalanmaqla ölçülür.
Dolğunluq və boşluq dedikdə rəqibin güclü və zəif cinah və tərəfləri nəzərdə tutulur ki, bu da öz nüvbəsində bütün taktiki gedişlərin əsasını təşkil edir.
Müharibədə döyüş dedikdə sərkərdələrin strateji və taktiki məharəti, təşkilati və idarəetmə bacarığı, müharibənin psixoloji faktorlarına yiyələnmək və onlardan istifadə etmək və məqsədə çatmaq qabiliyyəti nəzərdə tutulur ki, bunlar da qələbəni doğurmuş olurlar.
Doqquz dəyişikliklər dedikdə fəsildə ordunun ras gələ biləcəyi müxtəlif situasiya yaxud vəziyyətlər və onlardan necə baş çıxarmaq yolları nəzərdə tutulur. Belə ki, rəqibin naməlum ərazisiə daxil olarkən nələri fikir vermək və nələri ciddi nəzərə almaq lazımdır.
Yürüş dedikdə fəsildə ordu və ordugahın müxtəlif döyüş vəziyyətlərindən asılı olaraq yerləşdirilməsi və rəqibin arxasına keçib ona nəzarətin təşkili nəzərdə tutulur.
Bu fəsildə ərazinin qiymətlənirilməsi onun imkanlarından taktiki və strateji gedişlərin və əməliyyatların qurulması üçün istifadə edilməsi izah olunur.
Doqquz müxtəlif ərazi doqquz müxtəlif şərait deməkdir ki, burada öz bələd olduğun ərazidə müharibənin aparılmasını izah olunur.
Atəş hücumu fəslində sözün əsl və məcazi mənasında odla(u) hücum etmək yolları təsvir edilməkdədir.
Cəsuslardan istifadə etmə fəslində kəşfiyyatın üstünlükləri, xüsusiyyətləri və imkanları izah edilir. "Müharibədə mütləq cəsuslardan istifadə edib, rəqibib durumunu onlardan öyrən".
Sətirlərdə çin aforizm və atalar sözlərinə rast gəlinir.
Qısa forması:
|
|