Mükəmməl Dünya (ing. Absolute World və ya Merilin Monro Towers) 2012-ci ildə Kanadanın Mississauc şəhərində tikilmiş göydələnlər.[1] Bina Fernbruk Ev və Şəhər İnkişaf Qrupu (FHCDG) tərəfindən tikilib. 5 göydələndən ibarətdir, əsas və məşhur olan iki göydələnin mərtəbə sayı 56 və 50-dir.
Yaşayış binası | |
"Mükəmməl Dünya" | |
---|---|
"Absolute World" | |
| |
43°35′40″ şm. e. 79°38′07″ q. u. | |
Ölkə | Kanada |
Region | Ontario |
Şəhər | Mississauc |
Tikilmə tarixi | 2012 |
Mərtəbə sayı | 56 və 50 |
Aidiyyatı | Fernbruk Ev və Şəhər İnkişaf Qrupu |
Memar | Ma Yansonq |
Vəziyyəti | İstifadə olunur |
Vikianbarda əlaqəli mediafayllar |
28 noyabr 2006-cı ildə Mississauc Şəhər Dizayn Mükafatlarının verilməsi mərasimində Mississauc şəhər mayoru Eyzel MakKolin gələcəkdə Bernhemtrop Road və Hurontario küçəsində tikilməli olan və şəhərin simvoluna çevriləcək binanın layihəsinin hazırlama müsabiqəsini elan etdi. Müsabiqədə 70 ölkədən 600-ə yaxın iştirakçı qatıldı. 6 finalçının adı 30 yanvar 2007-ci ildə saat axşam 12:00-da Torontodakı BCE Sarayında açıqlandı.
Finalçıların hər biri Mississaucun ən hündür və 50 mərtəbədən yüksək olacaq bina layihəsi üçün qonarar ödədi. Daha sonra layihələr ictimaiyyət tərəfindən qiymətləndirilməsi üçün "Square One" Ticarət Mərkəzində nümayiş olundu. Səsvermə isə 22 mart 2007-ci ildə bitdi. Qalib 28 mart 2007-ci il saat 10:30-da CN qülləsindən elan olundu. Qalib çinli memar Ma Yansonq seçildi. O, buna görə 125.000$ qazandı.
2010-cu ildə göydələnlərin tikintisi başlamış və 2012-ci ildə başa çatmışdır. Tikinti zamanı göydələnlər quruluşuna görə aktrisa Merilin Manronu xatırlatdığı üçün göydlənləri onun adıyla çağırmaya başladılar. 14 iyun 2012-ci ildə Çikaqoda yerləşən CTBUH təşkilatı, göydələnləri dünyanın ən yaxşı müasir göydələnləri kimi seçmişdir.[2]
Hər iki bina o.h. 209 dərəcə burulmuş vəziyyətdədir.[3]
Mərtəbə | Dərəcə | Mərtəbə | Dərəcə | Mərtəbə | Dərəcə | Mərtəbə | Dərəcə | |||
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | -10° | 15 | 15° | 29 | 74° | 43 | 168° | |||
2 | -9° | 16 | 18° | 30 | 82° | 44 | 171° | |||
3 | -8° | 17 | 21° | 31 | 90° | 45 | 174° | |||
4 | -7° | 18 | 24° | 32 | 98° | 46 | 177° | |||
5 | -6° | 19 | 27° | 33 | 106° | 47 | 180° | |||
6 | -5° | 20 | 30° | 34 | 114° | 48 | 183° | |||
7 | -4° | 21 | 33° | 35 | 122° | 49 | 186° | |||
8 | -3° | 22 | 36° | 36 | 130° | 50 | 189° | |||
9 | -2° | 23 | 39° | 37 | 138° | 51 | 192° | |||
10 | 0° | 24 | 42° | 38 | 146° | 52 | 194° | |||
11 | 3° | 25 | 45° | 39 | 154° | 53 | 195° | |||
12 | 6° | 26 | 50° | 40 | 159° | 54 | 196° | |||
13 | 9° | 27 | 58° | 41 | 162° | 55 | 197° | |||
14 | 12° | 28 | 66° | 42 | 165° | 56 | 198° |