Münhen və Frayzinq arxiyeparxiyası (alm. Erzbistum München und Freising, lat. Archidioecesis Monacensis et Frisingensis) — Almaniyanın Bavariya əyalətindəki Roma Katolik Kilsəsinin inzibati vahidi.[1][2] Münhen və Frayzinq arxiyepiskopu tərəfindən idarə olunur. Onun iki inzibati baş kafedralı var — Münhen kafedralı və Frayzinq kafedralı.
Münhen və Frayzinq | |
Məlumat | |
---|---|
Ölkə | Almaniya |
Ərazi | 11,998 km2 |
Kilsə üzvü sayı | 1,740,300 |
Qurulub | təq. 739 |
Baş kafedral məbədi | Münhen kafedralı |
Ordinar dərəcəsi | Arxiyepiskop |
Sayt | erzbistum-muenchen-und-freising.de — erzbistum-muenchen-und-freising.denin rəsmi saytı |
Arxiyepiskop | Rayndhard Maks |
İnzibati vahid kimi təxmini 739-cu ildə Frayzinq yeparxiyası kimi Müqəddəs Bonifatsi tərəfindən yaradılmış və daha sonra knyaz-yepiskopluq olmuşdur. Yeparxiya 1803-cü ildə Müqəddəs Roma İmperiyasının dağılmasından sonra ləğv edildi, buna baxmayaraq yepiskop titulyar olaraq hakimiyyətə iddia edirdi. 1818-ci il aprelin 1-də Papa VII Piy yeparxiyanı Frayzinq deyil, Münhendəki yeni iqamətgahı ilə arxiyeparxiyaya yüksəltdi.
Baş yeparxiya 758 prixoda və ilə qırx dekanlığa bölünür. Onun suffraqan yepiskopları Auqsburq yepiskopu, Passau yepiskopu və Regensburq yepiskopudur. Arxiyeparxiyanın ən məşhur arxiyepiskopu, Papa XVI Benedikt seçilən Jozef Ratzinger idi. Münhen və Freising arxiyepiskoplarının iqamətgahı Münhendəki Holnşteyn sarayıdır.