Müqəddəs Georgi kilsəsi – Qax rayonunun Qaxingiloy kənd ərazisində yerləşən gürcü-pravoslav kilsəsi.[1] 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilmişdir.[1] Kilsə binasının ərazisi 120 m2-dir.[1] Kilsə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.[1] Orada dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.[1] 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyev kilsəni ziyarət etmişdi.[2]
Müqəddəs Georgi kilsəsi | |
---|---|
41°25′32″ şm. e. 46°56′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Qaxingiloy kənd ərazisi |
Aidiyyatı | Qax və Kürmük yeparxiyası |
Tikilmə tarixi | 1888 |
Sahəsi | 120 m2 |
Vəziyyəti | istifadə olunur |
İstinad nöm. | 4569 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qax və Kürmük yeparxiyasının baş kafedralıdır. Kilsənin arxiyereyi Pyotr (Xumaraşvili)dir.[3]