Qaxingiloy — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Qaxingiloy | |
---|---|
41°25′34″ şm. e. 46°56′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 656 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1792 (2012) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ3419[1] |
Kəndin əsası 1897-ci ildə qoyulmuşdur.[2]
Qaxingiloy oyk., mür. Qax r-nunun eyni adlı i.ə.v.-də kənd. Gürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Bu oykonim Qax şəhərinin adından və ingiloy etnonimindən ibarət olub, “Qaxın ingiloylar yaşayan hissəsi” mənasındadır. Bu da Azərbaycan türklərinin yaşadığı Qaxmuğal hissəsindən fərqləndirilməsi üçündür. Mənşəcə qədim alban tayfalarından biri olmuş və erkən orta əsrlərdə Şərqi Gürcüstanın güclü təsiri altında gürcü dilini qəbul etmiş ingiloyların məskun olduqları kəndlərdəndir.[6]
Kənddə "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir.[7]
Qax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |