Havariyyun Kilsəsi (Müasir Yunanca: Άγιοι Απόστολοι; Rom: Agioi Apostoloi, azərb. Müqəddəs Həvarilər) İstanbulda 550-ci ildə inşa edilmiş bir xristian bazilikasıdır. Həm də imperiya polandriyası olaraq da tanınır. Dördüncü təpənin zirvəsindən Konstantin divarlarına 400 metr məsafədə inşa edilmişdir. Konstantinopol Osmanlı tərəfindən zəbt edildikdən sonra qısa müddət Yunan Ortodoks Patriarxlığı olaraq istifadə edilmişdir. 1461-ci ildə dağıdılmış və sonra onun yerində Fateh məscidi tikilmişdir.[1] Əli Saim Ülgen, Halim Baki Kunter ilə hazırladığı Fatih Məscidi adlı məqaləsində məscidin kilsə üzərində inşa edilmədiyini bildirmişdir.[2] İmperatorlara və müqəddəs şəxslərə məxsus sarkofaqlar İstanbul Arxeologiya Muzeyində saxlanılır.[3]
Şərqi pravoslav kilsəsi | |
Müqəddəs Həvarilər kilsəsi | |
---|---|
Ἅγιοι Ἀπόστολοι | |
Həsr olunub | Həvarilər |
Ölkə | |
Tikdirəni | |
Üslubu | Bizans memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Antakya və Qarsda da Həvarilər Kilsəsi mövcuddur. Qarsdakı bina bu gün məscid kimi istifadə olunur.