Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir.
On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun[1]. İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var.
İncildə sıralanan on iki həvarilər bunlardır[2]:
İuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur[3]:
Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi:
"Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.
Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü.
Bu adam etdiyi haqsızlığın haqqına bir tarla satın aldı, sonra da oradan kəlləmayallaq aşıb qarnı yırtıldı və bağırsaqları töküldü.
Bütün Yerusəlim əhalisi bunu eşitdi və o yeri öz dillərində "Haqal-Dema", yəni "Qan tarlası" adlandırdı.
Axı Zəbur kitabında yazılıb:
"Məskəni viran olsun,
Kimsəsiz, boş qalsın" və
"Vəzifəsini başqası tutsun".
Buna görə də Rəbb İsanın aramıza gəlib-getdiyi müddət ərzində, yəni Yəhyanın vəftizindən başlayaraq Rəbb İsanın göyə qaldırıldığı günə qədər yanımızdakılardan bir kişi Onun dirilməsinə bizimlə birgə şahid olmalıdır".
Beləliklə, iki nəfəri – Barsabba çağırılan, həm də Yust adlanan Yusifi və Mattiyanı namizəd göstərdilər.
Sonra dua etdilər: "Ya Rəbb, Sən hamının ürəyindən xəbərdarsan. Bu iki nəfərdən birini seçib bizə göstər ki,
qoy onlardan biri bu xidmətə – həvari vəzifəsinə keçsin. Çünki Yəhuda öz yerini tutsun deyə bu işi atdı".
Sonra püşk atdılar. Püşk Mattiyaya düşdü və o, həvari sırasına – on bir nəfərin yanına keçdi.
No | Adı | Adının yunancası və oxunuşu | Ləqəbi | Vəfat səbəbi və yeri | Yaşadığı tarix | Xatirəsinə qeyd olunan gün |
1 | Şimon | Σίμων ο Κανανίτης, Simon o Kananitis | Pyotr | |||
2 | Andrey | Ανδρέας, Andreas | 30 noyabr | |||
3 | Böyük Yəqub | 25 iyul | ||||
4 | İoann | Ιωάννης, Yoannis | 27 dekabr | |||
5 | Filip | Φίλιππος, Filipos | 1 may | |||
6 | Varfolomey | Βαρθολομαίος, Vartolomeos | 24 avqust | |||
7 | Tomas | Θωμάς, Tomas | Hindistanda nizə ilə öldürülüb. | 21 dekabr | ||
8 | Matta | Efiopiyada qılıncla öldürülüb. | 21 iyun | |||
9 | Matias (həvari) | Ματθίας, Mathias | ||||
10 | Yəqub | Ιάκωβος ο Μικρός, Yakovos o Mikros | Ş. P. K. 10 oktyabr, Q. K. 1 may | |||
11 | Faddey | Ιούδας, Yudas | ||||
12 | Şimon |
Həvari Paul On İkilərdən deyil idi. Lakin həvariliyə İsa Məsih tərəfindən təyin edildiyini deyirdi.[4] Digər həvarilər və möminlər onun həvari olduğunu təsdiq etmişlər. Paul özü onun vasitəsilə baş verən "əlamətlər, xariqələr və möcüzələri", həm də onun göstərdiyi "böyük dözümlülüyü" onun həvariliyinin "nişanələri" olduğunu deyirdi.[5]
Paul əvvəllər xristianları təqib və həbs edtiyinə görə, "mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm" deyirdi.[6]
Onun Məsihə iman gətirməsindən Həvarilərin İşləri 9-cu fəslində yazılmışdır:
Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib
ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun.
Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı.
Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: "Şaul, Şaul, niyə Məni təqib edirsən?"
Şaul ona dedi: "Ey Ağam, Sən kimsən?" O cavab verdi: "Mən sənin təqib etdiyin İsayam.
Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək".
Xristian ənənəsinə görə, həvari Yəhya istisna olmaqla On İki Həvarilərin hamısı əzabkeş ölümü ilə ölmüşlər. Əhdi-Cədiddə yalnız Yaqubun ölümündən bəhs olunur.[7] Digər həvarilərin ölümü haqqında ənənədən öyrənirik[8]:
İsa Məsihdən başlayan xristianlıqda həvarilər təməl rol oynamışlar. Xristian kilsəsi pravoslav, katolik və protestant məzhəbləri ilə İsa Məsihin həvarilərinin ənənəsi əsasında inkişaf etmişdir və etməkdədir. Bütün xristianlar həvari ənənəsi əsasında kanonlaşdırılmış Əhdi-Cədid kitabına etiqad edirlər.