Müqəddəs Məryəmin dirilməsi bazilikası (Strahov)

Müqəddəs Məryəmin dirilməsi bazilikası (çex. Bazilika Nanebevzetí Panny Marie) — Çexiyanın paytaxtı Praqa şəhərinin Strahov rayonunda yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə Premonstrant Strahov monastırının tərkibinə daxildir. 6 noyabr 1991-ci ildə o kiçik bazilika tituluna layiq görülmüşdü.

Müqəddəs Məryəmin dirilməsi bazilikası
çex. Bazilika Nanebevzetí Panny Marie
Xəritə
50°05′11″ şm. e. 14°23′21″ ş. u.
Ölkə  Çexiya
Şəhər Praqa
Yerləşir çex. Hradčany, Strahovské nádvoří
Aidiyyatı Roma-Katolik kilsəsi
Tikilmə tarixi 1140
Üslubu Roman memarlığı
Barokko memarlığı
Rəsmi sayt strahovskyklaster.cz/ind…
İstinad nöm.1-904
KateqoriyaKilsə
Müqəddəs Məryəmin dirilməsi bazilikası (Çexiya)
Müqəddəs Məryəmin dirilməsi bazilikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müqəddəs Məryəmin dirilməsi bazilikası Premonstrant Strahov monastırının tərkib hissəsi olaraq, 1140–1143-cü illər arasında Çexiya knyazı II Vladislavın təsisi və Olomouç yepiskopu Yindrjix Zdikin təşəbbüsü ilə əsası qoyulmuşdu.

Kilsə bir neçə dəfə yenidən qurulmuşdu. XVII əsrin əvvəllərində kilsə tamamilə baxımsız vəziyyətə düşmüşdü. Monastırda yalnız müqəddəs Ursula kilsəsi normal vəziyyətdə idi və buna görə də, kiçik premonstrant icması öz ibadətlərini burada yerinə yetirirdi. Hazırkı barokko görünüşünü kilsə abbat Kaspar fon Kvestenberq (1612–1640) tərəfindən həyata keçirilmiş yenidənqurmadan sonra əldə etmişdir. Elə həmin dövrdə, 1627-ci ildə monastıra Maqdeburqdan Premonstrant ordeninin qurucusu Ksantentli müqəddəs Norbertin qalıqları köçürülmüşdür. Bununla əlaqədar, Ursula kilsəsi bu müqəddəsin şərəfinə təkrar təqdis edilməyə məruz qalmışdır.

1742-ci ildə Müqəddəs Məryəm kilsəsi bombalanma nəticəsində əhəmiyyətli dərəcədə zədələnmişdir, amma sonradan Anselmo Luragonun layihəsinə müvafiq olaraq yenidən qurulmuşdur. Bu şəkildə də kilsə bizim günümüzə kimi çatmışdı. 1774-cü ildə kilsədə orqan quraşdırılmışdır. 6 noyabr 1991-ci ildə Roma papası II İohann Pavel Müqəddəs Məryəmin dirilməsi kilsəsinə "kiçik bazilika" titulunu vermişdi.

Bazilikanın təsviri

[redaktə | mənbəni redaktə et]
Bazilikanın əsas və kiçik altarları

Strahov monastırının Müqəddəs Məryəmin dirilməsi bazilikası özünün min illik tarixi ərzində demək olar ki, dəfələrlə yenidən qurulmuşdu və nəticə etibarilə onun xarici görünüşündə memarlıq üslublarının bir çox nümunələrini görmək mümkündür. Şərq hissəsində yerləşən düz tağlar və üç eyni apsida ilə birlikdə, kilsə üç nefli roman üslublu bazilika kimi inşa edilmişdir. Bazilikanın transepti öz quruluşuna görə daha çox qotik üslubdadır. Kilsə təpənin üzərində yerləşdiyindən, onun iki hündür qülləsi nəzərəçarpacaq dərəcədə Praqanın ətraf ərazilərində dominant mövqedə durur.

Bazilikanın uzunluğu 63 metr, eni isə 10 metr təşkil edir.

Kilsənin əsas altarı müqəddəs Məryəmin dirilməsi səhnələri və müqəddəs Avqustinin, Ksantenli müqəddəs Norbertin və Şteynfeldli müqəddəs Hermann İosifin heykəlləri ilə bəzədilmişdi. Xorun cənub hissəsində kral II Vladislavın simvolik başdaşı yerləşir. Öldükdən sonra kral məhz bu kilsədə dəfn edilmişdir, lakin onun dəqiq dəfn yeri unudulmuşdu. Burada həmçinin Strahov monastırında abbat kimi çalışmış Praqa arxiyepiskopu III Yan Loqelin (1549–1622) də məzar daşı yerləşir. Xorun altında Strahov rahiblər və abbatlarının qəbirləri yerləşir. Xor özü mərmər konstruksiya ilə əsas nefdən ayrılmışdı.

Cənub nefinə bitişik yerdə barokko memarlıq üslubunda Pasovlu (Passaulu) müqəddəs Məryəm kapellası yerləşir. Kapellanın altında reyxsmarşal Qottfrid Pappenheimin türbəsi və boş sərdabə var. Ölümündən sonra bu sərdabədə generalissimus Albrext Vallenşteyn dəfn olunmaq istəmişdir, lakin onun arzusu heyata keçməmişdir. Şimal nefinə müqəddəs Norbert kapellası bitişir. Burada müqəddəs Norbertin altarı və onun qurumuş cəsədinin qalıqları və Ursula altarı yerləşir. Ursulanın və onun bəzi əshabələrinin qalıqları Köln şəhərinin arxiyepiskopu Konrad fon Hoxştaden tərəfindən 1256-cı ildə kilsəyə bağışlanmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]