Olomouts (çex. Olomouc; alm. Olmütz) — Çexiyanın Olomouts diyarındə şəhər.
Şəhər | |
Olomouts | |
---|---|
Olomouc | |
49°35′38″ şm. e. 17°15′03″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1017 |
İlk məlumat | 1055[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 219 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 779 00[5], 783 01[5], 783 35[5] |
Nəqliyyat kodu | M |
Digər | |
olomouc.eu | |
Vikianbarda əlaqəli mediafayllar |
Olomouts şəhəri Çexiyanın şərqində, Moraviya tarixi bölgəsinin mərkəzində, Morava (alm. Moldau) çayının hər iki sahilində yerləşir. Şəhərin əhalisi yüz minə yaxındır. Bundan başqa, Olomoutsda yerləşən Palatski Universitetində on mindən artıq tələbə təhsil alır.
Memarlıq abidələrinin sayına görə Olomouts Praqadan sonra Çexiyanın "irs xəzinəsi" hesab edilir.
Şəhərin ən tanınan abidələrindən biri Şəhər Ratuşası sayılır (XV əsr). Binanın hündürlüyü 75 metrdir. Binanı astronomik saat kurantları bəzəyir. Qotik üslubdakı Müqəddəs İeronim kapellası hal-hazırda muzey kimi fəaliyyət göstərir.
Olomouts Moraviyanın dini mərkəzi hesab edilir. Şəhərin ən möhtəşəm kilsəsi - Vatslav kilsəsidir. Kilsə çex qotik üslubunda inşa edilmiş və hündürlüyünə görə (100,65 m) Çexiyanın ikinci ən böyük dini tikilisidir. Kilsənin yaxınlığında Prjimıslov sarayı yerləşir. Sarayda saxlanılan artefaktların sayına görə Prjimıslov Luvrla bir sıradadır.
Dominikan ordeninə məxsus Mixail kilsəsi öz barok naxışları ilə insanı heyran edir. Şəhərin qüruru - onun fəvvarələridir. Bir çox fəvvarələr barokko üslubunda hazırlanıb. Beş fəvvarə Roma tanrılarına ithaf edilib: Zevs, Neptun, Triton, Herakl və Yuli Sezara. Sonuncu, əfsanəyə görə, şəhərin əsasını qoyub.
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |