Müqəddəs Mark saat qülləsi

Müqəddəs Markın saat qülləsi
Torre dell'Orologio
Ölkə Italiya
Arxitektura stili Erkən intibah
Memarı Mauro Koduççi
İnşası 14961499 illər
Sayt Rəsmi sayt

Saat Qülləsi və ya Torre dell'Orologio ( it. Torre dell'orologio - Venesiyada Müqəddəs Mark meydanının şimal hissəsində bina, erkən İntibah dövrünə aid memarlıq abidəsi. Şəhərin ən məşhur görməli yerlərindən biridir. Bina bir saat qülləsi və hər iki tərəfdən daha qısa hündürlüklü tikililərdən ibarətdir. Qüllə, prokuraturanın şərq tərəfinə birləşir. Qala və saat, saatın mexanizmində sonralar ciddi dəyişikliklər edildiyinə baxmayaraq XV əsrin son onilliyinə aid edilirlər. Qüllə üçün yer elə seçilmişdi ki, saatlar laquna sularından görünsün və hər kəsə Venesiyanın zənginlik və şöhrətini göstərsin. Qüllənin ilk iki mərtəbəsi şəhərin əsas küçəsinə - siyasi və dini mərkəz olan San-Marko meydanını ticarət və maliyə mərkəzi olan Rialto ilə birləşdirən Merçeriya küçəsinə - çıxan monumental arka yaradırlar. Bura hal-hazırda Venesiya muzeyləri ictimai fondu tərəfindən idarə edilən 11 yerdən biridir.

Qüllənin zirvəsindəki terasda, bellərinə, zəngi çalan şarnirlər bərkdilmiş iki böyük bürünc heykəl yerləşir. Onlardan biri qoca, digəri isə cavan təsvir edilib ki, zamanın necə axdığı görünsün. Onların ya çoban (qoyun dərisi geyindikləri üçün), ya da ağır çəkili nəhənglər (onları uzaqdan tanımaq mümkün olsun deyə ağır çəkili və nəhəng kimi yaradıblar) formasında təsvir eidlməsinə baxmayaraq, fiqurlar, bürüncün üzərindəki tünd ləkələr səbəbindən həmçinin "mavrlar" kimi də tanınırlar. Zəng də orijinaldır və 1497-ci ildə onu, Arsenalda hazırlamış hansısa Simeone tərəfindən imzalanmışdır [1] .

Bu mərtəbənin altında, qızıl ulduzları olan mavi fonda, açıq kitab ilə təsvir edilmiş Venesiyanın simvolu olan qanadlı şir dayanır. Əvvəldə, orada aslan qarşısında diz çökmüş doj Aqostino Barbariqonun (doj, 1486-1501) heykəli var idi, lakin 1797-ci ildə, şəhər Napoleona təslim olduqdan sonra, fransızlar, köhnə rejimin qalıqlarından şəhəri təmizləyərkən heykəli də yerindən götürmüşdülər[2] .

Daha aşağıda daxilində misdən hazırlanmış oturan Məryəmin köprə ilə heykəli olan yarımdairəvi qalereya yerləşir. Hər iki tərəfdən zamanı göstərən mavi panel var: solda roma rəqəmləri ilə saat, sağda isə ərəb rəqəmləri ilə dəqiqə (5 dəqiqəlik interval ilə) göstərilir. İldə iki dəfə - Epifaniya (6 yanvar) və Merac günü (Pasxadan 40 gün sonrakı cümə axşamı) - adətən bu rəqəmlərin yerləşdiyi qapılardan birində, mələyin tütək ilə müşayiəti altında üç cadugər peyda olur və marş edərək qalereyadan keçib, Məryəm Ana və Körpə qarşısında baş əyirlər, sonra isə növbəti qapıya daxil olurlar.

Aşağı hissədə mərmər dairənin içərisində mavi-qızılı daxili işlənməsi olan böyük siferblat yerləşir. Bu siferblatda rum rəqəmləri ilə günün 24 saatı qravür olunub. Günəş rəsmli qızıl əqrəb dairə üzrə hərəkət edir və vaxtı saatı göstərir. Mərmər işlənmənin daxilində günəş əqrəbinin altında, Günəş əqrəbindən daha yavaş fırlanan qızıl zodiak bürcləri (1490-cı ilə aid) təsvir edilib. Bunun məqsədi Günəşin zodiakdakı vəziyyətini göstərməkdir. Siferblatın mərkəzində Yer, ondan bir az aralıda fırlanan Ay var. Ay, sabit və hərəkət etməyən ulduzlarla əhatələnib və fazalarını göstərmək üçün fırlanır. Arxa plan mavi emaldan hazırlanıb. Dörd küncün hər birindəki mavi dairəvi dəliklər hal-hazırda istifadə edilmir.

Siferblatın altında San-Marko meydanınından Rialatoya aparan Merçenariya adlı əsas küçəyə keçid olan iki mərtəbəli arka var. Küçənin bu hissəsi Merceria dell'Orologio (yəni, saat) adlanır.

Qüllənin hər iki tərəfindəki binalar, XVIII əsrin əvvəllərindən bəri xüsusi olaraq mağazalar və mənzillər üçün təyin edilmişdir.

Qüllənin arxa hissəsində arkanın üzərində, küçə boyu meydana doğru gedən insanların görməsi üçün qoyulmuş daha bir böyük siferblat var. Bu saat bir az daha sadədir, lakin, bu da mərmər dairəyə alınıb və bu saatda da 24 saatı göstərən rəqəmlər var. Lakin arxa hissədəki saatda bu rəqəmlər hər birində 12 saat olmaqla iki sıraya düzülüblər. Saatı göstərən Günəş əqrəbi, saatın hərəkət edən yeganə hissəsidir.

Qüllənin və saatın tikilməsi

[redaktə | mənbəni redaktə et]
Yakopo de Barbari tərəfindən taxta üzərində qravür.

Artıq 1490-cı ildə Müqəddəs Mark kilsəsinin şimal-qərb küncündəki müqəddəs Alipiyin adını daşıyan köhnə saatlar pis vəziyyətdə idilər. Buna görə də, 1493 - cü ildə senat, yeni saatın tikilməsi haqqında qərar qəbul etdi. Saatın hazırlanması Recoo nel Emiliyadan ata və oğula - Can Paolo və Can Karlo Ranyeriyə həvalə edildi[3]. 1495-ci ildə Senat qərar verdi ki, saatlar, Merçeriya küçəsinin meydanı tərk etdiyi yerdə olacaq qüllənin üzərində qurulmalıdır. Qüllə üçün yer açmaq üçün əvvəlki köhnə binalar söküldü və 1496- ildə tikintiyə başlandı.

Qüllənin stilinə görə, adətən onun inşasını Mauro Koduççiyə aid edirlər (buna sübut olan sənədlər olmasa belə) [4] . Merçeriya küçəsi qüllənin aşağısındakı arkadan keçir. Güman edilir ki, Koduççi, layihənin ideyasını Leon Battista Albertinin XV əsrdə nəşr edilmiş və əsas fikri şəhər üçün qüllələrin və onların altından şəhərin əsas küçəsinə yol açan arkanın olmasının vacibliyindən danışdığı "De re aedificatoria" ("Tikinti haqqında") əsərindən mənimsəmişdir.[5]

Bürünc heykəlləri hazırlamış memarın adı bu günə qədər dəqiq bilinmir. Onların müəllifliyini tez-tez Paolo Savinə aid edirlər, lakin 1984-cü ildə nəşr edilmiş məqalədə yazılır ki, heykəllərin ən mümkün müəllifi Antonio Ritsodur. Heykəllər 1494-cü ildə Ambroco delle Ankore bürüncündən hazırlanıblar[6] .

Qüllə 1496-1497-ci illər arasında inşa edilmişdir, saat mexanizminin hazırlanması isə Ranyerinin nəzarəti altında tamamlanmışdı. Qülləni və saatı bəzəmək pula əsirgəmirdilər,ultramarin və qızıl yarpaqdan külli miqdarda istifadə edilirdi . Hətta "Mavrlar" belə qızıl suyuna salınmışdı[7]. Saat qülləsinin açılışı 1499-cu il fevralın 1-də baş tutdu. Marino Sanudo, öz gündəliyində bu gün haqqında yazırdı ki, saatlar ilk dəfə, dojun meydanı tərk edib Santa-Mariya Formoza kilsəsinə tədbirə yollanması vaxtı açılmış və insanlara təqdim edilmişdi. Həmçinin gündəlikdə bu təqdimatın çox gözəl və ustalıqla yerinə yetirildiyi də vurğulanır[8].

Kanaletto tərəfindən çəkilmiş rəsm , 1730.

Koduççi 1504-cü ildə vəfat etdi və qüllənin yan tərəflərindəki fliqellər 1506- ildə əlavə edildi (yəqin ki, qülləyə daha çox sabitlik vermək üçün)[9]. 1500-cü ilə aid Barbarinin ağacda yaratdığı böyük bir qravürdə yenicə tikilmiş qülləni görə bilərik. Bu qravürdə qülləyə ələ XII əsrə aid olan və Prokurasiyaların üzərində yüksələn tikililər əlavə edilməyib. Bu Prokurasiyalar bugünkü binalardan daha alçaq idilər və onların arkaları üzərində yalnız bir mərtəbə olduğundan, qüllə öz dövründə meydanın digər tərəfindəki ən hündür bina idi.

Fliqelləri tez-tez meydanın eyni tərəfində Prokuratların binasını yenidən inşa edən Pyetro Lombardoya aid edirlər, lakin fliqlellər elə də müxtəlif deyillər və böyük ehtimalla Müqəddəs Mark rayonunun protosu (inşaat müdiri) olan Qonella tərəfindən layihələnmdirilmişdilər [10]. Əvvəldə, fliqellərin damları bugünkü teras səviyyəsində idilər və onlar, hal-hazırda olduqlarından iki mərtəbə aşağıda idilər[11]. Kanalettonun 1730-cu ildə çəkdiyi rəsmdə qüllənin fliqellərə bir mərtəbə də artırılmamışdan öncəki halı təsvir edilib. Görünüşdən o vaxtkı qüllə olduğundan daha hündür görünürdü və bu, böyük şəhərə giriş olan binaya əzəmətli görünüş verirdi.

1500-cü ildə artıq yaşlı Ranyeri vəfat etmişdi. Onun oğlunun saata nəzarət etmək üçün Venesiyada qalması barədə razılığa gəldilər və ona yaxşı bir gəlir təmin edəcək bəzi güzəştlər edildi. 1531-ci ildəki vəfatına qədər o, Venesiyada yaşadı [12] .

Qüllə və saatda dəyişikliklər

[redaktə | mənbəni redaktə et]
Saat qülləsi 1860 - 1870-ci illərdə. Karlo Pontinin fotosu.
2004- ildə qüllənin restavrasiyası

1531-ci ildə Karlo Ranyerinin ölümündən sonra saatlar artıq lazımi səviyyədə işləmirdilər. Onluq şurası qərara gəldi ki, saatlara nəzarət edən şəxs qüllənin fliqelində yaşamalı və saatların işlək vəziyyətdə olmasını təmin etməlidir. Daha sonra, 1551-ci ildə, meydana cavabdeh olan memar Yakopo Sansovinoya saatların və qüllənin vəziyyəti haqqında məruzə vermək həvalə edildi. Artıq həmin vaxt binanın tamamilə təmirə ehtiyacı var idi, lakin 1581-ci ildə, onun oğlu Françesko, hər şeyin sanki qaydasında olduğunu göstərən Venesiyanın təsvirini nəşr etdirdi.

1663-cü ildən bir qədər əvvəl siferblat təmizləndiyi üçün mavi və qızıl rənglər "yeni kimi" idilər. Artıq bu vaxt cadugərlərin marşı hər gün yox, müəyyən bayramlarda və Epifaniya bayramı günündə hər saat baş verirdi.

1750-ci ildə həm qüllə, həm saatlar təmir və restavrasiyaya ciddi ehtiyac duyurdular. 1751-ci ildə binanın bərpası üçün Corco Massariyə müraciət etdilər. 1755-ci ildə terrasların üzərində, hər iki fliqelin damında əlavə iki mərtəbənin tikintisinə başlanıldı. Andrea Kamerata 1757-ci ildə Massarini əvəz etdi. Həmin ildə, aşağı mərtəbənin fasadına daha çox möhkəmlik üçün səkkiz sütun əlavə edildi.

Saatların restavrasiyası Bartalomeo Ferraçinaya tapşırılmışdı. O, saatda foliot hərəkət prinsipini daha dəqiq olan kəfkir sisteimə dəyişərək bir neçə yeniliklər əlavə etdi. Siferblatın üzərində əvvəllər planetlərin Yer ətrafında hərəkətini göstərən zolaqlar götürüldü. İndi də 24 saatla işarələnən mərmər dairə, hər biri 12 saat göstərən iki sıralıq rəqəmlərdən ibarət digər bir çevrə ilə örtüldü. "Mavrlar" da saatın zəngini xüsusi səslə və günorta/gecəyarısı 132 zərbə olmaqla 12 saatlıq tsikl ilə çalmağa başladılar. Bu dəyişikliklər 1757-ci ildə tamamlandı. Sonra, Ferraçina diqqətini artıq neçə ildir işləməyən cadugərlərin marş mexanizminə verdi. Yeni mexanizm artıq 1759-cu ildə Epifaniya bayramında işləməyə başladı. Mexanizmin həddindən artıq yırtılmasının qarşısını almaq üçün, o, yalnız Epifaniyadan sonrakı iki həftədə işlədildi.

1855-ci ildə yenidən təmirə ehtiyac duyuldu. Qüllənin son mərtəbəsi möhkəmləndirildi, pilləkənlər isə metal pilləkənlərə dəyişdirildi. 1858-ci ildə Luici de Luçiya saat mexanizmində növbəti dəyişiklikləri və bərpa proseslərini yerinə yetirdi, lakin o Bartolomeo Ferreçinanın yeniliklərinin əsaslarını dəyişdirməmişdi.

Həmin vaxt tamamilə yeni detal əlavə edilmişdi deyə indi saat heç vaxt göstərmədiyi qədər dəqiq vaxtı göstərirdi. Artıq Məryəm və Körpə heykəllərinin hər iki tərəfindəki ambrazurlarda panellər peyda olmuşdu. Sol panel saatı, sağ panel isə dəqiqəni (hər 5 dəqiqədən bir dəyişmək şərti ilə) göstərirdi. Hər iki paneldə mavi fonda ağ rəqəmlər həkk edilmişdi. Lakin rəqəmlər cadugərlərin yolunu kəsirdilər deyə tez bir zamanda onların qalxması üçün yeni mexanizm yaradılmışdı. Əvvəlcə onların arxasında qaz fonarları yerləşirdi deyə rəqəmlər həmçinin axşam da görünürdü. Rəqəmləri idarə edən mexanizm problemlərə səbəb olurdu və 1866-cı ilə qədər düzgün işləmirdi. Digər yeniliklər isə 1865-66-cı illərdə Antonio Trevizan və Vinçentso Emo tərəfindən edilmişdi.

12 saatlıq iki sıra 1900-cü ilə qədər siferblatın üstündə qalmışdı və onların altında 24 saatlıq orijinal dairənin tapılmasından sonra siferblatın üzərindən götürülmüşdülər.

Əlavə düzəlişlər 1953-cü ildə edilmişdi. Son yeniliklər isə (bəziləri mübahisələrə səbəb olmuşdu) 1998-ci ildən 2006-cı ilə qədərki periodda (qüllə və saatın tikilməsindən beş yüz il sonra) aparılıb.

Qülləyə ziyarət

[redaktə | mənbəni redaktə et]

Binanın daxilindəki dik və dar pilləkən saat mexanizminin yolunu keçərək damdakı terrasa çıxır. İngilis, fransız və italyanca olan ekskursiyaları əvvəlcədən sifariş etmək lazımdır. Qülləyə bir gündə yalnız 4 dəfə 12 nəfərdən çox olmayan qrupları buraxırlar.

  1. Lorenzetti с.141-142; Honour с.26
  2. Lorenzetti с.142; Norwich с.633
  3. Lorenzetti с.141; Tassini с.463
  4. Goy с.238-239
  5. Howard с.147-148
  6. Muraro с.603
  7. Goy с.237; с.241
  8. Дневник Санудо с.470
  9. Howard с.146-7; Tassini с.463 и примечание на с.750.
  10. Goy с.240. В январе 1503 года Ломбарди поставлял во Дворец Дожей материалы для строительных работ, но нет доказательства тому, что он строил что-либо ещё; McAndrew с. 394-396.
  11. Howard с.152
  12. Goy с.237-239
  • Lorenzetti, Giulio Venice and its Lagoon. — Триест, 1975.
  • Honour, Hugh The Companion Guide to Venice (2-е издание). — Лондон, 1977.
  • Norwich, John Julius A History of Venice. — Penguin Books, 1983.
  • Tassini, Giuseppe Curiosità Veneziane (9-е издание). — 1988.
  • Goy, Richard J. Building Renaissance Venice. Patrons, Architects & Builders. — Yale U.P., 2006.
  • Muraro, Michelangelo The Moors of the Clock Tower of Venice and their Sculptor in Art Bulletin (Vol.66). — 1984.
  • Sansovino, Francesco. Venetia Città Nobilissima. (Венеция. Оригинальное издание 1581). Издание 1663 года с дополнениями Мартиниони. — Gregg International Publishers Ltd, 1968.