Müqəddəs Nikolay kilsəsi (alm. Nikolaikirche) — Almaniyanın paytaxtı Berlindəki ən qədim kilsədir. Kilsə Berlinin mərkəzi inzibati dairəsi olan Mittenin şərq tərəfində yerləşir. Kilsənin ətrafındakı bir tərəfi Şpree çayı ilə həmsərhəd olan yer, "Nikolay məhəlləsi' kimi tanınır. Bu ərazidə əsasən bərpa edilmiş Orta Əsr tikililəri və ya həmin tikililərin sonradan hazırlanmış oxşarları mövcuddur. Kilsə XIII əsrdə inşa edilmiş və "Aleksandrplats"da yerləşən Müqəddəs Məryəm Kilsəsi ilə birlikdə Berlinin ən qədim kilsəsidir.
Xristianlıq | |
Müqəddəs Nikolay kilsəsi | |
---|---|
Nikolaikirche | |
Həsr olunub | Müqəddəs Nikolay |
Yerləşməsi | |
Ölkə | Almaniya |
Bölgə | Berlin |
Memarlıq | |
İnşa tarixi | təxminən 1243, 11 avqust 1380-ci ildəki şəhər yanğınından zərər gördükdən sonra 1470-ə qədər yenidən quruldu, 1877-1879-cu illərdə isə təmir edildi. |
Memarı | Hermann Blankenştayn (1877-1879) |
Materialı | kərpic |
Hündürlüyü | 84,4 m |
Dağılıb | 1944 |
|
|
Saytı | |
stadtmuseum.de/nikolaiki… | |
Vikianbarda əlaqəli mediafayllar |
Katolik kilsəsi kimi tikilən Müqəddəs Nikolay kilsəsi 1539-cu ildə Brandenburq knyazlığında baş verən reformasiyadan sonra lüteran kilsəsinə çevrildi. XVII əsrdə dini nəğmələr bəstələyən Paul Gerhard kilsənin keşişi olduğu vaxt bəstəkar İohann Krüger kilsənin musiqi rəhbəri idi. 1691–1705-ci illər arasında kilsəyə lüteran ilahiyyatçı Filip Yakob Şpener başçılıq edib. 1913–1923-cü illər arasında kilsənin rəhbəri olmuş Vilhelm Vessel görkəmli nasistlərdən biri olan Horst Vesselin atası idi.
Kilsə 1938-ci ildə Reformasiya günündə (31 oktyabr) son dəfə öz icmasına xidmət etdi və daha sonra Berlinin ən qədim, möhkəm binalarından biri kimi muzeyə çevrildi.
II Dünya Müharibəsi zamanı baş verən yanğınlarda qüllələrin yuxarı hissələri yanğından zərər görmüş və Berlinin bombalanması zamanı kilsənin damı zədələnmişdir. 1949-cu ildə kilsənin sütunları və zirzəmiləri dağılmışdır. Berlinin parçalanmasından sonra kilsənin qalıqları Şərqi Berlində qaldı və yalnız 1981-ci ildə kilsənin bərpasına başlandı. Bu gün kilsə muzey və bəzən konsert salonu kimi xidmət edir[1].