İohann Krüger

İohann Krüger (alm. Johann Crüger‎; 9 aprel 1598[1][2][…], Quben[d], Brandenburq23 fevral 1662[1][2][…], Berlin[3]) ― tanınmış Almaniya bəstəkarı və musiqişünas. O, bir çox məşhur himnlərin müəllifidir. O, serb mənşəli idi və xaç adı Yan Kriqar idi.[4] Eyni zamanda o, "Praxis pietatis melica" adlı ən çox istifadə edilən 17-ci əsr lüteran himnləri toplusunun redaktoru idi.

İohann Krüger
Vəfatından sonra çəkilmiş portreti, 1663-cü il
Vəfatından sonra çəkilmiş portreti, 1663-cü il
Ümumi məlumatlar
Doğum adı Jan Krygar
Doğum tarixi 9 aprel 1598(1598-04-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 fevral 1662(1662-02-23)[1][2][…] (63 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqişünas, musiqi nəzəriyyəçisi
Musiqi aləti orqan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Krüger Qros Breesendə (indiki Quben şəhərinin bir hissəsi) aşxana sahibi Georq Krügerin ailəsində anadan olmuşdur.[5] O, 1613-cü ilə qədər yaxınlıqdakı Latın məkətblərinin birində (o vaxtı Qubendə yerləşən) təhsil alırdı və həmin məktəbin tədris proqramına musiqi və mahnı da daxil idi.[5]

Daha sonra o, əlavə təhsil almaq üçün SorauBreslauya və nəhayət Regensburqa yollandı, orada o, Paulus Homberger (1560–1634) onun musiqi müəllimi olmuşdur.[5] 1615-ci ildə Berlinə köçdü və orada "Berlinisches Gymnasium zum Grauen Kloster" məktəbində teologiya üzrə təhsil aldı. 1616-cı ildə fon Blumental ailəsində ev müəllimi olaraq işə götürüldü; onun şagirdləri arasında İoaxim Fridrix fon Blumental da yer alır. 1620-ci ildən Vittenberq Universitetində yenidən teologiyaya yiyələndi və əlavə olaraq musiqi üzrə özəl dərslər alırdı.[5]

1641-ci ildə İohann Krüger
Praxis pietatis melica, 39-cu buraxılışın başlıq səhifəsi, 1721-ci il, Krüger solda təsvir olunub

1622-ci ildən vəfat edənə qədər 40 il ərzində o, həm "Zum Grauen Kloster" gimnaziyasında müəllim, həm də Berlində yerləşən Müqəddəs Nikolay kilsəsində vəzifələrini yerinə yetirirdi.[5]

Krüger çoxsaylı konsert əsərlərin və musiqi təhsili sahəsində geniş yazı işlərin müəllifidir. 1643-cü ildə o, məşhur himn yazıçısı Paul Gerhardt ilə tanış oldu. 1647-ci ildə "Praxis pietatis melica" adlı 17-ci əsrin ən vacib alman lüteran himninin redaktəsini bitirdi.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1628-ci ildə şəhər şurası üzvünün dul qadını ilə evləndi. Otuzillik müharibə zamanı Krüger və ailəsi aclıq da daxil olmaqla bir çox çətinliklərlə üzləşdilər.[6] Vəbaya yoluxduğdan sonra Krüger ağır vəziyyətə düşdü, amma sağ qala bildi, beş uşağı və həyat yoldaşı isə 1636-cı ildə vəfat etdilər. 1637-ci ildə xəstəlikdən sağaldıqdan sonra aşxana sahibinin 17 yaşlı qızı ilə ikinci dəfə evləndi və onların 14 uşağı dünyaya gəlsə də, çoxusu gənc yaşlarında öldülər.[6] Qızlarından biri saray rəssamı Mixael Konrad Hirt ilə evləndi, hansı ki 1663-cü ildə Krügerin portretini çəkmişdir.[5] Krüger 1662-ci ildə Berlində vəfat etdi.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Johannes Cruger // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118834967 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Zersen, David and Mellenbruch, Eric. “Najwuznamn-niši němski kěrlušer poreforma-ciskeje doby bě Serb”, Serbsky protyka, pp. 53–56 (2018) (In Sorbian)
  5. 1 2 3 4 5 6 7 Nummert, Dietrich. "Mit 24 schon Musikdirektor. Kantor und Lehrer Johann Crüger" Arxivləşdirilib 2015-01-21 at the Wayback Machine, Berlinische Monatsschrift, pp. 64–68 (April 1998)  (alm.)
  6. 1 2 Bautz, Friedrich Wilhelm. "Biografía de Crüger", Biographisch-Bibliographisches Kirchenlexikon  (alm.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]