Müqəddəs Nino kilsəsi

Müqəddəs Nino kilsəsi (gürc. ალიბეგლოს წმინდა ნინოს ეკლესია) — Qax rayonunun Əlibəyli kənd ərazisində yerləşən gürcü pravoslav kilsəsi. Kilsənin ərazisi 0.32 ha-dır.[1]

Müqəddəs Nino kilsəsi
gürc. ალიბეგლოს წმინდა ნინოს ეკლესია
Din
Yeparxiya Qax və Kürmük yeparxiyası, Gürcü Ortodoks Kilsəsi
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Bölgə Qax rayonu
Kənd Əlibəyli
Memarlıq
İnşa tarixi 1871
Üslubu gürcü memarlığı
Vəziyyəti fəaliyyət göstərir
Müqəddəs Nino kilsəsi xəritədə
Müqəddəs Nino kilsəsi
Müqəddəs Nino kilsəsi

Kilsə 1871-ci ildə "Qafqazda Xristianlığın Bərpası İdarəsi" tərəfindən maliyyələşdirilərək tikilmişdir. Sovet dövründə anbar kimi istifadə olunmuşdur. 2010-cu ildə təmirə başlanmışdır. 1 iyun 2011-ci ildə Hereti və Xocabundi yepiskopu Melxisedek tərəfindən xeyir-dua verilmişdir.

  1. ""Müqəddəs Nino" gürcü-pravoslav kilsəsi". 2015-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.