Əlibəyli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Əlibəyli | |
---|---|
41°22′41″ şm. e. 46°49′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Alazan-Həftəran vadisindədir. İlisu sultanı Əlibəy Sultanın (XVII əsrin sonu-XVIII əsrin əvvəli) adı ilə bağlıdır. Yaşayış məntəqəsi Əlibəyə məxsus ərazidə ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaxınlığındakı dağ da Əlibəyli adlanır;[1]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 525 təsərrüfatda hər iki cinsdən toplam 1821 nəfər əhali yaşamaqdadır.[2]
Kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.[3][4]
Kənddə "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir[6].