Müqəddəs Polikarp kilsəsi (türk. Aziz Polikarp Kilisesi) — Türkiyənin İzmir şəhərində yerləşən katolik kilsəsi. Onun müqəddəs havadarı Polikarpdır.[1]
Katolisizm | |
Müqəddəs Polikarp kilsəsi | |
---|---|
Aziz Polikarp Kilisesi | |
Din | |
Yeparxiya | Polikarp |
Həsr olunub | Smirnalı Polikarp |
Yerləşməsi | |
Ölkə | Türkiyə |
Yeri | Konak, İzmir |
Memarlıq | |
İnşa tarixi | ? – 1625 |
Materialı | daş[d], kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Müqəddəs Polikarp Kilsəsi 1625-ci ildə Osmanlı sultanı I Süleymanın icazəsi və Fransa kralı XIII Luinin xahişi ilə inşa edilmişdir.[1][2] 1688-ci il İzmir zəlzələsi və sonrakı aylarda başlayan yanğınlar nəticəsində kilsə binası zədələnmişdir.[2] 1690-1691-ci illər arasında təmir edilmişdir.[2] Kilsə monastırı 1763-cü ildə baş verən yanğında zərər gördü.[2] Kilsə 1775-ci ildə Fransa Kralı XVI Luinin iştirakı ilə bərpa edildi və üç nefli bazilikaya çevrildi.[1][3] 1820-ci ildə XIII Luisnin şərəfinə kilsədə mərmər xatirə lövhəsi asıldı.[2] 1892-1989-cu illər arasında aparılan bərpa zamanı yeni kapellaların əlavə olunduğu kilsə, fransız memarı Raymond Şarl Pere tərəfindən hazırlanan Polikarpın həyatını əks etdirən freskalarla bəzədilmişdir.[1] İzmirdə baş verən böyük yanğınında dağıldı və 1929-cu ildə yenidən quruldu.[2]
Daş və kərpicdən tikilmiş kilsə hazırda düzbucaqlı üç nefli bazilikadan ibarətdir.[1][3] Şərq-qərb istiqamətində yerləşir.[1][3] Kilsənin cənub-qərbində səkkizguşəli zəng qülləsi var.[1][3]