Müqəddəs Simon və Elena kilsəsi

Müqəddəs Simon və Elena kilsəsi (belar. Касцёл святых Сымона і Алены, pol. Kościół św. Szymona i św. Heleny), həmçinin Qırmızı kilsə (belar. Чырвоны касцёл) — Belarusiyanın paytaxtı Minskdəki İstiqlal Meydanında yerləşən Roma-Katolik kilsəsidir.

Xristiankatolik
Müqəddəs Simon və Elena kilsəsi
belar. Касцёл Святога Сымона і Святой Алены
53°53′47″ şm. e. 27°32′50″ ş. u.
Ölkə
Memarlıq
İnşa tarixi 1905 – 1910
Üslubu neoqotika, modern
Materialı Kərpic
Saytı
chyrvony.by
Müqəddəs Simon və Elena kilsəsi xəritədə
Müqəddəs Simon və Elena kilsəsi
Müqəddəs Simon və Elena kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neo-Roman üslubunda tikilmiş kilsə Polşa memarları Tomas Pajzderski və Vadadlsav Markoni tərəfindən hazırlanmışdır. Tikilinin əsası 1905-ci ildə qoyulmuş və 1910-cu ildə tamamlanmışdır. Divarları üçün kərpic Çenstoxovadan, dam üçün plitələr isə Vlotslavekdən gətirilmişdi. Kilsənin inşası görkəmli Belarus-Polşa torpaq sahibi, iş adamı və vətəndaş fəalı Edvard Voynioyoviç (1847–1928) tərəfindən maliyyələşdirilmişdi. Kilsə Voynioyoviçin ölən iki övladı — Simon və Elenanın xatirəsinə adlandırıldı və müqəddəs edildi.

Tarix[redaktə | mənbəni redaktə et]

1903-cü ildə Minskdəki 2000-ə yaxın roma-katoliki yerli hakimiyyət orqanlarına yeni katolik kilsəsinin inşasına başlamağı xahiş edərək ərizə yazır. Bu tələb qəbul edilir və 1905-ci ildə tikinti başlayır. Kilsə 20 sentyabr 1910-cu ildə təqdis edildi. 21 dekabr 1910-cu ildə kilsə açıldı. Bu zaman Minsk Rusiya İmperiyasına daxil olan Minsk Qubernatorluğunun tərkibində idi.

1921-ci ildə Minsk Sovet İttifaqı daxilində yaradılan Belorusiya Sovet Sosialist Respublikasının (BSSR) paytaxtı oldu və kilsə Qırmızı Ordu tərəfindən darmadağın edildi. 1932-ci ildə Sovet hakimiyyəti tərəfindən bağlandı və dünyəviləşdirildi.Ərazi BSSR Dövlət Polşa Teatrına verildi. Sonradan kinoteatr kimi istifadə edildi. 1941-ci ildə İkinci Dünya Müharibəsi əsnasında Alman işğal idarəsi binanı kilsə olaraq orijinal istifadəyə verdi. Müharibədən sonra Sovet hakimiyyəti tərəfindən yenidən bağlandı və yenidən kinoteatr kimi istifadə edildi.

1990-cı ildə Minsk katolik fəalları olan Anna Nicievska-Sinevicz və Edvard Tarletski tərəfindən təşkil edilən iki aclıq tətilindən sonra[1][2][3] bina Roma-Katolik Kilsəsinə qaytarıldı. Kilsənin daxili hissəsi tam bərpa edildi və bura Minskdə dini, mədəni və sosial həyatın vacib bir mərkəzinə çevrildi. Bununla yanaşı, canlandırılmış Belarus Yunan Katolik Kilsəsi üçün bir mərkəzə çevrilmişdir.

Kilsəni mailiyələşdirən Voynioyoviç 1921-ci ildə, Birinci Dünya Müharibəsindən sonra Riqa Sülhü ilə nəzərdə tutulan ərazi dəyişiklikləri səbəbiylə Slutskdakı evini və torpaqlarını tərk etmək məcburiyyətində qalmış və 1928-ci ildə Polşanın Bıdqoş şəhərinə köçərək orada vəfat etmişdi

2006-cı ildə Edvard Voynioyoviç və həyat yoldaşının cənazəsi kilsəyə gətirilərək burada basdırılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. GAWIN, TADEUSZ. "Początek odrodzenia" (PDF). Magazyn Polski. 2013. 2014-07-04 tarixində arxivləşdirilib (PDF).
  2. Gawin, Tadeusz. POLSKIE ODRODZENIE NA BIAŁORUSI 1988-2005 (PDF). Wyższa Szkoła Administracji Publicznej im. Stanisława Staszica,Białystok. 2010. ISBN 978-83-60772-23-2. 2016-02-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-11.
  3. Goliński, Cezary. "Batalia o kościół". Głos znad Niemna. 5 (7). 1991.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]