Müqəddəs Sofiya kafedralı (Polotsk)

Müqəddəs Sofiya kafedralı (belar. Полацкі Сафійскі сабор; rus. Собор Святой Софии в Полоцке) — Belarus respublikasının Polotsk şəjərində kafedral.

Xristiankatolik
Müqəddəs Sofiya kafedralı
Yerləşməsi
Ölkə Belarus
Şəhər Polotsk
Memarlıq
Tikdirəni Vseslav Bryaçislaviç
Materialı kərpic
Dağılıb 1705
Müqəddəs Sofiya kafedralı xəritədə
Müqəddəs Sofiya kafedralı
Müqəddəs Sofiya kafedralı
Saytı
sophia.polotsk.museum.by
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kafedral şahzadə Vseslav tərəfindən 1044-1066 illəri arasında tikdirilmişdir. Polota və Qərbi Dvina çaylarının şəhərin şərq tərəfindəki qovuşduğu yerdə yerləşir və bəlkə də Belarusiyadakı ən qədim kilsədir.

Kafedral, Kiyevdəki və Novqoroddakı kimi, Allahın Müqəddəs Hikmətinin adını daşıyır. Öz kafedralını qurduqdan sonra izqoy knyazı olan Vseslav Kiyev taxtını ələ keçirməyə çalışdı. Lakin bu cəhdi uğusuzluqla nəticələnir və ətrafdakı ərazilərə basqın etməyə başlayır. 1067-ci ildə Böyük Novqoroda basqın edir və Müqəddəs Sofiya Kafedralını qarət edərək öz kafedralını bəzəmək üçün bir zəng və digər qənimətlər gətirir.[1]

Kafedral XI-XVIII əsrlər arasında əhəmiyyətli dərəcədə yenidən qurulmuş və ciddi şəkildə dəyişdirilmişdir. Yanlız buradakı kilsənin hissələri Vseslav dövrünə aiddir. Buna baxmayaraq inşaatçıların adları kafedralın altındakı bir daş üzərində yazılmışdır: David, Toma, Mikula, Kopes, Petr və Voriş. Kafedralda on birinci əsrə aid 16 Polotsk şahzadəsinin məzar yerləri aşkar edilmişdir (həqiqətən də bir sehrbaz və ya qurdadam olduğu deyilən Vseslav özü də qurduğu kafedralda dəfn edilmişdir).Voskresenskaia Letopis-ə görə kafedral əvvəl yeddi qübbəyə sahib idi,[2] 1447-ci il atəşindən sonra aparılan bərpada isə qübbələrin sayı 5-ə endirildi.

1596-1654 və 1668-1839-cu illərdə kilsə Yunan-Katolik kilsəsi idi. 1607-ci ildə baş vermiş yanğından sonra kafedral 1618-1620-ci illərdə Yunan-Katolik Yepiskopu Müqəddəs İosafat Kuntsevyç tərəfindən yenidən qurulmuşdur. Lakin 1643-cü ildə baş verən yanğından sonra kafedral və şəhər yenidən dağılmışdır.

1705–1710-cu illərdə I PyotrAleksandr Menşikov kilsəni barıt anbarı kimi istifadə edirlər və barıt burad böyük partlayışa səbəb olur. Sonrakı üç onillikdə (1738-1655) Yunan-katolik arxiyepiskopu Florian Hrebniski kilsəni yenidən qurur. Vilnüs memarı Coan Kristof Qlaubitz, "Vilnüs Barokkosu" üslubunun nümunəsi olan mövcud görünüşün müəllifidir. Hal-hazırda kafedral qüllələri olan barokko üslubunda tikilidir və qübbələr ləğv edilmişdir.

Katedraldə bir kitabxana və digər əhəmiyyətli mədəniyyət əsərləri var idi. Lakin Polşa kralı Stefen Batori 16-cı əsrin sonlarında Livoniya müharibəsi zamanı şəhəri ələ keçirərək kitabxananı dağıdır. Şəhər həmçinin 1812-ci ildə Napoleon işğalı zamanı fransızlar tərəfindən işğal edilir və 1940-cı illərdə Nasist işğalı zamanı çox sayda sakin öldürüldü.[3]

Kafedralin ehtimal olunan orijinal görünüşü (2005-ci ildə 20 rubl gümüş xatirə sikkəsində təsvir olunduğu kimi). Kilsənin banisi olan Polotsklu Vseslav sikənin əks tərəfindədə göstərilir.

Kafedral əsrlər boyu da bir neçə dəfə funksiyaları dəyişdirmişdir. Brest Birliyi ilə Şərqi Katolik kilsəsinə çevrildi. 1839-cu ilə qədər yepiskop İosif Siemaszko birliyi dayandırdı və Rus Pravoslav Kilsəsi ilə Rusiyadakı Yunan Katolik Kilsəsini bərpa etdi. Sovet dövründə kafedralda Polotsk Regional Dövlət Arxivini (1949-cu ildən 1954-cü ilə qədər) yerləşirdi. 1967-ci ildə bərpa işi ateistlik muzeyinə çevrilməli olduğu müddətdə reallaşdı, lakin 1969-cu ildə muzey Vitebskə köçürüldü.

Kafedral hal-hazırda Polotsk Dövlət Muzey-Qoruğunun bir hissəsidir və bir orqan ilə konsert salonu olaraq istifadə olunur. Binanın Rus Pravoslav Kilsəsinə qaytarılması barədə söhbətlər gedir.

  1. Lavrentevskaia Letopis (PSRL I), 166; Ipatevskaia Letopis (PSRL 2), 155; A. N. Nasonov, Novgorodskaia Pervaia Letopis: Starshego i mladshego izvodov (Moscow and Leningrad: ANSSR, 1950), 17, 186; Novgorodskaia Tretaia Letopis (PSRL 3), 212; Novgorodskaia chetvertaia letopis (PSRL 4), 123.
  2. Denis Duk, "Sviataia Sofii o Sed'mi Versiak," Rodina (June 2007)available online at http://www.istrodina[daimi ölü keçid]. com/rodina_articul.php3?id=2221&n=112
  3. Duk, "Sviataia Sofii o Sed'mi Versiak." See also Gennadii Lavretskii, "Sofiia Premudrost' Polotskaia," Rodina (June 2007).