Livoniya müharibəsi

Livoniya müharibəsi (1558-1583-cü illər)Livoniya konfederasiyası, Rusiya çarlığı, Böyük Litva knyazlığı (1569-cu ildən - Reç Pospolita), İsveçDanimarka krallığının iştirak etdiyi XVI əsrdə baş verən böyük bir hərbi münaqişə (və ya bir sıra hərbi münaqişələr). Tərəflər Köhnə Livoniyaya (hazır ki, EstoniyaLatviyada) nəzarət etmək üçün müharibələr aparırdılar. Döyüş əməliyyatları əsasən müasir Estoniya, Latviya, BelarusRusiyanın şimal-qərbi ərazilərində aparılırdı. Rusiya çarlığı müharibəyə başlayanda DanimarkaNorveç Krallığı, İsveç Krallığı, Böyük Litva knyazlığı və Polşa Krallığının İttifaqı (sonradan Polşa-Litva Birliyi) arasında dəyişən koalisiya ilə üz-üzə gəldi.

Livoniya müharibəsi
XVI əsrin birinci yarısında Livoniya Ordeni və ona daxil olan bölgələr
XVI əsrin birinci yarısında Livoniya Ordeni və ona daxil olan bölgələr
Tarix 17 yanvar 1558 — 26 may 1583
Yeri müasir Estoniya, Latviya, Belarusun şimal-şərqi və Rusiyanın şimal-qərb əraziləri
Nəticəsi Reç Pospolitaİsveçin qələbəsi:
Yam-Zapolski sülhü;
Plyus barışığı
Ərazi dəyişikliyi Velij və Livoniyanın Böyük Litva knyazlığına, Estlandiya, İnqriya və Kareliyanın bir hissələrinin İsveçə, Ezel adasının Danimarkaya birləşdirilməsi
Münaqişə tərəfləri

Rusiya çarlığı
Qasım xanlığı
Livoniya krallığı (1570—1578)
İsveç İmperiyası (1561—1568)[a]
Danimarka-Norveç uniyası (1562—1570)

1558—1561
Livon konfederasiyası
Livoniya Ordeni



1561—1582
Böyük Litva knyazlığı(1569-cu ilə qədər)
Polşa krallığı (1569-cu ilə qədər)
Reç Pospolita(1569-cu ildən)
Kurlandiya və Semiqaliya Hersoqluğu

1570—1583
İsveç İmperiyası

1575—1578
Danimarka-Norveç uniyası[b]
Komandan(lar)

IV İvan Qroznı
Şah Əli (Qasım xanı)
Simeon Bekbulatoviç (Sain Bulat)
Maqnus
XIV Erix
II Frederik

Vilhelm fon Fyurstenberq
Qotxard Ketler
Filipp fon Bell
II Siqizmund Avqust
Stefan Batori
III Yohan
II Frederik

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibə 1558-ci ilin yanvarında Rusiya çarlığının Livoniyaya hücumu ilə başladı. Müharibənin ilk mərhələsində rus qoşunları əhəmiyyətli uğurlar əldə etdilər. Narva, Derpt (Yuriyev) və bir sıra digər şəhər və qəsrlər fəth edildi. 1561-ci ildə Vilen müqaviləsinə əsasən Livoniya Konfederasiyası ləğv edildi. Onun ərazisinin bir hissəsi vassal olaraq Kurlandiya və Semiqaliya hersoqluğu şəklində Böyük Litva knyazlığına qəbul edildi. Digər bir hissəsi isə birbaşa Böyük Litva knyazlığının bir hissəsi oldu.

Bu andan başlayaraq, müharibə əsasən Rusiya çarlığı ilə Böyük Litva knyazlığı arasında qarşıdurma xarakteri aldı və hərbi əməliyyatlarda əsasən sonuncunun ərazilərində aparıldı. 1563-cü ildə Polotsk rus qoşunları tərəfindən tutuldu. Ancaq rusların bu müvəfəqiyyəti davamlı olmadı. Belə ki, 1564-cü ildə rus ordusu Çaşniki döyüşündə məğlub oldu. Bundan qısa müddət sonra opriçnina tətbiq edildi (1565-1572). 1569-cu ildə Böyük Litva knyazlığı Polşa Krallığı ilə vahid Reç Pospolita dövləti adı altında birləşdilər.

Rus qoşunları tərəfindən Revelin uğursuz mühasirəsindən sonra (1577) Reç Pospolita qüvvələri Polotsku geri qaytardı və Pskovu mühasirəyə aldı. Amma mühasirə uğursuz oldu. İsveçlilər Narvanı ələ keçirdi və uğursuzluqla nəticələnən Oreşek qalasını mühasirəyə aldılar. 1558-ci ildən 1578-ci ilə qədər Rusiya Dorpat (Tartu) və Narvada ilk hərbi uğurlarını qazanaraq, bölgədə üstünlüyü əldə etmişdi. Livoniya Konfederasiyasının Rusiya tərəfindən dağıdılması Polşa ilə Litva arasında münaqişəyə səbəb oldu və İsveç və Danimarka-Norveç 1559-1561-ci illər arasında münaqişəyə müdaxilə etdi. Rusiyanın daimi müdaxilələrinə baxmayaraq İsveç Estoniyası quruldu. Danimarka-Norveçli II Frederik Öselin köhnə yepiskopluğunu satın aldı və onu qardaşı hersoq Maqnus Holşteynlinin nəzarəti altına verdi. Hersoq Maqnus Livoniya mülklərini genişləndirməyə və 1576-cı ildə qadığı günə qədər nominal olaraq mövcud olan Rusiyanın vassal asıllığında olan Livoniya Krallığını qurmağa cəhd etdi.

1576-cı ildə Stefan Batori Litvanın Böyük hersoqu kimi Polşa kralı oldu və 1578-1581-ci illərdəki uğurları, o cümlədən Venden döyüşündə İsveç-Polşa-Litva birgə hücumu ilə müharibənin gedişatını dəyişdirdi. Ardınca Rusiya ərazisində xeyli müddəti əhatə edən bir kampaniya başladı və Pskovun uzun və çətin mühasirəsi ilə nəticələndi.

Müharibə Yam-Zapolski (1582) və Plyus (1583) sülh müqavilələrinin imzalanması ilə başa çatdı. Rusiya ilə Polşa-Litva arasında müharibəyə son qoyan 1582-ci il Yam-Zapolski sülhünün şərtlərinə görə, Rusiya Livoniya və Polotskdakı bütün keçmiş mülklərini Polşa-Litva lehinə güzəştə getdi. O, müharibə zamanı ələ keçirdiyi bütün əraziləri, o cümlədən sahilyanı Baltik şəhərləri ilə sərhəddəki torpaqları itirdi (Koporya, Yama, İvanqorod). 1583-cü ildə ​​İsveç və Rusiya, Estoniya Hersoqluğunu saxlayaraq, İsveçin İnqriya və Şimali Livoniyanın çox hissəsini aldığı Plus sülh müqaviləsini imzaladı. Beləliklə, keçmiş Livoniya konfederasiyasının ərazisi Reç Pospolita, İsveçDanimarka arasında bölüşdürüldü.

XIX-cu əsrdən bəri Rusiya tarixşünaslığında müharibənin əsas məqsədinin Rusiyanın Baltik dənizinə çıxış əldə etməsi fikri hökm sürür. Lakin bir sıra müasir elm adamları münaqişənin səbəblərinin bu olmadığı fikrində qalırlar.

Livoniya müharibəsi Şərqi Avropadakı hadisələrə böyük təsir göstərmiş və münaqişədə iştirakçı dövlətlərin daxili siyasətində ciddi nəticələri olmuşdur. Müharibə nəticə etibarilə Livoniya ordeninin varlığını sona çatdırmış, Reç Pospolitanın yaranmasına kömək etmiş və Rusiya çarlığının iqtisadi tənəzzülünə səbəb olmuşdu.

Müharibə ərəfəsində

[redaktə | mənbəni redaktə et]

Livoniya ordeni, ya da Livoniya Məsih Cəngavərlərinin Qardaşlığı, XIII əsrin əvvəllərində Avropanın şimal-şərqində qurulan Xaçlı Cəngavərlərin hərbi-dini bir təşkilatı idi.[1] Livoniyalıların Rusiya knyazlıqları ilə münasibətləri əvvəldən nizamlı deyildi.[2] Belə ki, 1242-ci ildə hələ də Teutonik ordusunda olan cəngavərlər PskovNovqorod şəhərlərinə qarşı işğalçı kampaniyada iştirak etmişdilər, lakin Buz döyüşündə məğlub edilmişdilər.[3]

XV əsrdə Livoniyada nizam-intizam zəifləmiş, o, bir-biri ilə kəskin rəqabət aparan Livoniya Ordeninə və dörd yepiskop-knyazlığa bölünmüşdü. Bundan əlavə, reformasiya nəticəsində Livoniyada yepiskopların təsiri kəskin şəkildə azalmış, onların təsir dairəsi adi bir rəsmiyyətə çevrilmişdi.[4] Yalnız XVI əsrin əvvəllərində Livoniya ərazisinin 67% -dən çoxunu əhatə edən Livoniya Ordeni həqiqi gücə sahib idi.[5] Böyük şəhərlərin geniş muxtariyyəti var idi və onlar öz maraqlarını qoruyurdu. XVI əsrin ortalarında Livoniya cəmiyyətində parçalanma yüksək həddə çatmışdı. Tarixçi Georq Forsten Livoniya müharibəsi ərəfəsində "Livoniyanın daxili vəziyyəti daxili çürümənin ən dəhşətli və kədərli mənzərəsini təmsil etdiyini" qeyd edirdi.[6]

Rusların adamyeyənlik (hanibalizm) səhnəsi, Alman təbliğat plakatı

1480-ci ilin yanvarında Livoniya Ordeni Pskov torpaqlarına hücum edərək Vışqorodok qalasını tutdu. Qalanın bütün sakinləri qılıncdan keçirildi. Qdovun mühasirəyə düşməsindən sonra pskovlular onlara yardım göstərməsi üçün Moskva çarlığına müraciət etdilər. Moskva çarının köməyə göndərdiyi ordu ilə birlikdə Pskov könüllüləri 1480-ci ilin fevralında Livoniyaya girərək Yuryevi ələ keçirdilər. Bundan sonra, yazda və payızda livoniyalılar Pskov və İzbork şəhərlərinə yeni hücumlar təşkil etdilər. Ruslar bu hücumlara 1481-ci il qış kampaniyası ilə cavab verdilər. Onlar Tarvastu və Karkus qalalarını ələ keçirib, Fellin qalasını mühasirəyə aldılar. Rus-Livoniya müharibəsi başa çatdıqdan sonra sülh müqaviləsi bağlandı. Müqavilənin şərti ilə Derpt yepiskopluğu illik olaraq Pskova hər bir şəxsə görə bir qrivna (bir Alman markasına və ya 6 Macarıstan qızılına bərabər) miqdarında Müqəddəs Yuriyev xəracını ödəməli idi.[7]

1492-ci ildə əsas məqsədi Rusiya sərhədlərini qorumaq olan İvanqorodun əsası qoyuldu. Rus qalası Narva çayı üzərində Livoniya Narvası ilə üzbəüz yerləşmişdi.[8]

1503-cü ildə III İvan Livoniya konfederasiyası ilə altı il müddətinə atəşkəs imzaladı. Sonradan eyni şərtlərlə 1509, 1514, 1521, 1531 və 1534-cü illərdə atəşkəs uzadılmışdı. Hər yeni müqavilədə "Müqəddəs Yuriyev xəracı" daim xatırlanmışdır.[9]

1554-cü il danışıqları zamanı IV İvan müqavilə şərtlərini sərtləşdirdi, əlavə olaraq xəracdan qalmış borcları və ordenin Litva knyazlığıİsveçlə hərbi ittifaqlara son verməyi tələb etdi.[9]

İlk borc ödənişi 1557-ci ildə edilməli idi. Lakin Livoniya konfederasiyası həmən ilin fevralında baş tutan danışıqlarda "Müqəddəs Yuri xəracı"nın ödəməsinin ləğv edilməsini tələb etdi. Çar bu tələbi qəti şəkildə rədd etdi. 1557-ci ilin dekabrında Moskvaya livoniyalıların yeni bir səfirliyi gəldi. Səfirlik 30 min macar qızılı və ya 45 min taler, ya da 18 min rubl məbləğində borcun ödənilməsi barədə razılığa gəldi. Razılığa əsasən bundan sonra hər il min macar qızılı məbləğində xərac ödənilməli idi. Lakin livoniyalılar bu öhdəlikləri yerinə yetirmədilər.[7]

1557-ci ilin yazında çar IV İvan Narva sahillərində yeni bir limanın əsasını qoydu.[10] Ancaq Livoniya və Hanza ittifaqı Avropa tacirlərini yeni Rusiya limanına buraxmadı və onlar əvvəllər olduğu kimi Livoniya limanlarına getməyə məcbur oldular.

Ümumi tənnəzül və Livoniyanın hərbi zəifliyi (bəzi hesablamalara görə, Orden bir döyüşdə 10 min əsgərdən çox olmayan qüvvə çıxara bilərdi[11]), bir zamanlar qüvvətli olan Hanza ittifaqının zəifləməsi, Polşa-Litva ittifaqının, İsveçin, DanimarkanınRusiyanın ekspansiyası Livoniya Konfederasiyasının mövcudluğunun təhlükə altında olduğu bir vəziyyətə gətirdi.[12]

Livoniyanın sərhədləri 1534-cü ildə.

Tarixşünaslıqda Livoniya müharibəsinin başlanmasının səbəbləri ilə bağlı fərqli fikirlər mövcuddur.

Müqəddəs Yuri xəracı

[redaktə | mənbəni redaktə et]

Ənənəvi yanaşmaya əsasən, IV İvan Rusiyanın geosiyasi maraqlarını aydın başa düşürdü və onlara tam uyğun hərəkət edirdi. Livoniyalılar tərəfindən "Müqəddəs Yuri xəracı"nın ödənilməməsi müharibənin başlaması üçün bir bəhanə hesab edilir. Müharibənin özü isə qaçılmaz bir qanunauyğunluq kimi qiymətləndirilir.[13][14] Bu fikri bölüşən tarixçilər Rusiya ilə Avropa arasında "Livoniya maneə"sinin mövcud olduğunu qeyd edirlər. Bu maneənin məhv edilməsi ölkənin hərbi-texniki və ya mədəni geriləməsini aradan qaldırmaq üçün lazım idi.[15] Belə bir maneənin mövcudluğunun bariz nümunəsi olaraq, onlar çox vaxt IV İvanın əmri ilə Avropada 300-ə yaxın müxtəlif ixtisaslar üzrə mütəxəssisləri rus xidmətinə cəlb edən, lakin livoniyalıların səyləri ilə tutulmuş və sonradan onlar tərəfindən edam edilən Hans Şlittenin məhkəmə işindən bəhs edirlər.[16]

Fərqli bir yanaşmanın tərəfdarları hesab isə edirlər ki, IV İvan Livoniyada genişmiqyaslı müharibəyə başlamağı planlaşdırmadı. 1558-ci ilin əvvəlindəki hərbi kampaniya livoniyalıları vəd edilmiş xəracı ödəməyə məcbur etmək üçün güc nümayişindən başqa bir şey deyildi. Bu fikrin lehinə olaraq onlar Rusiya ordusunun əvvəlcə Krım istiqamətində istifadə edilməsinin planlaşdırıldığı faktını dəlil kimi göstərirlər.[17] Belə ki, rusiyalı tarixçi Aleksandr Filyuşkinin fikrincə müharibə "dəniz uğrunda mübarizə" xarakteri daşımırdı. Çünki, dövrün heç bir rus sənədində dənizə sıçrayışın zəruriliyi qeyd edilmir.[18]

Rus-Livoniya müqavilələrinin pozulması və Polşa-Livoniya birliyinə qarşı hərəkətlər

[redaktə | mənbəni redaktə et]

1557-ci ildə Livoniya konfederasiyası ilə Polşa-Litva İttifaqı arasında bağlanan Pozvol müqaviləsi 1554-cü il Rusiya-Livoniya sazişlərinin şərtlərini kobud şəkildə pozması faktı da əhəmiyyətli diqqətə layiqdir. Bu müqavilədə Moskvaya qarşı müdafiə-hücum ittifaqı haqqında məqalə əksini tapmışdı.[19][20] Həm həmin dövrün tarixşünaslığında(T.Bredenbax, İ.Renner[21]), həm də sonrakı dövr tədqiqatçılarda arasında belə bir fikir vardır ki, məhz bu müqavilə IV İvanın 1558-ci ilin yanvarında həlledici hərbi əmməliyyatlara başlamağa sövq etmişdir.[22][23] Çünki rus çarı Livoniyada möhkəmlənmək üçün Polşa KrallığınaBöyük Litva knyazlığına qüvvələrini bölgədə səfərbər etməyə vaxt verməmək məqsədi ilə bu addımı atmışdı.[24][25][26]

Lakin bununla belə, bir sıra digər tarixçilər hesab edirlər ki, Pozvol müqaviləsi 1558-ci ildə Livonia ətrafında vəziyyətin gərginləşməsinə çox az təsir göstərmişdir. V.E.Popov və A.İ.Filyuşkinin fikrincə, Pozvol müqaviləsinin Moskva üçün casus belli olub-olmaması məsələsi mübahisəlidi. Çünki bu fakt maddi sübutlarla təsdiqlənmir və o dövrdə Moskvaya qarşı hərbi ittifaq 12 il müddətə təxirə salınmışdı.[27] E.Tiberqə görə, o vaxt Moskvada bu müqavilənin mövcudluğu haqqında heç bir məlumata malik deyildilər.[28] V.V.Penskoy hesab edir ki, bu məsələdə müqaviləninin bağlanması faktının Moskva üçün casus belli olub-olmaması o qədər də vacib deyil. Çünki onu da başqaları ilə birlikdə Livoniya müharibəsinin başlanmasının səbəbi kimi göstərmək olar. Polşa və Litvanın Livoniyanın daxili işlərinə açıq müdaxiləsi, livoniyalılar tərəfindən "Yuri xəracı"nın ödənməməsi, Rusiya dövlətinin blokadasının güclənməsi və s. kimi hadisələr qaçılmaz olaraq müharibəyə səbəb olmuşdur.[29][30]

Rus tacirlərinin və möminlərin maraqlarının qorunması

[redaktə | mənbəni redaktə et]
1558–1560-cı illərdə baş verən döyüş əməliyyatlarının xəritəsi

1560-cı ilin yanvar ayında İsveç kralı Qustav Vasa yazdığı məktubda IV İvan Qroznı nəinki, livoniyalıların xərac ödəmək vədini pozduğunu, həmçinin “livoniyalı düzgün olmayan xalq”a qarşı edilənlər - rus kilsələrinin qarət edilməsi və rus tacirlərinin əmlakının ələ keçirilməsini işarə edirdi: "Həm Riqada, həm Kolıvanda, həm də Yuryevdə evləri, dükanları, kilsələri qarət etdilər, bütün əmlakları mənimsədilər, bizim xalqımıza rahat yaşamaq imkanı verilmədi və insanlarımıza hər cür yalan və təhqirlər etdilər".[31].

Habsburq imperatoru I Ferdinandın müharibəni bitirmək təklifinə cavab olaraq 20 fevral 1560-cı il tarixli məktubunu IV İvan livoniyalıların "Allahın əmrini pozduğunu və lüteranlıq doktrinasını qəbul etmək" ittihamı ilə başlayırdı. Həmçinin əlavə edir ki, hətta 1554-cü il tarixli rus-livoniya danışıqlarında, "rus kilsələrini mənimsəməkdə" günahlandırıldıqda, livoniyalılar "Rus Tanrı kilsələrini təmizləməyə" söz verdilər. Lakin, bunun əvəzinə "bizim xristian kilsələrimiz dağıdıldı və həmin kilsə yerləri murdarlandı". Beləliklə, rus çarı pravoslav kilsələrinin dağıdılmasından danışır, baxmayaraq ki, rəsmi danışıqlarda və ya Qroznının Andrey Kurbski ilə yazışmalarında bu ittihamlar səsləndirilməmişdi.[31]

Çarın 1563-cü ilin payızında Litva səfirlərinə göndərdiyi namədə də müharibənin dindən dönənlərin ruhlarının cəhənnəm atəşindən xilas olması üçün dindarların cəzası olduğu tezisini təkrarlayır.[31]

Müharibənin gedişi

[redaktə | mənbəni redaktə et]

Müharibənin başlayanda Livoniya ordeni Siqizmund II Avqustun dəstəyinə arxalanan Riqa arxiyepiskopu və ilə qarşıdurmada məğlubiyyətə uğrayaraq daha da zəifləmişdi. Digər tərəfdən Rusiya KazanHəştərxan xanlıqlarının, Başqırdıstanın, Böyük Noqay Ordasının, kazaklarınKabardanın ilhaqından sonra daha da güclənmişdi.

Livoniya Konfederasiyası ilə müharibə

[redaktə | mənbəni redaktə et]
IV İvan Qroznı tərəfindən Narvanın tutulması. B.A.Çorikov 1836.

Rusiya çarlığı 1558-ci il yanvarın 17-də müharibəyə başladı. 1558-ci ilin yanvar-fevral aylarında Livoniya torpaqlarına rus qoşunlarının basqını kəşfiyyat xarakterli idi. Basqına 40 min adam qatılmışdı. Onlara Şah Əli xan, vayovodalar M.B.Qlinski və D.P.Zaxarin-Yuryev başçılıq edirdi.[32] Onlar Estoniyanın şərq hissəsini gəzib, martın əvvəlinə geri qayıtdılar.[33] Rusiya tərəfi bu yürüşü yalnız Livoniyadan lazımi xərac almaq istəyi ilə izah etdi.[34][35] Livoniya landtaqı başlayan müharibəni dayandırmaq üçün Moskva ilə hesablaşmaq məqsədiylə 60.000 taler toplamaq qərarına gəldi. Ancaq may ayına qədər iddia edilən məbləğin yalnız yarısı toplandı.[36] Bundan əlavə Narva qarnizonu İvanqorod qalasını top atəşinə tutdu və bununla da atəşkəs müqaviləsi pozuldu. Narva XIII əsrdə danimarkalılar tərəfindən qurulmuş Livoniya ordusunun güclü sərhəd qalası idi. Sərhədin digər tərəfində XV əsrin sonlarında mümkün hücumdan qorunmaq üçün İvanqorod qalası tikildi. Qalalar arasındakı məsafə iki kilometrə yaxın idi. Hərbi əməliyyatlar başladıqda qalanın komendantı cəngavər fon Şnellenberq idi. Məhz o, İvanqorodu atəşə tutmaq əmrini vermişdi.[37]

Bu hadisə rus tərəfinə yeni yürüş üçün bəhanə oldu. Bu dəfə Livoniyaya daha güclü bir ordu yürüş istiqamətləndi. Livoniya Konfederasiyası o dövrdə qala qarnizonlarını saymadan, döyüşə 10 mindən çox adam çıxara bilərdi. Beləliklə, də onun əsas hərbi üstünlüyü qalın divarlarla möhkəmləndirilmiş qalalar idi. Lakin bu qalalar artıq ağır mühasirə silahlarının gücünə effektiv müqavimət göstərə bilmirdi.[38]

1558-ci ilin aprelində vayevoda Danil Adaşev, Aleksey Basmanov və İvan Buturlin başda olmaqla rus qoşunları Narvaya yaxınlaşdılar. Mühasirə başladı. Mayın 11-də qalada güclü küləyin müşayyəti ilə yanğın başladı (Nikon salnaməsinə görə, yanğın sərxoş livoniyalıların Məryəmin Pravoslav ikonasını atəşə atması səbəbindən meydana gəlmişdi [39]). Narvanın müdafiəçiləri qala divarlarını tərk edərək daha güclü bir düşmənlə - qəzəbli alovla qeyri-bərabər döyüşə qaçmalı oldular. Şəhərdəki çaxnaşmadan yararlanan rus qoşunları hücuma keçdilər.

"Murdar ruslar heç kəsə aman vermir. Əsir düşən hər kəslə belə davranır". "Uçan vərəq", Nürinberq 1561.

Onlar maneəsiz qapıları sındırdılar. Düşmən artilleriyası ilə birlikdə aşağı şəhəri sürətlə ələ keçirərək yuxarı şəhəri və qalanı atəşə tutdular. Mühasirəyə alınanlar vəziyyətin qaçılmaz olduğunu görüb şəhərdən sərbəst çıxmaq şərtiylə təslim oldular. Narva alındı.[40]

Neyhauzen qalasının müdafiəçiləri xüsusi inadkarlıqla müdafiə olundular. Qala cəngavər fon Padenormun rəhbərliyi ilə bir neçə yüz döyüşçü tərəfindən müdafiə edilirdi. Onlar demək olar ki, bir ay ərzində vayevoda Pyotr Şuyiskinin hücumunu dəf etməyə müvəffəq oldular. 1558-ci il iyunun 30-da rus artilleriyası qala divarlarını və qüllələrini dağıtdıqdan sonra almanlar yuxarı qalaya sığındılar. Fon Padenorm burada da müdafiəni davam etdirmək istəyini ifadə etdi, lakin qalanın sağ qalan müdafiəçiləri müqavimətin mənasız olduğunu görüb təklifdən imtina etdilər. Cəsarətlərinə hörmət əlaməti olaraq Şuyiski onlara şərəflə qaladan çıxmalarına icazə verdi.[41]

İyul ayında P.Şuyski Derpti mühasirəyə aldı. Şəhər yepiskop Hermann Veylandın komandanlığı altında 2000 nəfərlik bir qarnizon tərəfindən müdafiə edilirdi. Qala divarları səviyyəsində tir düzəldildi və onların üzərinə toplar qoyaraq, rus artilleriyası iyulun 11-də şəhəri şiddətli atəşə tutmağa başladı. Top mərmiləri evlərin damlarını dağıdaraq, orada sığınan şəhər sakinlərinin üzərinə tökülürdü. İyulun 15-də P.Şuyiski Veylanda təslim olmaq təklifini etdi. O, təklifi düşünən müddətdə bombardman davam etdi. Bəzi qüllələr və atəş boşluqları dağıdıldı. Kənardan yardım ümidini itirən mühasirədə olanlar ruslarla danışıqlara başlamaq qərarına gəldilər. P.Şuyski sakinlərə şəhəri dağıtmayacağını və eyni idarəçiliyi saxlayacağına söz verdi. 1558-ci il iyulun 18-də Derpt təslim oldu. Qoşunlar yerli sakinlər tərəfindən tərk edilmiş evlərdə yerləşdilər. Onlardan birində gizli saxlanc yerində döyüşçülər 80 min taler tapdılar. Livoniyalı tarixçi[42] derptlilərin acgözlükləri səbəbindən rus çarının tələb etdiklərindən daha çox itirdiklərini acı bir şəkildə nəql edir. Tapılan vəsait təkcə Yuryev xəracı üçün deyil, həm də Livoniya Konfederasiyasını qorumaq üçün qoşun toplamağa da kifayət edərdi.

1558-ci ilin may-oktyabr aylarında rus qoşunları könüllü təslim olaraq Rusiya çarının tabeliyinə keçənlər daxil 20 möhkəmləndirilmiş şəhər-qala ələ keçrdilər. Bundan sonra rus qoşunları qışı evdə keçirmək üçün Livoniya ərazilərini tərk etdilər. Getməzdən əvvəl onlar şəhərləri qorumaq üçün oralarda kiçik qarnizonlar qoydular. Livoniyadakı Tevton ordeninin yeni enerjili naziri Qotthard Ketler bundan yararlanmaq qərarına gəldi. O, 10 minlik ordu toplayaraq, itirilənləri geri qaytarmağa qərar verdi. 1558-ci ilin sonlarında Ketler voyevoda Rusin-İqnateyevin komandanlığı altında bir neçə stereletsin daxil olduğu qarnizon tərəfindən müdafiə olunan Rinqen qalasına yaxınlaşdı. Vayevoda Mixail Repninin başçılığı ilə 2 min nəfərlik bir dəstə mühasirəyə alınmışların köməyinə gəldi. Ancaq Ketler Repnininin dəstəsini darmadağın etdi. Rus qarnizonu beş həftə qalanı müdafiə etməyə müvvəfəq oldu. Müdafiəçilərin barıtı bitdikdən sonra isə almanlar qalaya hücum edərək onu aldılar. Bütün qarnizon qılıncdan keçirildi. Lakin, Rinqenin tutulması livoniyalılara gözlədikləri müvvəfəqiyyəti gətirmədi. Belə ki, bir aydan çox davam edən mühasirə və qoşununun beşdə birini (2 min nəfər) itirən Ketler hücumun ardını gətirə bilmədi. 1558-ci il oktyabrın sonunda onun ordusu Riqaya geri çəkildi. Bu kiçik qələbə livoniyalılara böyük bir fəlakət gətirdi.[43]

Rinqeni livoniyalılar ələ keçirdikdən sonra IV İvan Qroznı onlara cavab verməyi qərar verdi. Rinqen qalasının itirilməsindən iki ay sonra rus qoşunları Livoniya torpaqlarına qış basqını həyata keçirdi. 1559-cu ilin yanvarında knyaz-vayevoda V.S.Serebryanının komandanlıq etdiyi ordu Livoniyaya soxuldu. Onun qarşısına cəngavər Fölkersamın (Fölckersam) komandanlığı altında Livoniya ordusu çıxdı.[44] Yanvarın 17-də Tirzen döyüşündə almanlar darmadağın edildilər. Bu döyüşdə Fölkersam və 400 cəngavər (sıravi döyüşçülər bura daxil deyil) öldürüldü, qalanları ya əsir düşdü, ya da qaçıb canını qurtardı. Bu qələbə ilə Livoniya "qapılarını" rusların üzünə açıldı. Onlar Livoniya Konfederasiyasının torpaqlarından sərbəst keçdilər, 11 şəhəri ələ keçirdilər və Riqaya çatdılar. Burada ruslar Dunamun basqında Riqa donanmasını yandırdılar. Sonra rus ordusu Kurlandiyanı tutub, oradan keçərək Prussiya sərhəddinə çatdı. Fevral ayında ordu böyük qənimət və çox sayda əsir ilə evə qayıtdı.[45]

1559-cu il barışığı

[redaktə | mənbəni redaktə et]
Şərqi Livoniyanın əsas şəhərlərinin və qalalarının xəritəsi

1559-cu il qış basqınından sonra IV İvan əldə edilmiş uğuru möhkəmləndirmədən Livoniya Konfederasiyasına mart-noyabr aralığında (ardıcıl üçüncü) barışıq təklifi göndərdi. Onun tərəfindən belə tələsik və hesablanmamış sülh təklifi bir neçə səbəbə görə idi. Moskva Livoniya torpaqlarında gözü olan Litva, Polşa, İsveçDanimarkanın ciddi təzyiqi altında qalmışdı. 1559-cu ilin mart ayından etibarən Litva səfirləri IV İvannı Livoniyadakı hərbi əməliyyatları sona çatdırmağa çağırırdılar. Əks halda çarı Livoniya Konfederasiyası tərəfindən müharibəyə qoşulacaqları ilə təhdid edirdilər. Tezliklə İsveç və Danimarka səfirləri də müharibənin dayandırılması istəyi ilə müraciət etdilər.[46]

Livoniyanın işğalı ilə Rusiya bir sıra Avropa dövlətlərinin ticarət maraqlarına da zərbə endirirdi. Baltik dənizində ticarət ildən-ilə böyüyürdü və bunun kim tərəfindən idarə ediləcəyi sualı aktual olaraq qarşıya çıxırdı. Qazanclarının ən vacib hissəsini - Rusiya tranzitindən əldə etdiyi gəlirləri itirən Revel tacirləri İsveç kralına şikayət edirdi: "Divarlarda dayanaraq tacir gəmilərinin şəhərimizin yanından üzüb Narvadakı rusların yanına getməsini göz yaşları ilə seyr edirik".

Bundan əlavə Livoniyada rusların olması qitədə güc balansını pozaraq, mürəkkəb və qarışıq Avropa siyasətinə təsir edirdi. Belə ki, məsələn Polşa kralı II Siqizmund Avqust İngiltərə kraliçası I Yelizavetaya yazdığı məktubda Livoniyadakı rusların əhəmiyyətini belə göstərirdi: "Moskva çarı Narvaya gətirilən mallar hesabına gücünü günbə gün artırır, çünki oraya digər mallarla yanaşı ona məlum olmayan silahlar da gətirilir ... hərbi mütəxəssislər də gəlir. O, onlar vasitəsi ilə hamını məğlub etmək üçün vasitə əldə edir ..."

Digər bir çətinlik Moskvanın özündə fikir ayrılığının olması idi. Ümumi bir hərbi strategiyanın olmaması, bəzi boyarların Baltik sahilini əldə etməyi ən yüksək prioritet hesab etdiyi, digərinin Krım xanlığının ən qısa müddətdə aradan qaldırılmasının tərəfdarı olması çarın yaxın silahdaşları arasında qızğın mübahisələrə səbəb oldu.[47] Faktiki olaraq 1559-cu il barışığının əsas təşəbbüskarı saray məmuru Aleksey Adaşev idi. Bu qrup tatar çöllərindən gələn təhlükəni aradan qaldırmaqla yanaşı, çöl zonasında böyük torpaq fondu əldə etmək istəyən zadəganlar dairələrinin əhval-ruhiyyəsini əks etdirirdi.[48] Bu barışıq zamanı ruslar Krım xanlığına zərbə vurdular, lakin bunun heç bir ciddi nəticəsi olmadı. Əksinə Livoniya ilə barışığın nəticəsi daha qlobal oldu.

Atəşkəs müddətində (avqustun 31-i) Livoniya Tevton Ordeninin landmeysteri Qothard Ketler Vilnoda Böyük Litva knyazı II Siqizmund Avqust ilə saziş bağladı. Müqaviləyə əsasən Riqa arxiyepiskopunun bütün əmlakı və torpaqları onun "müştəri və himayə"sinə, yəni Böyük Litva Knyazlığının protektoratı altında keçirdi. Eyni 1559-cu ildə Revel İsveçə keçdi və Ezel yepiskopu Ezel adasını Danimarka kralının qardaşı hersoq Maqnusa 30 min talarə güzəştə getdi.

Atəşkəs fürsətindən istifadə edən Livoniya Konfederasiyası yeni ordu yığa bildi. Onlar Yuryev yaxınlığında atəşkəsin bitməsinə bir ay qalmış rus qoşunlarına hücum etdilər. Rusiya vayevodaları 1000-dən çox canlı itki verdi.[48]

Hərbi əməliyyatların bərpa edilməsi

[redaktə | mənbəni redaktə et]

1560-cı ildə ruslar hərbi əməliyyatları bərpa etdilər və bir sıra qələbələr qazandılar. Çar ordusu Marienburq tutdu (Latviyada indiki Alukusne), alman qüvvələri Ermesdə məğlub edildi, bundan sonra Fellin (Estoniyada indiki Vilyandi) işğal edildi. Livoniya Konfederasiyası dağıldı. Fellin tutulanda Tevton ordeninin keçmiş livoniyalı landmasteri Vilhelm fon Furstenberg əsir düşdü. 1575-ci ildə Yaroslavldan qardaşına məktub göndərdi.[49] Burada keçmiş landmasterin mülkiyyətinə torpaq sahəsi verilmişdi. Məktubda o, qardaşına "taleyindən şikayət etməyə heç bir səbəbi olmadığını" söyləyirdi. Livoniya torpaqlarını əldə edən İsveçLitva, Moskvadan qoşunlarını bu ərazilərdən çıxarılmasını tələb etdi. IV İvan bu tələbə imtina ilə cavab verdi. Nəticədə Rusiya Litvaİsveç koalisiyası ilə münaqişəyə cəlb olundu.[50]

Böyük Litva knyazlığı ilə müharibə

[redaktə | mənbəni redaktə et]
Polotskun mühasirəsi, 1579-ci il qravürası

1561-ci ildə Tarvastın mühasirəsi zamanı Nikolay Radzivill vayevodalar Kropotkin, Putyatin və Trusovu şəhəri təslim etməyi inandırdı.[51] Onlar əsirlikdən qayıdanda təxminən bir il həbsdə yatdılar. Bir ildən sonra Qroznı onları bağışladı.[52]

1561-ci ilin payızında Livoniya ərazisində Kurlandiya və Semiqaliya Hersoqluğunun yaranması və digər torpaqların Böyük Litva knyazlığına verilməsi haqqında Vilen Uniyası bağlandı.

1561-ci il noyabrın 26-da Alman imperatoru I Ferdinand Narva limanı üzərindən rusların nəqlini qadağan etdi. İsveç kralı XIV Erik Narva limanını blokadaya aldı və Narvaya üzən tacir gəmilərini tutmaq üçün İsveç donnanmasını göndərdi.

1562-ci ildə Litva dəstələri SmolenskVelij şəhərlərinə basqın düzənlədilər. Elə həmin ilin yayında Rusiyanın cənub sərhədlərində vəziyyət pisləşdi[c], bu da Livoniyaya rusların yeni hücumunun vaxtını uzatdı. 1562-ci ildə Nevel döyüşündə knyaz Andrey Kurbski Pskova hücum edən Litva dəstəsini məğlub edə bilmədi. Avqustun 7-də Rusiya ilə Danimarka arasında sülh müqaviləsi bağlandı və ona görə çar Ezel adasının Danimarkaları tərəfindən ilhaq edilməsi ilə razılaşdı.[53]

Litvanın paytaxtı Vilnaya gedən yolu Polotsk bağlayırdı. 1563-cü ilin yanvarında demək olar ki, ölkənin bütün silahlı qüvvələrinin daxil olduğu rus ordusu bu sərhəd qalasını ələ keçirmək üçün Velikiye Lukidən çıxaraq ora doğru getdi.[48] Fevralın əvvəlində rus ordusu Polotsku mühasirəyə aldı və fevralın 15-də şəhər təslim oldu.

Pskov salnaməsinə görə, Polotsku ələ keçirərkən IV İvan bütün yəhudilərin yerində vəftiz olunmasını əmr etdi. Bundan imtina edənləri isə dərhal Dvina çayında boğmaq əmrini verdi.[54]

Alman imperatoru Ferdinandın ittifaq bağlamağı və türklərə qarşı birgə mübarizə təklifinə çar Livoniyada lüteranlara qarşı demək olar ki, onun maraqları uğrunda mübarizə apardığını söylədi.[55] IV İvan Habsburqların siyasətində katolik birliyi ideyasının necə əhəmiyyət dağıdığını bilirdi. Lüteran doktrinasına qarşı çıxan Qroznı Habsburqların siyasətinin çox həssas tərəfinə toxunurdu.[48]

Polotsku ələ keçirdikdən sonra Rusiyanın Livoniya müharibəsindəki uğurları enişə doğru istiqamətləndi. Artıq 1564-cü ildə ruslar bir sıra uğursuzluqlara düçar oldu. Onlardan ən böyüyü Çaşnik döyüşündəki məğlubiyyət idi. Faktiki olaraq qərbdəki rus qoşunlarına komandanlıq edən boyar və iri hərbi rəis knyaz A.M.Kurbski Litva tərəfə keçdi. Kurbski Baltikyanı ölkələrdəki çar agentlərini deşifrə etdi və Litvanın Velikiye Lukiyə basqında iştirak etdi.[56]

Hərbi uğursuzluqlar və adlı-sanlı boyarların Litva ilə vuruşmaq istəyində olmaması çar IV İvan Qroznı tərəfindən onlara qarşı represiyalar tətbiq etməsi ilə nəticələndi. 1565-ci ildə opriçnina tətbiq edildi. 1566-cı ildə Moskvaya gələn Litva səfirliyi o dövrdə mövcud olan vəziyyət əsasında Livoniyanın bölünməsini təklif etdi. Bu vaxtı çağırılan Zemski Sobor IV İvan hökumətinin ta Riqanın tutulmasına qədər Baltikyanı ölkələrdə mübarizə aparmaq niyyətini dəstəklədi.[57]

Müharibənin üçüncü mərhələsi

[redaktə | mənbəni redaktə et]
1577-ci ilə qədər Rusiyanın Livoniya və Litvada işğal etdiyi ərazilər.

İsveçlə münasibətlər yenidən kəskinləşdiyi üçün Rusiyanın şimalında çətin vəziyyət yaranmışdı. Həmçinin cənubda da vəziyyət ağır dərəcədə pisləşmişdi. Belə ki, 1569-cu ildə Osmanlı ordusu Həştərxan üzərinə yürüş etmişdi.[58] Krım xanlığı ilə müharibə dövründə isə I Dövlət Gərayın ordusu 1571-ci ildə Moskvanı yandırıb, Rusiyanın cənubunu viranə qoydu.[59] Lakin birləşmiş iki millətin dövlətində uzun bir "kralsızlıq" dövrü, əvvəlcə Livoniya əhalisinin gözündə cəlbedici bir qüvvəyə sahib olan Maqnusun rəhbərliyi ilə vassal bir krallığın yaradılması, siyasi vəziyyətin yenidən Rusiyanın xeyrinə dəyişməsinə imkan verdi.

Rusiyanın nəzarəti altında olan Narvanın artan ticarət dövriyyəsini dayandırmaq üçün Polşa, ondan sonra isə İsveç Baltik dənizində ticarət gəmilərinə soyğunçu hücumlar təşkil etməyə başladı. 1570-ci ildə Baltik dənizindəki Rusiya ticarətinin qorunması üçün tədbirlər görüldü. IV İvan Qroznı danimarkalı Karsten Roda "çar təltifi" (dənizdə quldurluq etmək üçün xüsusi icazə) təqdim etdi. Qısa bir fəaliyyət müddətinə baxmayaraq, Rodun hərəkətləri olduqca təsirli oldu. Belə ki, onun səyləri ilə Baltik dənizində İsveç və Polşa ticarəti xeyli azaldı. İsveç və Polşa Rodu ələ keçirmək üçün xüsusi dəstələr yaratmağa və onları təchiz etməyə məcbur oldu.[60]

1572-ci ildə Molodi döyüşündə I Dövlət Gərayın ordusu məğlub edildi və Krım tatarları tərəfindən böyük basqın təhlükəsi aradan qaldırıldı.[61] 1573-cü ildə ruslar Veysenşteynə (Paide) basqın etdilər. Yazda knyaz Mstislavskinin (16 min əsgər) komandanlığı altında olan rus qoşunları, iki minlik İsveç ordusu ilə Estoniyanın qərbindəki Lode qalası yaxınlığında üz-üzə gəldilər. Say üstünlüyünə baxmayaraq, rus qoşunları darmadağın edildilər. Onlar xeyli sayda silah-sursat, bayraqlar və təchizatla dolu araba qoyub qaçdılar.[62] 1574-cü ildə Vezenberqə olan İsveç hücumu dəf edildi. 1575-ci ildə Saqa qalası Maqnusun ordusuna, Pernov isə ruslara təslim oldu. 1576-cı il kampaniyasından sonra Rusiya RiqaRevel istisna olmaqla bütün Baltik sahilini ələ keçirdi. Lakin əlverişsiz beynəlxalq vəziyyət, Baltikyanı ölkələrdə torpaqların rus zadəganlarına paylanması yerli kəndliləri Rusiyadan uzaqlaşdırdı. Üstəlik ciddi daxili çətinliklər (ölkəyə yaxınlaşmaqda olan iqtisadi sarsıntı) Rusiya üçün müharibənin sonrakı gedişatına mənfi təsir göstərdi.[63]

Moskva dövləti ilə Reç Pospolita arasındakı mürəkkəb münasibətlər polyak səfiri İoan Kobensel tərəfindən 1575-ci ildə belə ifadə edilirdi: "Yalnız polyaklar ona hörmətsizlik göstərirlər; ancaq o, da onlardan iki yüz mildən çox torpaq aldığını söyləyərək onlara gülür və itirilənləri geri qaytarmaq üçün heç bir cəsarət göstərmədiyini deyirdi. Onların səfirlərini pis qəbul edir. Sanki məni təəssüfləndirmək üçün, polyaklar da mənə eyni cür qəbul təşkil edəcəyini deyirdilər və çoxlu problem yaradacaqlarını bildirirdilər; Bu vaxt, bu böyük hökmdar məni belə bir şərəflə qarşıladı ki, əgər əlahəzrət məni Romaya və ya İspaniyaya göndərməyi düşünürsə, daha yaxşı qəbulu gözləyə bilməzdim".[64]

Müharibənin dördüncü mərhələsi

[redaktə | mənbəni redaktə et]
Stefan Batorinin qoşunları tərəfindən Pskovun mühasirəsi. Pskov qarnizonunun əks-hücumu.

1577-ci il yanvarın 23-də 50.000 minlik rus ordusu yenidən Reveli mühasirəyə aldı, lakin qalanı ələ keçirə bilmədi.[65] 1578-ci ilin fevral ayında Papa nunsisi Vinsent Laureo narahatlıqla Romaya xəbər verdiki: "Muskovitlər ordusunu iki hissəyə bölüb: biri Riqanın yaxınlığında, digəri Vitebsk yaxınlığında gözləyir”.[66] Artıq bu vaxta qədər yalnız iki şəhər - Revel və Riqa istisna olmaqla, Dvina boyunca bütün Livoniya rusların əlində idi.[67] 70-ci illərin sonlarında Voloqda IV İvan Voloqda da öz donanmasını yaratmağa başladı və onu Baltik dənizinə keçirməyə çalışdı, lakin plan yerinə yetirilmədi.[68]

Çar bilmirdi ki, 1577-ci il yay hücumunun əvvəlində hersoq Maqnus düşməni - Stefan Batori[69] ilə gizli əlaqələr quraraq köhnə müttəfiqlərinə xəyanət etdi və onunla seperat müqavilə bağlamaq barədə danışıqlar apardı.[70] Bu xəyanət yalnız altı ay sonra, Maqnus Livoniyadan qaçaraq Reş Pospolita tərəfinə keçəndə aydın oldu.[71]. Batorinin ordusunda xeyli sayda Avropanın müxtəlif yerlərindən muzdlular toplaşmışdı. Batori ümid edirdi ki, ruslar öz zalım hökmdarına qarşı çıxaraq ona qoşulacaqlar. Bu məqsədlə o, vərəqələr çap etdirib yaymaq üçün səhra mətbəəsi əldə etmişdi.[72][73] Say üstünlüyünə baxmayaraq, Mehmet Paşa Batoriyə yazırdı: "Kral üzərinə çətin bir vəzifə götürür; Muskovitlərin gücü böyükdür və ağam istisna olmaqla, yer üzündə daha güclü bir hökmdar yoxdur ”.[74]

Stefan Batori Pskov yaxınlığında. Yan Mateykonun şəkili (1872)

1578-ci ildə knyaz Dmitri Xvorostinin komandanlığı altında rus ordusu kral Maqnusun qaçışından sonra güclü İsveç qarnizonu tərəfindən tutulmuş Oberpalen şəhərini ələ keçirdi. 1579-cu ildə kral elçisi Vençeslas Lopatinski çara Batoridən müharibənin elan olunması haqda məktub gətirdi.[75] Artıq avqust ayında Polşa ordusu Polotsku mühasirəyə aldı. Qarnizon üç həftə ərzində müdafiə olundu və onların cəsarətli müqavimətini hətta Batori özü belə qiymətləndirmişdi.[76] Sonda qala təslim oldu (30 avqust) və qarnizon buraxıldı. Stefan Batorianın şəxsi katibi P.Qeydenşteyn məhbuslar haqqında belə yazırdı:

" Dinlərinin qaydalarına görə, hökmdarına sədaqəti Allaha sədaqət kimi vacib sayırlar, son nəfəsinədək çarlarına and içənlərin cəsarətini tərifləyirlər və ruhlarının bədəndən ayrılıb dərhal göyə köçürüldüklərini deyirlər.[72] "

Bununla belə "bir çox sterelets və digər moskvalılar" Batori tərəfinə keçdi və o, onları Qrodno bölgəsində məskunlaşdırdı. Batori bunun ardınca Velikiye Lukiyə doğru hərəkət etdi və onu ələ keçirdi.[77]

Eyni zamanda Polşa ilə barışıq barədə birbaşa danışıqlar aparılırdı. IV İvan Qroznı dörd şəhər istisna olmaqla, bütün Livoniyanın Polşaya verilməsini təklif edirdi. Batori bu təkliflə razılaşmadı və bütün Livoniya şəhərləri ilə birlikdə Sebeji də ona verilməsini tələb etdi. Bunda əlavə o, hərbi xərclərin ödənilməsi üçün 400.000 macar qızılı təzminat tələbini qoydu. Bu tələblərdən qəzəblənən Qroznı ona kəskin bir məktubla cavab verdi.[78][79]

Polşa və Litva dəstələri Smolenskə, Severski torpaqlarına, Novqorodun cənub-qərbinə və Ryazanşinaya soyğunçu basqınlar edib, Volqanın yuxarı sahillərinə qədər Rusiya torpaqlarını talan etdilər. Orşalı Litva voyevodası Filon Kmita Rusiyanın qərb torpaqlarında 2000 kənd yandıraraq çoxlu qənimət ələ keçirdi. Litva maqnatları Ostrojskilər və Vişnevskilər yüngül süvari qoşunların dəstəyi ilə Çerniqovu talan etdilər. Şlyaxiç Yan Solomeretskinin süvariləri Yaroslavl ətrafını viran etdilər.

Yam Zapolski sülhündən sonra Livoniya xəritəsi. Yaşıl - Rusiya ərazisi, narıncı - Danimarka, açıq-narıncı - Reç Pospolita, bənövşəyi - İsveç, çəhrayi - Livoniya

Ancaq Smolenskə hücum təşkil etmək mümkün olmadı. Polşalılar Nastasino döyüşündə ciddi itki verərək Litva sərhədlərinə çəkildilər. 1581-ci ilin yayında isə Dmitri Xvorostinin başçılıq etdiyi rus ordusu Litva hücum etdi. Xvorostin Şklov döyüşündə litvalıları məğlub edərək, Stefan Batorinin Pskovun mühasirəsinə başlanmasını avqusta qədər təxirə salmağa məcbur etdi. Almanmacar muzdlularının daxil olduğu Polşa-Litva ordusu Pskovu mühasirəyə aldı. Batorin Pskovu tutacağı halda Veliki NovqorodMoskva üzərinə getmək niyyətində idi. 1581-1582-ci illərdə qarnizon və şəhər əhalisi tərəfindən Pskovun qəhrəmanlıqla müdafiəsi Rusiya üçün müharibənin daha əlverişli şərtlərlə bitməsini müəyyənləşdirdi. Belə ki, Pskov yaxınlığındakı uğursuzluq Stefan Batorini sülh danışıqlarına getməyə məcbur etdi.

Livoniya müharibəsinin sonunda İsveç Rusiyaya qarşı çıxmaq qərarına gəldi. 1579-cu ilin əvvəlində Oreşek qalasının ətrafındakı yaşayış məskənləri viran edildi. Bir il sonra (1580), Rusiyanın BaltikAğ dənizlərinə çıxışını kəsmək üçün hazırlanmış "Böyük Şərq Proqramı"nın müəllifi İsveç Kralı III Yohan (İoann), Pontus Delaqardinin Novqoroda qədər irəliləmək və eyni zamanda Oreşek və ya Narvaya hücum planını təsdiqlədi. 1580-ci illərin əvvəllərində Delaqardinin komandanlığı ilə isveçlilər Estoniyanın hamısını və İnqermanlandın bir hissəsini (İzora torpaqları) ələ keçirdilər, lakin qısa müddət sonra buraları tərk etmək məcburiyyətində qaldılar. Beləliklə, isveçlilər Narvanı ələ keçirdilər, amma ticarət yolu şimali Dvina və Polşanın nəzarət etdiyi limanlara keçdiyindən məqsədlərinə çata bilmədilər.

1580-ci ilin sentyabrında İvan IV Qroznı Polşa kralı Stefan Batori ilə sülh bağlamaq üçün Roma Papası XIII Qriqorinin və "Praqaya Sezar Rudolf"un yanına iki tərcüməçi ilə səfir İstom Şevriqinin daxil olduğu diplomatik missiya göndərdi.

1580-ci ilin noyabrında isveçlilər Korelanı aldılar, 1581-ci ildə Narvanı [80], sonra İvangorod və Koporyeni işğal etdilər. IV İvan İsveçə qarşı ümumi ittifaq ümidi ilə Polşayla danışıqlar aparmaq məcburiyyətində qaldı. Sonda çar “suveren olan Livoniya şəhərlərini kralın ixtiyarına vermək, Velikiye Luki və onun ələ keçirdiyi digər şəhərləri də onun hakimiyyəti altında qalması” şərtlərinə razı olmaq məcburiyyətində qaldı. Bu isə o demək idi ki, təqribən əsrin dörddə biri qədər davam edən müharibə, status quo ante bellum ilə başa çatdı. Yəni nəticə mənasız oldu. Bu şərtlərlə 1582-ci il yanvarın 15-də Yam Zapolskidə (Pskov yaxınlığında) 10 illik sülh müqaviləsi imzalandı.[77][81][82][83][84].

İsveç ilə müharibə

[redaktə | mənbəni redaktə et]
Oreşek qalasının müasir görünüşü.

1581-ci ilin noyabrında İsveç kralı Cənubi Finlandiyanın qubernatoruna sərhədə yaxın Oreşek (Notburq) qalasının olduğunu və onun ordunun müvəffəqiyyətli irəliləməsinə mane olduğunu yazırdı. Qala uğrunda mübarizəyə 1582-ci ilin yazında başlamaq əmri verildi. Həmçinin əmrdə Neva çayının hər iki tərəfinə bitişik yaşayış məntəqələrini "düşmən əvvəlcədən xəbərdar olunmadan və evləri yandırmadan" mühasirəyə almaq da nəzərdə tutulmuşdu. İsveç kralı Rusiya valisinə və Oreşkin boyarlarına məktub yazaraq, qala və yaşayış məntəqələrini təslim etməyi təklif edirdi. "Sən indikindən daha yaxşı olacaqsan" - müraciətdə belə deyilirdi. Psixoloji hazırlıq İsveç hökumətinə gözlənilən uğuru gətirmədi. Bu arada Delaqardi İzora torpaqlarına yürüşə başladı. 1581-ci ilin sonlarında, İvanqorod, Koporye, Yama və eyni zamanda Korela daxil Finlandiya körfəzinin demək olar ki, bütün sahilləri isveçlilərin əlində idi.

Yama-Zapolskidəki danışıqlar bitməmişdən əvvəl hələ Rusiya hökuməti isveçlilərə qarşı hərbi yürüşün hazırlıqlarına başlamışdı. Qoşunların toplanması dekabrın ikinci yarısında və 1581-1582-ci illərin sonlarında davam etdi. Rusiya ilə Reç Pospolita arasındakı əsas mübahisəli məsələlər artıq həll edildikdən sonra "şimal almanlarına qarşı" yürüş təşkil etmək üçün son qərar verildi. Hücum vayevoda M.P. Katırev-Rostovskinin başçılığı ilə 7 fevral 1582-ci il fevralın 7-də başladı. Onun ordusunun Lyalitsi kəndi yaxınlığındakı qələbəsindən sonra[85], Baltikyanı ölkələrdə vəziyyət xeyli dərəcədə Rusiyanın xeyrinə dəyişməyə başladı.

Rusiyanın Baltik dənizinə itirilmiş çıxışı qaytarmaq ümidi kral və onun ətrafındakılar arasında böyük narahatlığa səbəb oldu.[86] Batoriy öz nümayəndələrini baron Delaqardi və kral Yoxanın yanına göndərdi. O, onlardan Narva və Şimali Estoniyanın qalan hissəsini polyaklara təhvil verməsini tələb etdi və bunun müqabilində Rusiya ilə müharibədə əhəmiyyətli pul təzminatı və yardım vəd etdi.[87].

İsveç tərəfə keçmiş Afanasiy Belski, isveçlilərə, Oreşek qalasını mühasirənin köməyi ilə ələ keçirmək planını təklif etdi, "belə ki, aclıqdan da fəth edilsin". Sentyabrın 7-də isveçlilər öz donanmalarını gətirərək qalanın su yolu vasitəsi ilə təchizatının qarşısını almağa cəhd etdilər. Ladoqa boyunca üzən 50-60 rus gəmisi təhlükə səbəbiylə daxili kanallarda və qala divarlarının arxasına sığındı.

Baltikyanı İsveçi göstərən xəritə, 1560-1721-ci illər. Birinci tarixlər İsveçin işğal tarixi, mötərizədə isə Rusiya tərəfindən işğal vaxtlarıdır.

1582-ci il sentyabrın 11-də İsveç ordusu (mənbələr 2 mindən 10 minə qədər alman, fransız, italyan, rus könüllüləri və s. göstərir) Oreşk yaxınlığında cəmləşdi. Hücuma gələnlərin qarşısında “gözəl və güclü” bir qala dururdu. Qalada yaxınlıqdakı kəndlərdən gələn qaçqınlardan başqa, 100 boyar və onların xidmətçiləri, həmçinin 500 stereleç və kazak var idi. Əsir düşənlər isveçlilərə mühasirədə olanların yalnız altı iri və orta topu olduğunu, qalanlarının isə kiçik silahlar olduğunu bildirdi.

Oktyabrın 6-da Monax adasına yerləşdirilən 24 mühasirə topundan qalanın qərb küncünə atəş açıldı. İki gün sonra qala divarının bir hissəsi dağıdıldı. Adaya desant çıxarıldı. Onlar dağıntı bölgəsində bir qülləni ələ keçirməyə müvəffəq oldu. Güclü axın yeni desant olan gəmilərin vaxtında adaya çatmasına mane oldu. Bu arada rusların həyata keçirdiyi əks-hücum nəticəsində isveçlilər qalada çıxarıldı. İsveçli səlnaməçi Qirsin məlumatına görə xeyli sayda insan, silah və mərmi itirən işğalçılar geri çəkilməli oldular. Livoniyalı səlnaməçi Baltazar Russov hücumun bitməsi haqda yazırdı ki: "Beləliklə, hücum boş-boşuna başladı və ağır itkilərlə keçdi”. Oktyabrın 14-də 500 streleç “lazımi ehtiyat və döyüş sursatı ilə” 80 qayıqda qalaya köməyə gəldi. Oktyabrın 18-də Delaqardinin iştirakı ilə Oreşek qalasına uğursuzluqla nəticələnən ikinci hücum reallaşdı. Noyabrın 7-də isveçlilər Oreşek yaxınlığındakı düşərgələrini tərk etdilər.

Rusiya və İsveçin rəsmi nümayəndələri arasındakı danışıqlar 1582-ci ilin payızında başlamış və 1583-cü ilin avqustunda Mızda iki illik sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Müqaviləyə görə Novqorod qalaları - Yama, Koporye və İvanqorodn İsveçə güzəştə gedildi.[88] Belə bir müddətə barışıq əldə etməklə rus siyasətçiləri Polşa-İsveç müharibəsinin başlaması ilə həkətə keçmək və isveçlilərin ələ keçirdikləri Novqorod ətraflarını geri qaytara biləcəklərinə ümid edirdilər.[86]

Rusiyanın məğlub olma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Livoniya müharibəsində Rusiya çarlığının məğlubiyyətinin aşağıdakı səbəblərini müəyyən etmək olar:

  • çarın avantürizmi və ambisiyaları - Rusiya üç güclü dövlətlə eyni vaxtda müharibə apara bilmədi;
  • opriçinanın zərərli təsiri, iqtisadi xarabalıq, tatar hücumu.
  • hərbi əməliyyatların 3-cü və 4-cü mərhələlərində başlayan ölkə daxilində dərin iqtisadi böhran.

Lakin müharibənin çarlıq üçün mənfi nəticə ilə sonlanmasına baxmayaraq, o Rusiyanın uzun illər davam edəcək xarici siyasətinin qarşısına əsas istiqamətini - Baltik dənizinə çıxış əldə etmək vəzifəsini qoydu.

Yam-Zapolski və Plyus müqavilələri

[redaktə | mənbəni redaktə et]
Yam-Zapolski müqaviləsi, narıncı rəngdə olanlar Polşa-Litva Birliyi tərəfindən iddia edilən əraziləri göstərir

Yezuitlərin papasının nümayəndəsi Antonio Possevinonun başçılıq etdiyi sonrakı danışıqlar 1582-ci ildə Rusiya ilə Polşa-Litva Birliyi arasında Yam-Zapolski sülhü ilə nəticələndi.[89] Bu, rus çarı üçün alçaldıcı hərəkət idi, çünki qismən o, özü sülh tələb edirdi. Müqaviləyə əsasən, Rusiya hələ də əlində olan Livoniyanın bütün ərazilərini və Dorpat (Tartu) şəhərini Polşa-Litva Birliyinə verməli, Polotsk isə Polşa-Litva Birliyinin nəzarəti altında qalmalı idi. Tutulan istənilən İsveç ərazisi, xüsusən də Narva ruslar tərəfindən saxlanıla bilərdi və Velikiye Luki Batorinin nəzarətindən altından alınıb Rusiyaya qaytarılacaqdı.[89] Possevino III İvanın istəklərini yerinə yetirmək üçün nəticəsiz bir cəhd etdi, lakin çar, ehtimal ki, Batori ilə sövdələşmə nəticəsində bunu qadağan etdi.[89] Tam sülh müqaviləsi olmayan atəşkəs on il davam etdi və iki dəfə, 1591 və 1601-ci illərdə uzadıldı.[90] Stefan Batorinin İsveçə Livoniyadakı, xüsusən də Narvadakı fəthlərindən əl çəkməsi üçün təzyiq göstərmək cəhdləri uğursuzluqla nəticələndi.[89]

III İvanın qərarı ilə Rusiya ilə müharibə çarın 1583-cü il avqustun 10-da İsveçlə Plyus sülh müqaviləsi bağlaması ilə başa çatdı.[89][91] Rusiya İnqriyanın böyük hissəsini tərk edərək Narva və İvanqorodu İsveçin nəzarəti altında buraxmaq məcburiyyətində qaldı.[91] Əvvəlcə üç il davam etməsi nəzərdə tutulan Rus-İsveç atəşkəsi daha sonra 1590-cı ilə qədər uzadıldı.[91] Danışıqlar zamanı İsveç Rusiya ərazisi, o cümlədən Novqorod ilə bağlı tələblər irəli sürdü. Bu şərtlər çox güman ki, yalnız danışıqlar məqsədləri üçün olsa da, onlar İsveçin bölgədəki ərazi istəklərini əks etdirə bilərdi.[89]

Yekunları və nəticəsi

[redaktə | mənbəni redaktə et]

Livoniya konfederasiyasının mövcudluğu sona yetdi. Onun əraziləri İsveç, Danimarka və müharibə zamanı yaranan Polşa-Litva dövlətinə - Reç Pospolitaya keçdi.[92][93]

Rusiya çarlığı müflüs oldu, şimal-qərb bölgələri isə boşaldı.[94][95] Bir faktı da qeyd etmək lazımdır ki, krım tatarlarının basqınları müharibənin gedişatına və onun nəticələrinə təsir etdi. 25 illik müharibənin cəmisi üç ili ərzində heç bir Krım basqını olmadı.[96][97]

1582-ci ilin yanvar ayında Pskov yaxınlığında, Reç Pospolita ilə 10 illik Yam-Zapolski sülhü bağlandı. Rusiya Livoniya və Belarus torpaqlarından imtina etdi, lakin bəzi sərhəd ərazilər ona geri qaytarıldı.[98]

Livoniya müharibəsi nəticəsində dəyişkliyə uğrayan sərhədlər.

Müharibədən sonrakı Kurlandiya hersoqluğu və Duna (Dauqava) çayının cənubundakı Semiqaliya hersoqluğu 1561-ci il Vilnüs müqaviləsi əsasında siyasi sabitlik dövrü qazandı.[99] Daha sonra knyazlıqların statusu 1617-ci il "Formula regiminis" və yerli zadəganlara verilən "Statuta Curlandiæ" tərəfindən dəyişdirildi. Belə ki, "Formula regiminis" və "Statuta Curlandiæ" yerli zadəganlara hersoq hesabına əlavə hüquqlar verirdi.[100] Dunanın şimalında Stefan Batori Sigizmund tərəfindən Livoniya hersoqluğuna verilən imtiyazları azaldıb, geri qaytarılan əraziləri müharibə qəniməti kimi qəbul etdi. Riqanın imtiyazları 1581-ci il Droqiçin müqaviləsi ilə artıq məhdudlaşdırılmışdı.[101] Polyak dili tədricən inzibati dil kimi alman dilini əvəz etdi və voevodluqların yaradılması Baltik almanlarının idarəçiliyini azaltdı.[102] Livoniyadakı yerli ruhanilər və yezuitlər Əks-Reformasiyanı qəbul etdilər, bu prosesdə Batori Roma Katolik Kilsəsinə protestantlardan müsadirə edilən gəlirləri və mülkləri verdi. Həmçinin katolik kolonistləri yeni üzvlər cəlb etmək üçün böyük dərəcədə uğursuz bir kampaniya başlatdı.[103] Bu tədbirlərə baxmayaraq, Livoniya əhalisi kütləvi şəkildə katolikliyi qəbul etmədi, livoniyalıların Polşa və Litvadakı mülkləri əllərindən alındı.[103]

1590-cı ildə Plussda Rusiya-İsveç atəşkəsi başa çatdı və döyüşlər yenidən qızışdı. Ardınca isə 1590-1595-ci illər Rusiya-İsveç müharibəsi başladı. Qeyd edək ki, 1583-cü ilin may ayında İsveçlə üç illik Plyus müqaviləsi imzalanmışdı. Müqaviləyə əsasən Rusiya Koporye, Yam, İvanqorod və Fin körfəzinin cənub sahilindəki bitişik ərazilərdən İsveç xeyrinə əl çəkdi. Bu ərazilər 1590-1595-ci illərdə Rusiya-İsveç müharibəsinin nəticələrinə görə IV İvan Qroznının oğlu - I Fyodrun dövründə müharibəni bitirən Tevsin müqaviləsi ilə geri qaytarıldı.[104] İsveç kralı və Litva Böyük Hersoqu III İohann (1592-ci ildə vəfat edib) və İsveç taxtının varisi Yekaterina Yagellonikanın oğlu kimi Polşa kralı və Böyük Hersoq III Sigizmundun müqaviməti ilə qarşılaşdıqda İsveç-Polşa ittifaqı dağılmağa başladı.[104] İsveçdə regentliyə iddia edən əmisi Södermanlandlı Çarlz (sonradan IX Çarlz) başçılıq edirdi. İsveçdə 1597-ci ildə vətəndaş müharibəsi başladı, ardınca III Sigizmunda qarşı 1598-1599-cu illər müharibəsi onun İsveç Riksdağı tərəfindən devrilməsi ilə başa çatdı.[104]

1600-cü ildə III Sigizmund İsveç Estlandiyasını Livoniya hersoqluğuna birləşdirməyə çalışdığı zaman müharibə Livoniyaya yayıldıqda yerli zadəganlar müdafiə üçün Çarlza müraciət etdilər.[105] Çarlz daha sonra Polşa qoşunlarını Estlandiyadan qovdu və Livoniya hersoqluğuna hücum edərək fasilələrlə davam edən dörd Polşa-İsveç müharibələrinin[105] başlamasına səbəb oldu.[106] Qeyd edək ki, həmin vaxt Rusiyanın başı artıq boş qalan Rusiya taxt-tacı uğrunda vətəndaş müharibəsinə qarışmışdı (“Qaranlıq zamanı”).[106] Bu vətəndaş müharibəsi zamanı bir neçə yalançı Dmitri meydana çıxsa da heç biri üstünlük qazana bilmədi. Bu münaqişə Livoniya müharibələri ilə qarışdı, İsveç və Polşa-Litva qüvvələri müdaxilə etdikdə, ikincisi Polşa-Moskva çarlığı müharibəsini başlatdı.[107] IX Çarlzın qüvvələri Kokkenhauzen (1601) və Kirxholm (1605) döyüşlərində böyük uğursuzluqlardan sonra Livoniyadan qovuldu.[108][107] İnqrian müharibəsi zamanı Çarlzın varisi II Qustav Adolf Livoniya hersoqluğunun əksəriyyəti ilə birlikdə 1617-ci ildə Stolbovo müqaviləsi ilə rəsmi olaraq İsveçə verilmiş İnqriya və Kexholmu geri qaytardı.[107] 1617-ci ildə İsveç Danimarka ilə Kalmar müharibəsindən sonra özünə gəldiyi üçün Livoniyanın bir neçə şəhəri ələ keçirildi.[109] Lakin Polşa-Litva əks-hücumundan sonra yalnız Pernau (Pyarnu) İsveçin nəzarəti altında qaldı. Daha sonra 1621-ci ildə Riqanın tutulması və İsveç Livoniya Dominionunun yaradıldığı Livoniyanın əksər hissəsindən Polşa-Litva qüvvələrinin qovulması ilə ikinci kampaniya başladı.[105] İsveç daha sonra 1626-1629-ci illər Polşa-İsveç müharibəsində qələbə qazanaraq, 1629-cu ildə Altmark müqaviləsinin şərtlərinə əsasən Prussiyanın da razılığı ilə Livoniyanı özünə tabe etdi.[110]

Otuzillik müharibənin bir hissəsi olan Torstenson müharibəsinə (Danimarka-İsveç müharibəsi) son qoyan 1645-ci il Bryomsebru müqaviləsi ilə Danimarkanın Ösel əyaləti İsveçə verildi.[111] Bu status 1660-cı ildə imzalanan Oliva Sülhü və Kopenhagen müqaviləsindən sonra da qaldı.[112] 1710-cu ilə qədər vəziyyət dəyişməz qaldı. Yalnız bu ildə Rusiya İsveçlə Şimal müharibəsi zamanı Estland və Livoniyanı ilhaq etdi. Müharibəni bitirən Niştadt sülh müqaviləsinə (1721) əsasən Estland və Livoniya Rusiyanın tərkibinə keçdi.[113] Hər iki ərazi (Baltikyanı) 1917-ci il Rusiyada baş verən Fevral inqilabına qədər Rusiya imperiyasının tərkibində qaldı.[114]

  1. 1561 və 1564-cü illərdə Rusiya və İsveç sülh müqavilələri bağladılar, 1567-ci ildə isə Livoniyanın bölüşdürülməsi və Polşa və Böyük Litva knyazlığına qarşı müqavilə - "əbədi sülh" imzaladılar.(bax. В.В.Похлёбкин. Русско-шведские войны и миры XVI в.). Şimali yeddi illik müharibə zamanı Livoniyada İsveç və Polşa-Litva qüvvələri arasında epizodik silahlı qarşıdurmalar olurdu (bax. Н.В.Смирнов. Ливонская война и города Ливонии), lakin İsveç əsasən Danimarka və Lübek ilə müharibə aparırdı. 1568-ci ildə XIV Erikin devrilməsindən sonra onun qardaşı III Yoxan Polşa və Böyük Litva knyazlığı ilə Rusiyaya qarşı ittifaqa girmək istədi. O, Rusiya ilə bağlanmış müqvilələri tanımaqdan imtina etdi və ona qarşı müharibəyə meyl etdi. Polşa, Böyük Litva knyazlığı və İsveç arasında Livoniyanın bölüşdürülməsi barədə müqavilələr imzalanmamışdı.
  2. Danimarka-İsveç sülh danışıqları başlandıqdan sonra Rusiya-Danimarka münasibətləri pisləşməyə başladı. 1570-ci ilin oktyabrında Danimarka hakimiyyəti, Kopenhagendə yerləşən rus xüsusi (quldur) donanmasını həbs etdi. 1574-cü ildə Livoniya qalası Lode, Qapsal və Leal şəhərləri Danimarka hakimiyyəti altına keçdi. 1575-ci il qış basqını zamanı rus qoşunları bu şəhərlərin ətraflarını viran qoydular və 1576-cı ilin qışında onları ələ keçirdilər. Həmçinin, 1575 və 1576-cı ilin qışında rus qoşunları Baltik dənizinin donanmasından istifadə edərək, buzların üstü ilə hərəkət edib Ezel adasına basqın etdilər. 1576-cı ilin aprelində Ezeldən çıxan Danimarka dəstəsi uğursuz olaraq Qapsalı geri qaytarmağa çalışdı. (bax. Н.В.Смирнов. Ливонская война и города Ливонии). 1578-ci il sentyabrın 1-də Aleksandr qəsəbəsində Livoniyanın bölüşdürülməsi barədə rus-Danimarka müqaviləsi imzalandı. Saziş 1562-ci il aprelin 7-də Mojaysk müqaviləsinin şərtləri ilə qüvvədən düşdü. Lakin II Frederik Rusiya ilə yeni müqaviləni təsdiqləməkdən imtina etdi.
  3. Krım tatarları Mtsensk, Odoyev, Novosil, Bolxov, Belev ətraflarını viran etdilər
  1. Rabe, 1989. səh. 306
  2. Dybaś, 2009. səh. 193
  3. Ужанков А. Меж двух зол. Исторический выбор Александра Невского Arxiv surəti 11 noyabr 2020 tarixindən Wayback Machine saytında
  4. Форстен Г. В. Балтийский вопрос в XVI и XVII столетиях (1544—1648). — СПб., 1893. — Т. 1: Борьба из-за Ливонии. — с.80
  5. Бессуднова М. Б. К вопросу о социальных элитах «Орденского государства» (по материалам ливонских ландтагов конца XV — начала XVI вв.) // Научные ведомости Белгородского государственного университета. Серия «История. Политология. Экономика. Информатика». — 2010. — № 7 (78). — Вып. 14. c. 69.
  6. Форстен Г. В. Балтийский вопрос в XVI и XVII столетиях (1544—1648). — СПб., 1893. — Т. 1: Борьба из-за Ливонии. — 59 с.
  7. 1 2 Покровский Н.Н., Ленхофф Г.Д. Степенная книга царского родословия по древнейшим спискам. Том III (Комментарий). Москва: Языки славянских культур. А.А.Горский, Л.С.Михельсон. 2012. səh. 480. ISBN 978-5-9551-0502-4.
  8. Назарова Е.Л. Крестовый поход на Русь 1240 г. (Организация и планы) (Восточная Европа в исторической перспективе. К 80-летию В.Т.Пашуто: сборник статей из серии Studia historica). Москва: Языки славянской культуры. Е. А. Мельникова, Т. Н. Джаксон. 1999. 190–201. ISBN 5-7859-0095-5.
  9. 1 2 Raudkivi, Priit. Vana-Liivimaa maapäev. Argo. 2007. 118–119. ISBN 9949-415-84-5.
  10. ПСРЛ, т. XIII, ч. I, c. 281—284
  11. Форстен Г. В. Балтийский вопрос в XVI и XVII столетиях (1544—1648). — СПб., 1893. — Т. 1: Борьба из-за Ливонии. — 70 с.
  12. Пенской В. В. Ливонская война 1558—1561 гг. Arxivləşdirilib 2017-06-02 at the Wayback Machine // История военного дела: исследования и источники. — 2014. Специальный выпуск II. Лекции по военной истории XVI—XIX вв. — Ч. I. — C. 133—217. — С. 136.
  13. Шаскольский И. П. Русско-ливонские переговоры 1554 г. и вопрос о ливонской дани // Международные связи России до XVII в. — М.: АН СССР, 1961. — С. 376—399. — C. 377.
  14. Хорошкевич А. Л. Россия в системе международных отношений середины XVI века. — М.: Древнехранилище, 2003. — 205 с.
  15. Соловьёв С. М. Сочинения: в 18 кн. — М: Голос, 1993—1998. — Кн. 3: История России с древнейших времён. Т. 5—6. — 1993. — 758 с. — С. 481—483.
  16. Фречнер Р. Новые источники о миссии Г. Шлитте // Репрезентация власти в посольском церемониале и дипломатический диалог в XV — первой трети XVIII века. Третья международная научная конференция цикла «Иноземцы в Московском государстве» … 19—21 октября 2006 года : тезисы докладов. — М.: Гос. историко-культурный музей-заповедник «Московский Кремль», 2006.c. 144—146
  17. Волков В. А. Войны и войска Московского государства. — М.: ЭКСМО, 2004. — 572 с.
  18. Филюшкин А. И. Дискурсы Ливонской войны // Ab Imperio: Теория и история национальностей и национализма в постсоветском пространстве. — 2001. — № 4. — С. 46—80.
  19. Попов В. Е., Филюшкин А. И. «Война коадъюторов» и Позвольские соглашения 1557 г. // Studia Slavica et Balcanica Petropolitana. — СПб.: СПбГУ, 2009. — № 1—2 (5—6). — С. 181—182. — ISSN 1995-848X.
  20. Пенской В. В. Очерки истории Ливонской войны. От Нарвы до Феллина. 1558—1561 гг. — ЗАО «Центрполиграф», 2017. — 254 с. — (Новейшие исследования по истории России; Вып. 5). — ISBN 978-5-227-07698-4. c.22
  21. Филюшкин А. И. Особенности рассказа о Ливонской войне хроники Иоганна Реннера // Studia Slavica et Balcanica Petropolitana (1 (9)). СПб.: СПбГУ. 2011. 95. ISSN 1995-848X.
  22. Kirchner W. The Rise of the Baltic Question (англ.). — 2nd ed. — Westport, Conn: Greenwood Publishing, 1970. — xi, 38 p. — ISBN 978-0-8371-3009-5.
  23. Frost R. I. The Northern Wars: War, State and Society in Northeastern Europe, 1558—1721 (англ.). — 2nd ed. — N. Y.: Routledge, 2014. — 416 p. — ISBN 978-0-582-06429-4. 48 p.
  24. Королюк В. Д. Ливонская война. Из истории внешней политики Русского централизованного государства во второй половине XVI в. / Отв. ред. А. А. Новосельский. — М.: АН СССР, 1954. — 35-36 с.
  25. Donnert E.[de]. Der livländische Ordensritterstaat und Russland: Der livländische Krieg und die baltische Frage in der europäischen Politik 1558—1583 (нем.). — Berlin: Rütten & Loening[en], 1963. — 320 S. 43-44 p.
  26. Madariaga I. Ivan the Terrible. First Tsar of Russia (англ.). — New Haven & London: Yale University Press, 2006. — 127.p. — ISBN 978-0-300-11973-2.
  27. Попов В. Е., Филюшкин А. И. «Война коадъюторов» и Позвольские соглашения 1557 г. // Studia Slavica et Balcanica Petropolitana. — СПб.: СПбГУ, 2009. — № 1—2 (5—6). — С. 165—167. — ISSN 1995-848X.
  28. Tiberg E. Zur Vorgeschichte des Livländischen Krieges: die Beziehungen zwischen Moskau und Litauen 1549—1562 (нем.). — Stockholm: Almqvist & Wiksell, 1984. — 266 S. — (Studia historica Upsaliensia; 134). — ISBN 978-91-554-1509-9.
  29. Пенской В. В. Начало Ливонской войны: набег русских войск в Ливонию зимой 1558 года // Научные ведомости Белгородского государственного университета. Серия: История. Политология. — Белгород: НИУ БелГУ, 2012. — Вып. 23. — № 13. — С. 84. — ISSN 2075-4558.
  30. Пенской В. В. Очерки истории Ливонской войны. От Нарвы до Феллина. 1558—1561 гг. — ЗАО «Центрполиграф», 2017. — 22 с. — (Новейшие исследования по истории России; Вып. 5). — ISBN 978-5-227-07698-4.
  31. 1 2 3 Флоря Б.Н. К вопросу о начале писательской деятельности Ивана IV (PDF) // Древняя Русь и вопросы медиевистики (Научный журнал) (rus) (2). 2004. С. 3—7.
  32. Кобрин В. Б. Захарьины // Советская историческая энциклопедия. М.: Советская энциклопедия. 1964.
  33. Шефов, 2004
  34. Stevens, 2007. səh. 85
  35. Frost, 2000. səh. 50
  36. Bain, 1971. səh. 123
  37. De Madariaga, 2006. səh. 202 (online)
  38. Bain, 1971. səh. 117
  39. Никоновская летопись, VIII, 3073: Цирульник Кордт Фолькен варил пиво, а в гостях у него были новоприбывшие рижане. Они увидели икону Богородицы, оставленную русскими купцами, и, подгулявши, стали глумиться над иконою и бросали её в огонь. Вдруг пламя поднялось из под котла к верху и охватило потолок. Поднялся вихрь и разнёс огонь по всему городу.
  40. Bain, 1971. səh. 90–91
  41. De Madariaga, 2006. səh. 262
  42. Бальтазар Руссов. Хроника провинции Ливония. — C. 367. Arxivləşdirilib 2019-06-21 at the Wayback Machine
  43. Kahle, 1984. səh. 17
  44. Bain, 2006. səh. 118 (online)
  45. Frost, 2000. səh. 25–26
  46. De Madariaga, 2006. səh. 129
  47. De Madariaga, 2006. səh. 130
  48. 1 2 3 4 Скрынников, 2001
  49. Elliott, 2000. səh. 14 (online)
  50. Oakley, 1993. səh. 27 (online)
  51. Сборник русского исторического общества. Т. 71, № 12. С. 235.
  52. Скрынников Р. Г. Начало опричнины. — С. 177; Царство террора. — С. 157.
  53. Похлёбкин В. В. Указ. соч. — С. 162—163, 275.
  54. Карамзин Н. М. История государства Российского: в 12 томах. — СПб.: Тип. Н. Греча, 1816—1829.том=9,глава=1
  55. Лурье Я. С. Указ. соч. С. 490.
  56. Frost, 2000. səh. 77
  57. Oakley, 1993. səh. 24 (online)
  58. DeVries, Kelly Robert. "The European tributary states of the Ottoman Empire in the sixteenth and seventeenth centuries". Choice (ingilis). 51 (9). 2014-05-01.
  59. Howorth (1880), p489 has the Akhmed-Haji-Mehmed story as a steppe battle against 'the famous Shermet Oghlu' (Sheremetev?) circa 1551.
  60. Oakley, 1993. səh. 37
  61. Tucker, 2010. səh. 531
  62. Тарас А.Е. Войны Московской Руси с великим княжеством Литовским и Речью Посполитой в XIV—XVII веках. — М.: АСТ(издательство); Мн.: Харвест, 2006. — С. 291.
  63. Fischer, Kirkpatrick, 1907. səh. 63
  64. Roberts, 1968. səh. 258 (online)
  65. Виппер Р. Ю. III. Окно в Европу // Иван Грозный. — 3-е дополненное издание. — М.-Л.: Издательство Академии Наук СССР, 1944. - страницы 121 — (Научно-популярная серия). — 5 000 экз.
  66. Штаден Г. Указ. соч. — С. 19.
  67. Лурье Я. С. Указ. соч. — С. 504.
  68. Николай Парфеньев. Воевода земли русской. Царь Иоанн Васильевич Грозный и его военная деятельность. Часть 3 Arxivləşdirilib 2014-04-27 at the Wayback Machine
  69. Зимин А. А., Хорошкевич Л. Л. Указ. соч. — С. 138.
  70. Похлёбкин В. В. Указ. соч. — С. 172, 395.
  71. Зимин А. А., Хорошкевич Л. Л. Указ. соч. — С. 139.
  72. 1 2 Гейденштейн Р. Записки о Московской войне. (1578—1582) / Пер. с лат. — СПб.: Археогр. комис., 1889. — 86+312 с.
  73. Виппер Р. Ю. III. Окно в Европу // Иван Грозный. — 3-е дополненное издание. — М.-Л.: Издательство Академии Наук СССР, 1944. — 160 с. — (Научно-популярная серия). — 5 000 экз.
  74. Pierling P. La Russie et le Saint-Siege. — T. II. — 1897. — P. 69.
  75. Книга Посольская метрики Великого княжества Литовского. — Т. 2. — № 22.
  76. Валишевский К. Указ. соч. — С. 332.
  77. 1 2 Соловьёв С. М. История России с древнейших времён. — М., 2001. Т. 6. Гл. 6. Arxivləşdirilib 2014-05-22 at the Wayback Machine
  78. Соловьёв С. М. История России с древнейших времён. — М., 2001. Т. 6. Гл. 6.
  79. Флоря Б. Н. Русско-польские отношения и балтийский вопрос в к. 16 — н. 17 вв.. — М., 1978. c. 32.
  80. Соловьёв С. М. История России с древнейших времён. — М., 2001. Т. 6. — С. 873, 881.
  81. Кобрин В. Б. 1 Иван Грозный Arxivləşdirilib 2012-07-26 at the Wayback Machine. — 1989.
  82. Иловайский, 2002
  83. Всемирная история. — 1958. — Т. 4. — С. 494.
  84. История Дипломатии. — Т. 1. — С. 202
  85. Разрядная книга 1475—1598 гг. — С. 324—325.
  86. 1 2 Флоря Б. Н. Русско-польские отношения и балтийский вопрос в к. 16 — н. 17 вв.. — М., 1978. c.28
  87. Новодворский В. В. Польша, Швеция и Дания в царствование польского короля Стефана Батория. // Журнал Министерства народного просвещения. — 1910. — Ноябрь. — С. 37—38.
  88. Флоря Б. Н. Русско-польские отношения и балтийский вопрос в к. 16 — н. 17 вв.. — М., 1978. c.34
  89. 1 2 3 4 5 6 Roberts, 1968. səh. 264 (online)
  90. Wernham, 1968. səh. 393
  91. 1 2 3 Frost, 2000. səh. 44
  92. Howard, Peter. The Routledge Research Companion to Heritage and Identity. Routledge. 2016. ISBN 978-1-317-04323-2.
  93. Bardach, Juliusz. Historia ustroju i prawa polskiego (polyak). Wydawn. Prawnicze LexisNexis. 2003. səh. 13. ISBN 978-83-88296-02-4.
  94. Каштанов, Столярова, 2020. səh. 48
  95. Шишков, 2005
  96. David Eltis, Stanley L. Engerman, Keith R. Bradley, Paul Cartledge, Seymour Drescher. The Cambridge World History of Slavery: Volume 3, AD 1420-AD 1804. Cambridge University Press. 2011-07-25. 145. ISBN 978-0-521-84068-2.
  97. Alan Fisher. "Muscovy and the Black Sea Slave Trade". 2016-03-08 tarixində arxivləşdirilib., Canadian American Slavic Studies, 1972, Vol. 6, PP. 575—594.
  98. FERRING, ROBERT L. "Christopher Varsevicius: Polish Renaissance Diplomat, Statesman, and Political Writer". The Polish Review. 5 (2). 1960: 98–109. ISSN 0032-2970. JSTOR 25776309.
  99. Dybaś, 2006. səh. 110
  100. Dybaś, Bogusław (2006), "Livland und Polen-Litauen nach dem Frieden von Oliva (1660)", in Willoweit, Dietmar; Lemberg, Hans (eds.), Reiche und Territorien in Ostmitteleuropa. Historische Beziehungen und politische Herrschaftslegitimation, Völker, Staaten und Kulturen in Ostmitteleuropa (in German), vol. 2, Munich: Oldenbourg Wissenschaftsverlag, ISBN 3-486-57839-1
  101. Tuchtenhagen, 2005. səh. 37
  102. Tuchtenhagen, 2005. səh. 36
  103. 1 2 Tuchtenhagen, 2005. səh. 38
  104. 1 2 3 Frost, 2000. səh. 45
  105. 1 2 3 Steinke, 2009. səh. 120
  106. 1 2 Frost, 2000. səh. 46
  107. 1 2 3 Frost, 2000. səh. 47
  108. Frost, 2000. səh. 62, 64ff
  109. Frost, 2000. səh. 102
  110. Frost, 2000. səh. 103
  111. Frost, 2000. səh. 103–104
  112. Frost, 2000. səh. 183
  113. Kahle, 1984. səh. 18
  114. Simas Sužiedėlis, redaktorCouncil of Lithuania // en:Encyclopedia Lituanica. I. Boston, Massachusetts: Juozas Kapočius. 1970–1978. 581–585. LCCN 74-114275.
Rus dilində
  • Бальтазар Руссов. Хроника провинции Ливония Arxivləşdirilib 2014-02-23 at the Wayback Machine // Сборник материалов и статей по истории Прибалтийского края. — Том II. — 1879.
  • Полное собрание русских летописей (ПСРЛ). 13. М.: Наука. 1965, репринт 1904.
  • Курбский А. М. История о великом князе Московском Arxivləşdirilib 2014-02-23 at the Wayback Machine // Составление, вступительная статья, комментарии Н. М. Золотухиной. — УРАО, 2001.
  • Гейденштейн Р. Записки о Московской войне. (1578—1582). СПб.: Археогр. комис. Пер. с лат. 1889. səh. 86+312.
  • Бессуднова М. Б. К предыстории Ливонской войны: Продолжение дневника ливонского посольства 1557 г. в Москву в Шведском государственном архиве (PDF) // Studia Slavica et Balcanica Petropolitana (1 (11)). СПб.: СПбГУ. 2012. 153—172. ISSN 1995-848X.
  • Бессуднова М. Б. К вопросу о социальных элитах «Орденского государства» (по материалам ливонских ландтагов конца XV — начала XVI вв.) // Научные ведомости Белгородского государственного университета. Серия «История. Политология. Экономика. Информатика». — 2010. — № 7 (78). — Вып. 14.
  • Карамзин Н. М.: История государства Российского
  • Королюк В. Д. Ливонская война. Из истории внешней политики Русского централизованного государства во второй половине XVI в. М.: АН СССР. Отв. ред. А. А. Новосельский. 1954. səh. 114.
  • Попов В. Е., Филюшкин А. И. «Война коадъюторов» и Позвольские соглашения 1557 г. (PDF) // Studia Slavica et Balcanica Petropolitana (1—2 (5—6)). СПб.: СПбГУ. 2009. 151—184. ISSN 1995-848X.
  • Книга:Виппер Р. Ю.: Иван Грозный|1944|часть=III. Окно в Европу
  • Шаскольский И. П. Русско-ливонские переговоры 1554 г. и вопрос о ливонской дани // Международные связи России до XVII в. Сборник статей. М.: Издательство Академии наук СССР. 1961. 380.
  • Флоря Б. Н. Русско-польские отношения и балтийский вопрос в к. 16 — н. 17 вв. М. 1978.
  • Скрынников Р. Г. Иван Грозный. Историческая библиотека. М.: FCN. 2001. səh. 480. ISBN 5-17-004358-9.
  • Иловайский Д. И.: Царская Русь|2002
  • Шефов Н. А.: Древняя Русь|
  • Пенской В. В. Ливонская война 1558—1561 гг. Arxivləşdirilib 2017-06-02 at the Wayback Machine [Электронный ресурс] // История военного дела: исследования и источники. — 2014. — Специальный выпуск II. Лекции по военной истории XVI—XIX вв. — Ч. I. — C. 133—217.
  • Пенской В. В. Начало Ливонской войны: набег русских войск в Ливонию зимой 1558 года // Научные ведомости Белгородского государственного университета. Серия: История. Политология (23). Белгород: НИУ БелГУ. 2012. 82—88. ISSN 2075-4558.
  • Пенской В. В. Очерки истории Ливонской войны. От Нарвы до Феллина. 1558—1561 гг. Новейшие исследования по истории России; Вып. 5. ЗАО «Центрполиграф». 2017. səh. 254. ISBN 978-5-227-07698-4.
  • Филюшкин А. И. Дискурсы Ливонской войны // Ab Imperio: Теория и история национальностей и национализма в постсоветском пространстве. — 2001. — № 4. — С. 43-80.
  • Фречнер Р. Новые источники о миссии Г. Шлитте // Репрезентация власти в посольском церемониале и дипломатический диалог в XV — первой трети XVIII века. Третья международная научная конференция цикла «Иноземцы в Московском государстве» … 19—21 октября 2006 года : тезисы докладов. — М.: Гос. историко-культурный музей-заповедник «Московский Кремль», 2006.
  • Филюшкин А. И. Ливонская война или Балтийские войны? К вопросу о периодизации Ливонской войны // Балтийский вопрос в конце XV—XVI вв.: сборник научных статей (1000 nüs.). М.: Квадрига. Редкол.: Ю. Г. Алексеев и др. 2010. səh. 512. ISBN 978-5-91791-027-7.
  • Филюшкин А. И. Русско-литовская война 1561—1570 и датско-шведская война 1563—1570 гг. [Электронный ресурс] // История военного дела: исследования и источники. — 2015. — Специальный выпуск II. Лекции по военной истории XVI—XIX вв. — Ч. II. — C. 219—289 <[1] Arxivləşdirilib 2022-06-08 at the Wayback Machine> (10.02.2015)
  • Филюшкин А. И. Окончание Ливонской войны 1558—1583 гг.: «Московская война» (1579—1582) [Электронный ресурс] // История военного дела: исследования и источники. — 2015. — Специальный выпуск II. Лекции по военной истории XVI—XIX вв. — Ч. II. — C. 292—398 <[2] Arxivləşdirilib 2022-06-08 at the Wayback Machine> (21.04.2015)
  • Филюшкин А. И. Изобретая первую войну России и Европы: Балтийские войны второй половины XVI века глазами современников и потомков. Studiorum Slavicorum Orbis (1000 nüs.). СПб.: Дмитрий Буланин. 2013. 880. ISBN 978-5-86007-726-3.
  • Форстен Г. В. Балтийский вопрос в XVI и XVII столетиях (1544—1648). — СПб, 1893. — Т. 1: Борьба из-за Ливонии. — 731 с.
  • Хорошкевич|2003|Хорошкевич А. Л. Россия в системе международных отношений середины XVI века. — М.: Древнехранилище, 2003. — 620 с.
  • Erich Donnert. Der livländische Ordensritterstaat und Russland: Der livländische Krieg und die baltische Frage in der europäischen Politik 1558—1583 (alm.). Berlin: Rütten & Loening. 1963.
  • Frost R. I. The Northern Wars: War, State and Society in Northeastern Europe, 1558—1721 (ing.) (2nd ed). N. Y.: Routledge. 2014. ISBN 978-0-582-06429-4.
  • Walther Kirchner. The Rise of the Baltic Question (ing.) (2nd ed). Westport, Conn: Greenwood Publishing. 1970. ISBN 978-0-8371-3009-5.
  • Madariaga I. Ivan the Terrible. First Tsar of Russia (ing.). New Haven & London: Yale University Press. 2006. ISBN 978-0-300-11973-2.
  • Stancelis V. The Annexation of Livonia to the Grand Duchy of Lithuania: Historiographical Controversies // Lithuanian Historical Studies . 5 (ingilis). Vilnius: Lietuvos istorijos institutas. 2000. ISSN 1392-2343. 2018-07-13 tarixində arxivləşdirilib.
  • Tiberg E. Zur Vorgeschichte des Livländischen Krieges: die Beziehungen zwischen Moskau und Litauen 1549—1562 (alm.). Studia historica Upsaliensia; 134. Stockholm: Almqvist & Wiksell. 1984. ISBN 978-91-554-1509-9.
İngilis dilində

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]