Müqəddəs Sofiya kilsəsi (mak. Црква Света Софија, Crkva Sveta Sofija) — Makedoniya Respublikasının Oxrid bələdiyyəsində yerləşən, Osmanlı İmperiyası dövründə məscid olaraq fəaliyyət göstərən üç nefli orta əsrə aid kilsə.[1]
Pravoslav ortodoks | |
Oxrid Müqəddəs Sofiya kilsəsi | |
---|---|
mak. Црква Света Софија | |
Din | |
Yeparxiya | Oxrid Arxiyepiskopluğu |
Statusu | YUNESKO Ümumdünya irsi (1980[qeyd 1]) |
Yerləşməsi | |
Ölkə | Şimali Makedoniya |
Bölgə | Cənub-şərq |
Şəhər | Oxrid |
Memarlıq | |
İnşa tarixi | 1035-ci və 1056-cı illər arasında – XIV əsr |
Dövrü | Orta əsrlər |
Tikdirəni | |
Üslubu | Bizans memarlığı |
Bərpası | 1951 |
Vəziyyəti | Qorunur |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Bulqar dövlətinin dinini rəsmi olaraq Xristianlıqla dəyiməsindən sonra I Boris (852 — 889) dövründə tikilən kilsənin tikilmə tarixi haqqında dəqiq bir məlumat yoxdur. Tikili IX və ya XI əsrlərdə tikilmiş ola bilər.[2]
Şərqə baxan kilsənin qərbində bir narteks və eksonarteks, şimalında isə sonradan əlavə olunmuş bir portik mövcuddur. Müxtəlif mərhələlərdən keçən tikilinin ilk forması orta Bizans dövrünə aid əhəmiyyətli bir memari forma ortaya qoymaqdadır. Bu şəkildə XI əsrin regional meyllərinin yanında, Konstantinopolun Makedoniya və Oxrid Arxiyepiskopluğu üzərinə olan təsiri də görmək mümkündür. Kilsənin təməl arxitekturası XI əsrdə inşa edilmiş olmasına baxmayaraq XIV əsrdə Arxiyepiskop II Qreqori tərəfindən əlavələr edilmişdir. Bu üç nefli bazilika qərbi hissəsibə 1313-cü və ya 1314-cü illərdə əlavə edilən hissə memarlıq tarixinə nəzərən əhəmiyyət daşımaqdadır.[3]
Oxrid şəhərinin ən böyük kilsəsi olan Müqəddəs Sofiya kilsəsi, Konstantinopoldakı Aya Sofya kimi fəthdən sonra məscidə çevrilmiş və şəhərin ilk və ən böyük məscidi olmuşdur. Oxriddə yerləşən Müqəddəs Sofiya kilsəsi, məscidə çevrildiyində bir sıra dəyişikliklərə məruz qalmışdır. Səmavi Eyicenin yazdıqlarına görə bu gün heç bir izi qalmayan məscid minarəsi kilsənin narteks hissəsinin sol tərəfindəki qübbəsinin tam ortasında yerləşirdi.[4]
Oxrid şəhərinin Yuqoslaviya idarəsinə keçməsinin sonra kilsəyə çevrilmiş məscidin divarlarında olan və XI, XII və XIII əsrlərdən qalma freska şəkillər bərpa işləri nəticəsində tamamilə təmizlənmişdir.[5]