Müqəddəs viteks

Müqəddəs viteks (lat. Vitex agnus-castus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin viteks cinsinə aid bitki növü.

Müqəddəs viteks
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Afrika, Avropa, Asiyanın mülayim iqlim zonası və subtropikləri, Ön Asiya, Cənubi Qafqaz, orta Asiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4–8 m olan ağacvari koldur. Bitki sıx, yapışıq tükcüklərdən ibarət boz keçəldir. Budaqları qonur, dörd hissəli, kəskin qoxuludur. Yarpaqları iri, uzun saplaqlarda (4 sm), üzbəüz yerləşmiş, barmaqvari mürəkkəb, 5-7 xırda yarpaqlıdır, yalançı zoğları yoxdur. Çiçəkləri çoxsaylı, açıq bənövşəyi, iki dodaqlı, sıx süpürgəvari sünbülvari çiçək quruplarında budaqların uclarında yığılmışdır. Kasacığı beş hissəli, bitişik yarpaqlı, boruvari formalı, uzunluğu 9 mm-dir. Dörd erkəkciyi çiçək tacının üzərindən yuxarı çıxır. Çiçək tacının rəngi zəif mavidir. Meyvəsi qara, dörd yuvalı, şarşəkilli, diametri 3–4 mm olan quru çəyirdəkdir. İyundan oktyabradək çiçəkləyir, oktyabr-noyabrda meyvə verir.

Torpağa tələbkar deyil, daşlı, qumlu, gillicəli torpaqlarda bitir, duza davamlıdır. Dəniz səviyyəsindən 400 m hündürlükdə, su mənbələrinin sahillərində, dağ yamaclarında bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Həm dеkоrativ, həm də balvеrən bitkidir. Bütün hissələrində alkоlоidlər, aşı maddələri, vitaminlər, mikrоеlеmеntlər, еfir yağları vardır. Bitkinin budaq və mеyvələrinin dəmlənməsi müхtəlif dəri хəstəliklərində istifadə edilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Agnus-castus alba Carrière
  • Agnus-castus macrostachya Carrière
  • Agnus-castus robusta (Lebas) Carrière
  • Agnus-castus vulgaris Carrière
  • Agnus-castus vulgaris var. alba (Weston) Carrière
  • Vitex agnus Stokes
  • Vitex agnus var. integerrima Stokes
  • Vitex agnus-castus f. alba (Weston) Rehder
  • Vitex agnus-castus var. alba Weston
  • Vitex agnus-castus f. albiflora Moldenke
  • Vitex agnus-castus var. angustifolia Aiton
  • Vitex agnus-castus f. caerulea (Rehder) Moldenke
  • Vitex agnus-castus var. caerulea Rehder
  • Vitex agnus-castus subsp. haussknechtii Bornm.
  • Vitex agnus-castus f. laciniosa (Ces.) Moldenke
  • Vitex agnus-castus var. laciniosa Ces.
  • Vitex agnus-castus var. latifolia (Mill.) G.Don
  • Vitex agnus-castus f. latifolia (Mill.) Rehder
  • Vitex agnus-castus var. latifolia Aiton
  • Vitex agnus-castus var. pseudonegundo Hausskn.
  • Vitex agnus-castus f. rosea Rehder
  • Vitex agnus-castus var. serrata Moldenke
  • Vitex haussknechtii (Bornm.) Prain
  • Vitex hybrida Moldenke
  • Vitex integra Medik.
  • Vitex latifolia Mill.
  • Vitex lupinifolia Salisb.
  • Vitex negundo var. macrophylla Moldenke
  • Vitex pseudonegundo (Hausskn.) Hand.-Mazz.
  • Vitex robusta Lebas
  • Vitex verticillata Lam.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 638.