Müqəddimə — əsərin müəllifi tərəfindən yazılmış, kitabın və ya başqa ədəbi əsərə giriş. Əsərin əvvəlində fərqli şəxs tərəfindən yazılmış mətn ön söz adlanır, müqəddimədən əvvəl yazılır. Müqəddimə tez-tez ədəbi işin ərsəyə gətirilməsində kömək edənlərə minnətdarlığın ifadəsi ilə tamamlanır.
"Müqəddimə" sözü Azərbaycan dilinə ərəb dilindən keçmişdir. "Qabaq, ön" mənaları ilə bağlı bu söz qədəm, təqdim, əqdəm sözləri ilə qohumdur.[1]