Müqarna

Müqarna (ərəb. مقرنص‎) — İslam sənətindəki memarlıq strukturlarında görülən həndəsi bəzək növü.[1]

Bir müqarna nümunəsi

İslami bəzəkdə mistik məna həndəsi formaların və tənzimləmələrin uydurmasında gizlənir. Universal birlik və tarazlıq ideyası çox tərəfli və çoxbucaqlı ulduzlarla təcəssüm olunur. XII əsrin əvvəllərində Anadolu türk sənətində çox tərəfli və ya çoxbucaqlı ulduzlar dekorasiyada yeganə ifadə vasitəsi idi. Səthi bəzəkdə həndəsi dizayn yığımı prizmatik elementlərə çevrilmiş, prizmatik elementlərin yan-yana və üst-üstə gələrək formalaşdırdıqları bu bəzək növünə müqarna bəzəyi deyilir.[2][3][4]

  1. "Muqarnas | School of Islamic Geometric Design". 2018-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-12.
  2. Bloom, Jonathan M. "The Introduction of the Muqarnas into Egypt". Muqarnas. 5. 1988: 21–28. doi:10.2307/1523107. JSTOR 1523107.
  3. VirtualAni website. "Armenian architecture glossary". 2016-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-17.
  4. Stephennie, Mulder. The Shrines of the 'Alids in Medieval Syria : sunnis, shi'is and the architecture of coexistence. Edinburgh University Press. 2014. ISBN 9780748645794. OCLC 929836186.