Əbu Sumamə Məsləmə ibn Həbib əl-Hənəfi, daha çox Müseylimə əl-Qəza kimi tanınır (ərəb. مسيلمة الكذاب) — İslam ənənəsinə görə Ərəbistanın "yalançı peyğəmbərlərindən" (mütanabbi) biri.
Müseylimə | |
---|---|
ərəb. مسلمة بن حبيب | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | 633, 634[1] və ya 632 |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Müseylimə Şərqi Ərəbistanın əkinçilik bölgəsi olan Yamamada yaşayan Bənu Hənifə qəbiləsindən idi. Müseylimə Məhəmməd peyğəmbərə həsəd apararaq özünü Rəhman (Rəhmanizm) məbudunun peyğəmbəri və elçisi elan etmiş, onun adından trans halında danışmış və ərəbləri onu tanımağa çağırmışdır. O, fəaliyyətinə Məhəmməd peyğəmbərin sağlığında başlamış, hətta bir dəfə Məhəmmədə cəsarətli məktub yazaraq onu peyğəmbər kimi tanımağa və Ərəbistan yarımadasında onunla təsir dairələrini bölüşməyə çağırmışdır. Müseylimə şərab içməyi və birdən çox oğlan dünyaya gətirməyi qadağan edir və ardıcıllarından gündə üç vaxt namaz qılmasını tələb edirdi.
Təxminən 620-ci ildə Müseylimə, İslamı qəbul edən kral Sumama ibn Usala qarşı çıxdıqdan sonra, əsas Yamama şəhərinin sakinləri tərəfindən siyasi lider olaraq çağırılır.
Məhəmməd peyğəmbərin vəfatından sonra Müseylimə və tərəfdarlarının fəaliyyəti artır. Onlar gənc İslam dövləti üçün ciddi təhlükə yaratmağa başlayır. Təxminən 630-cu ildə Yamamada daxili mübarizə güclənir, Müseylimə tərəfdarları ilə yeni gələn müsəlmanlar arasında toqquşmalar baş verir və zadəganların bir hissəsi ona fəal şəkildə qarşı çıxır. 633-cü ildə Bənu Təmim Yəmamə basqın edir. Təmimilərə yalançı peyğəmbər Səcah rəhbərlik edirdi. Basqın Müsəylimənin məhsulun bir hissəsini onlara verməsilə bitir.
634-cü ildə saleh xəlifə Əbu Bəkr Xalid ibn Vəlidin komandanlığı ilə Müseylimə qarşı qoşun göndərir. Ərkəbə döyüşündə müsəlmanlar Müseylimənin qoşunlarını məğlub edir, özü və ən yaxın silahdaşları ər-Rahxal və Mühəkkim ibn ət-Tufeyl də öldürülür. Müseylimə Məhəmməd peyğəmbərin səhabəsi Vəhşi ibn Hərb tərəfindən öldürülür.