Müslim Qakayev

Hüseyn Qakayev (24 aprel 1973, Çeçen-İnquş MSSR24 yanvar 2013, Vedeno rayonu, Çeçenistan) — İkinci Çeçen müharibəsinin ən barışmaz komandirlərindən biri[1], separatçı, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı, 1994–1996 və 1999–2013-cü illərdə Çeçenistan ərazisində federal qüvvələrlə çeçen separatçıları arasında baş vermiş döyüşlərin iştirakçıs[2]ı. Qafqaz Əmirliyi Vilayət Noxçiyço Silahlı Qüvvələrinin Şərq Cəbhəsi Şali sektorunun komandir müavini olur (2007-ci ilin may ayından). Bu zaman müavin vəzifəsinə böyük qardaşı Hüseyn təyin edilir. Qafqaz Əmirliyi Vilayət Noxçiyçonun quruluşu yenidən təşkil edildikdən sonra Vilayət Noxçiyçonun Şərq Cəbhəsindəki Şali sektorunun əmiri (komandiri) vəzifəsinə təsdiqlənir[3].

Müslim Qakayev
Doğum tarixi 24 aprel 1973(1973-04-24)
Doğum yeri
Vəfat tarixi 24 yanvar 2013(2013-01-24) (39 yaşında)
Vəfat yeri

24 aprel 1973-cü ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Naurski rayonu, Kalinovskaya kəndində anadan olmuşdur[4].

Hüseyn və Müslin Qakayevlər altı qardaşından sonuncusudurlar. Camalay, Səid-Usman, Xasan və Rizvan Qakayevlə iki müharibə zamanı öldürülmüşdür[5]. Qakaev qardaşları uzun müddət ən "barışmaz" səhra komandirləri hesab olunurdu[6].

Müslimdə "Dunqa" təqəbi ilə tanınmışdır. Bir versiyaya görə bu ləqəbi ona futbolu çox sevən və oğullarını futbolçu kimi görmək istəyən atası Vaxa Qakayev vermişdir. Qakayevlərin dəstəsi əlli yaraqlıdan ibarət olmuşdur[7].

Müslim intiharçıların təlimi ilə məşğul olduğu etibarlı şəkildə məlumdur[8]. 2009-cu ildə bir video mesajında qardaşı ilə birlikdə sektorundan olan 20 şəhidin hücumlara hazır olduğunu söyləyir. Çeçenistanın güc strukturlarının nümayəndəsinin dediyi kimi, "Müslim Qakayev bir neçə il silahlıların düşərgəsində güc strukturlarının agenti olur". 11 avqust 2009-cu ildə təhlükəsizlik qüvvələri Qakayevin Şali sektoru tərəfindən 20 kamikadze hazırlamasına dair video açıqlaması ilə əlaqədar müqaviləyə xitam verir[9]. Ramzan Kadırov hüquq-mühafizə orqanlarına Qakayevləri ən qısa zamanda tapmağı və yerindəcə məhv etməyi vəzifəsi olaraq qoyur[10].

Çeçenistan Daxili İşlər Naziri Ruslan Alxanov 2010-cu ilin əvvəlindəki əsas hədəflər arasında bunları deyir:

" Dokka Umarovu, Qakayev qardaşlarını – Müslim və Xüseyni, habelə onların ən yaxın adamlarını tapmaq. Bu quldurlar xüsusilə qəddardır. Çoxsaylı terror hücumlarından, həm mülki vətəndaşların, həm də polislərin öldürülməsindən məsuldurlar” "

[11].

2012-ci ilin sentyabr ayının üçüncü ongünlüyündə Çeçenistan təhlükəsizlik qüvvələri Vedeno rayonunun meşələrində kiçik Qakayev üçün uzun və aramsız bir ova başlayır. Lakin xüsusi əməliyyat onun silahlıların təqibindən qaçması ilə nəticələnir. 24 yanvar 2013-cü ildə Çeçenistan Respublikasının Vedeno rayonu ərazisində keçirilən xüsusi əməliyyat zamanı, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə, Müslim Qakayev və qardaşı Hüseyn də daxil olmaqla 12 silahlı öldürülür[12]. Daha sonra Qakayevlərin ölümü çeçen yaraqlıları tərəfindən təsdiqlənir[13].

  1. "Муслим гакаев. Гакаев Муслим Вахаевич (амир Муслим). чеченский сепаратист и полевой командир, бригадный генерал, идеолог ваххабизма". warfields.ru. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  2. Кавказский Узел. "Гакаев Муслим Вахаевич (амир Муслим)". Кавказский Узел. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  3. "Шура амиров восточного направления Вилайята Нохчийчоь ИК. Лето 1433 г. (2012 г.)". 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  4. "Беслан Успанов. Найдены и уничтожены В горах Чечни ликвидированы одиозные главари боевиков братья Гакаевы Хусейн и Муслим Гакаевы". old.memo.ru (rus). 2020-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
  5. "Амир Муслим: «Я молил Аллаха, чтобы начался этот Джихад…»". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  6. "Хусейн Гакаев — исламистский повстанец, расколовший кавказское подполье". 2010-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  7. "Раскол Имарата Кавказ стал свершившимся фактом. Отступники". 2010-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  8. "Вооружённое противостояние на Северном Кавказе". 2011-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  9. Силовики в Чечне объявили одного из командиров боевиков своим агентом [ölü keçid]
  10. "Рамзан Кадыров призвал как можно скорее найти Хусейна и Муслима Гакаевых и уничтожить их на месте". 2012-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  11. "ВЗГЛЯД / Обрубили подручного". 2010-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  12. "В Чечне убиты полевые командиры братья Гакаевы". 2013-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  13. Подтверждена шахада братьев Гакаевых