Müsnəd İshaq ibn Rahaveyh

Müsnəd İshaq ibn Rahaveyh (ərəb. مسند إسحاق بن راهويه‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair sünni mühəddis İshaq ibn Rahaveyh tərəfindən tərtib edilmiş hədislər toplusu.

Müsnəd İshaq ibn Rahaveyh
ərəb. مسند إسحاق بن راهويه
Müəllif İshaq ibn Rahaveyh
Janr İslam
Orijinalın dili Ərəbcə
Ölkə

İshaq ibn Rahaveyh Mərvdən idi və müsəlman təqviminə görə 161 və ya 166-cı ildə anadan olduğu ehtimal edilir. Onun "İbn Rahaveyh" ləqəbi atasının Məkkəyə gedən yolda doğulması və Mərv sakinlərinin ona öz dillərində "yolda doğulmuş" mənasını verən "Rahaveyh" deyə müraciət etməsi ilə əlaqədardır. İshaq ibn Rəhaveyh hədis yazmaq və öyrənmək üçün bir çox şəhərlərə səfər etmişdir. Sonralar məşhur imam olan bir çox görkəmli alimlər İshaqdan dərs almışlar. Onların arasında: Hənbəli hüquq məktəbinin banisi Əhməd ibn Hənbəl, ən etibarlı hədislər toplusu olan "Səhih əl-Buxari"nin müəllifi Məhəmməd əl-Buxari, "Səhih Müslim"in müəllifi Müslüm ibn Həccac, Əbu İsa at -Tirmizi, ən-Nəsai və b.

Kitabın təsviri

[redaktə | mənbəni redaktə et]

İbn Rəhaveyhin "Müsnədi" hədislərin əsas mənbələrindən biri hesab olunur, Əhməd ibn Hənbəlin "Müsnəd"inə, İshaq ibn Rahaveyhin tələbələri olan və ondan hədislər nəql etmiş əl-Buxari və Müslimin toplularına əsasdır.

İshaq ibn Rahaveyhin "Müsnədi" bu günə qədər öz orijinal şəklində gəlib çatmamışdır. Hicri 10-cu əsrə qədər kolleksiya tam idi, sonra naməlum səbəblərdən bir hissəsi itirilir. Bizə çatan "Müsnəd"in dördüncü cildinə Əbu Hüreyrədən hədislərin sonuncu hissəsi (543 hədis), İbn Abbasdan hədislərin bir hissəsi (222 hədis), Məhəmməd peyğəmbərin zövcələrinin hədisləri (1550 hədis) daxildir. Bunlardan 1273 hədis Aişə binti Əbu Bəkrdən, 333 hədis isə Fatimə binti Məhəmməddən və digər səhabələrdəndir. Müsnəddən cəmi 2649 hədis var[1].

  1. Абдуль-Гафур Абдуль-Хакк Хусейн аль-Балуши. (PDF). Mədinə: Мактаба аль-Айман. 1990 http://ia600300.us.archive.org/16/items/eirkm/eirkm.pdf (#bare_url_missing_title). Имам Исхак ибн Рахавейх и его книга «Муснад»