Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu.
Müsnəd Əbu Əvanə | |
---|---|
ərəb. مسند أبي عوانة | |
Müəllif | Əbu Avanə əl-İsfərayni |
Janr | İslam |
Orijinalın dili | Ərəbcə |
Elektron versiya |
Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur.
Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır[1]. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir[2].