Müstəcib Ülküsal

Müstəcib Ülküsal (1899, Dobruca[d]10 yanvar 1996, İstanbul) — Krım tatar ictimai xadimi, "Emel" jurnalının yaradıcısı və naşiri.

Müstəcib Ülküsal
krımtat. Müstecib Ülküsal
türk. Müstecip Ülküsal
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 10 yanvar 1996(1996-01-10)
Vəfat yeri
Fəaliyyəti yazıçı, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIX əsrin ortalarında əcdadlarının Krımdan köçdüyü Rumıniyanın Dobruca əyalətində anadan olmuşdur.

1917-ci ildə Krımda Krım Tatar hökumətinin qurulduğunu öyrənəndə, dostları ilə Krıma gəlmiş və Foti Sala (indiki Qolubinka) kəndində müəllim işləməyə başlamışdır. Döyüşlər Krıma yaxınlaşdıqda, Avropaya qayıtmalı olur və Rumıniya və Bolqarıstanda yaşayır. Buxarest Universitetinin hüquq fakültəsini bitirmişdir, hüquqşünas kimi işləyirdi.

"Tonquç" ("İlkin") mədəniyyət mərkəzini yaradır, 1930-cu ildə dostları ilə birlikdə "Emel" ("Həmlə") jurnalını nəşr etməyə başladı.

1941-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçdü. 1941-ci ilin aprel ayında Türkiyə vətəndaşlığını alır və ömrünün sonuna qədər burada yaşayır.

1942-ci ildə o, Cəfər Seyidəhməd ilə Berlinə gələrək, Krımda Milli Krım Tatar hökumətinin yaradılmasını israr edir, lakin onun bu təklifi anlayışla qarşılanmadığından Türkiyəyə qayıdır.[1] Daha sonra türk mətbuatında Krım tatarlarının deportasiyası və kommunist rejimli ölkələrdə (Rumıniya, Bolqarıstan) onlara qarşı edilən repressiyalar barədə məqalələr dərc edir.

1960-cı ilin noyabr ayında bir qrup Krım tatarının təşəbbüsü ilə müharibədən əvvəlki nəşrin davamı olaraq "Emel" jurnalı Ankarada nəşr olunmağa başladı. Müstəcib Ülküsalın məqalələri qəzetdə nəşr olunurdu. 1976-cı ildə təqaüdə çıxdı.

10 yanvar 1996-cı ildə İstanbulda vəfat etmişdir.

  1. "Заложники войны: оккупация Крыма (1941—1944)". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]