Müxtəlifrəngli sovka (lat. Euchalcia obscurior) — pulcuqqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid kəpənək növü.
Müxtəlifrəngli sovka | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Müxtəlifrəngli sovka |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qanadları açılmış halda 32–38 mm-dir. Ön qanadları sarı-yaşıl rəngdə olub, əsası və orta hissəsi qırmızımtıldır. Eninə uzanan zolaqlar sarımtıl-bozdur, dalğalı zolaq açıq rəngdədir, dişli deyil, azacıq əyridir, yumru naxış aydın görünmür, ağ haşiyəlidir. Arxa qanadlar qonuru-bozdur, ətraf saçaqları qırmızımtıldır.[1]
Avropa və Rusiyada, Orta Asiyada, Cənubi Sibirdən Yaponiyaya qədər olan ərazilərdə rast gəlinir. Azərbaycanda isə Böyük və Kiçik Qafqazın 2000 m hündürlükdə dağ-meşə qurşağında, dağətəyinin daşlı yamaclarında rast gəlinir.[2]
Kserofit stasiyalar və dağ-meşə biotoplarında. Tırtıl mərhələsində qışlayır. Yaza, may və avqust aylarında tırtılı güləvər, qaytarma, kəpənəkçiçək, üsküotu üzərində yaşayır. Kəpənəyi iyun, iyul və avqustda uçur. Bir nəsil verir.[3]
Azsaylıdır.
Yaşadığı biotopların və meşələrin əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.