Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri.
Müzəffər Aləm | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1882[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1973[1] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi.
Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi.
Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi. Elə həmin ildə sərhəng (polkovnik) rütbəsində Xorasan ordusunda vəzifə tutdu. Ona bu işdə hərbi nazir Əhməd xan Qəvaməddövlə yardım göstərmişdi. Orduda Salari-Müzəffər ləqəbini daşıyırdı. Ardınca sərtib (general-mayor) rütbəsi aldı.
Müzəffər xan 1911-ci ildə Kürdüstan əyalətinə vali göndərildi.
Müzəffər xan Aləm bir müddət nəzmiyyə idarəsinin rəisi Yeprem xanın müavini olmuşdu. 1912-ci ildə Yeprem xan öldürüləndən sonra Nəzmiyyə idarəsinə (İran Polis təşkilatına) rəhbərlik etməyə başladı. Sultan Əhməd şah Qacar ona Sərdari-İntisar ləqəbi verdi.
Müzəffər xan Aləm 1918-ci ildə Mirzə Həsən xan Vüsuqəddövlənin baş nazirliyi dönəmində İsmayıl ağa Simitqonun məhv edilməsi üçün Cənubi Azərbaycana göndərildi.
Müzəffər xan Aləm Cənubi Azərbaycan ordusuna komandanlıq etmişdi. Orda valinin müavini olmuş, Şeyx Məhəmməd Xiyabaniyə qarşı vuruşmuşdu.
Müzəffər xan Aləm sonra İsfahan ordusuna komandanlıq etmişdi.
Müzəffər xan Aləm 1923-cü ildə yenidən İran polisinə rəhbərlik etmişdi. 1924-cü ildə Kürdüstana vali göndərilmişdi. Sonra ard-arda Xəlici-Fars limanına, Lorestan, Fars və Azərbaycan əyalətlərinin başçısı olmuşdu.
Müzəffər xan Aləm 1936-cı ildə İran Ticarət təşkilatına rəhbərlik etmişdi.
Müzəffər xan Aləm 7 mart 1939-cu ildən 20 aprel 1943-cü ilədək İranın Xarici İşlər vəziri olmuşdu.
Müzəffər xan Aləm 1973-cü ildə Tehran şəhərində vəfat etdi.