Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi.
Müzəffər Nərimanov | |
---|---|
Nərimanov Müzəffər Əliəkbər oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Atası | Nərimanov Əliəkbər Ələsgər oğlu |
Anası | Sitarə Bəyim Mir İbrahim qızı |
Həyat yoldaşı | Marina Alekseyevna Nərimanova |
Uşağı | Cəmilə (1925) |
Vikianbarda əlaqəli mediafayllar |
Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır.[1]
ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.[1]
Müzəffər Əliəkbər oğlu Nərimanov 1937-ci ildə sentyabrın 3-də Mir Cəfər Bağırov tərəfindən həbs edilmişdir. Saxtalaşdırılmış materiallar əsasında onun barəsində irəli sürülən ittihama görə Nərimanov Azərbaycanda fəaliyyətdə olan əksinqilabi təxribatcı və ziyanverici trotskiçi-terrorçu təşkilatın rəhbərlərindən biri kimi alman və türk kəşfiyyatı ilə xəyanətkar əlaqəyə girərək onların tapşırığı ilə Azərbaycanın xalq təsərrüfatına ziyan verən diversiya işlərini həyata keçirmişdir.
İstintaq zamanı M.Nərimanov 200 nəfər haqqında ondan tələb olunan ifadəni vermişdir.
Azərbaycan SSR PNIX-nın 1937-ci il 13 oktyabr tarixli qərarına müvafiq olaraq, o, SSRİ PNIX-nın sərəncamına göndərilmişdir.
RSFRSR CM-nin 58-1 “a”, 58-2, 58-7, 58-8 və 58-11 maddələri ilə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Müzəffər Nərimanov ən yüksək cinayət cəzasına- bütün əmlakı müsadirə edilməklə - güllələnməyə məhkum edilmişdir. 1938-ci il aprelin 21-də Müzəffər Nərimanov Moskvada güllələnmişdir.[2]