Məşədi İbad (fars. مشهدی عباد) — Azərbaycan əsilli İran rejissoru Səməd Sabahi tərəfindən 1953-cü ildə çəkilmiş musiqili komediya filmi. Film Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" adlı operettası əsasında çəkilmişdir.[1]
Məşədi İbad | |
---|---|
fars. مشهدی عباد | |
| |
Janr | musiqili komediya |
Rejissor | Səməd Sabahi |
Prodüser | Əzizulla Kürdvani |
Əsərin müəllifi | Üzeyir Hacıbəyov |
Ssenari müəllifi | Səməd Sabahi |
Baş rollarda |
|
Operator | Nuri Həbibi |
İlk baxış tarixi | 29 aprel 1953 |
Müddət | 88 dəq. |
Ölkə | |
Dil | Azərbaycan dili |
Rəng | rəngli |
IMDb | ID0347510 |
Filmin adını daşıyan baş qəhrəman Məşədi İbad qoca kişidir. O, müflisləşmiş tacir Rüstəm bəyin qızı Gülnara aşiq olub. Rüstəm bəy borclarını ödəməyə bir yol axtarır və buna görə də onların evliliyinə razı olur, ancaq Gülnar Sərvər adlı gənc oğlanı sevir. Məşədi İbad Gülnar ilə evlənməyə hazırlaşır. Evlilik günündə qarışıqlıq baş verir və Sərvər Məşədi İbadı həm biabır edir, həm də ki Rüstəm bəyin borclarını ödəməsinə vadar edir.[2]