Səməd Sabahi

Səməd Sabahi (1914, Bakı1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi.

Səməd Sabahi
Doğum tarixi 1914
Doğum yeri
Vəfat tarixi 1978
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti ssenarist, kinorejissor, rejissor
IMDb ID1173144

Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya MüharibəsiBöyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır.

İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir. Bu ailələrin bəziləri Sibirə, bəziləri İrana sürgün edilir.

Qırmızı Ordunun komandanlığı altında yayımlanan "Vətən Yolunda" qəzetində 1941–1946-cı illər ərzində Səməd Vurğun, Süleyman Rüstəm, Ənvər Məhəmməd, Cəfər Xəndan, Məmməd Rahim, Osman Sarıvəlli, Mirzə İbrahimov, Qulam Məmmədli kimi bir sıra yazıçı və şairlərlə birgə məqalələri çıxıb. bir sıra məqalələri çıxıb.

Ancaq onun əsas fəaliyyəti meydanı teatr idi. Teatrda o, Cəfər Cabbarlının "Sevil", "Od Gəlini", "Aydın" və "1905", M.F. Axundovun "Hacı Qara", Hüseyn Cavidin "Şeyx Sənan", Üzeyir Hacıbəyovun "Məşədi İbad", Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərlərini tamaşaya qoymuşdu. Bu tamaşalarda Əsədi, Şərifzadə, Rizvan, Əhmədzadə kimi aktyorlar yer almışdı. Həmçinin bəzi tamaşalarda özü də aktyor kimi səhnədə yer alırdı.

Sonrakı illərdə Tehrana köçən Səməd, burada teatr fəaliyyətini davam etdirib. Teatrda fəaliyyətdən sonra 1953-cü ildə çəkdiyi "Məşədi İbad" filmi ilə kino fəaliyyətinə daxil olub.

1977-ci ildə Tehranda vəfat edib.

  1. Məşədi İbad (film, 1953)
  2. İtkin (film, 1954)
  3. Aşiqlərin Baharı (film, 1960)
  4. Arşın Mal Alan (film, 1960)
  5. Aliş, qaraşı qız (film, 1964)
  6. Qiyamçı (film, 1965)
  7. Xəzinə və Əzab (film, 1967)
  8. Möhtəşəm Sabah (film, 1967)
  9. Sonuncu Döyüş (film, 1972)
  • "Samad Our Theater / Rahim Raisnia — ishiq.net
  • Biography of Samad Sabahi — miyab.ir

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]