Məşədi Əbdül Muradlı

Məşədi Əbdül Hüseynəli oğlu Muradlı (Məşədi Əbdül Şahin) – şair.

Məşədi Əbdül Şahin
Məşədi Əbdül Hüseynəli oğlu Muradlı
Təxəllüsü Шахин, Рахзан
Doğum tarixi
Doğum yeri Şuşa
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti şair
Vikimənbənin loqosu Məşədi Əbdül Şahin Vikimənbədə

Məşədi Əbdül Şahin 1844-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Əsasən Petrovskidə alış-veriş edirdi. Şahin və Rahzən təxəllüsləri ilə şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Qarabağın xoştəb və əhli-zövq şüəralarından birisi də Əbdül ibn Hüseynəli ibn Məşhədi Muraddır, amma mərhum Əbdül anasının adı ilə məşhur idi. Belə ki, cəmi Qarabağ əhli ona Fatıoğlu Əbdül deyərdi. Təvəllüdü və həmçinin təlimü tərbiyəsi Şuşa qalasında olubdur. İyirmi il bundan əqdəm köçüb Petrovskiyə orada alış-veriş ilə məşğul olurdu. Bir neçə sənə bundan irəli vəfat edibdir. Sinni əlli beşdən altmışa kimi çatmışdı".

Məşədi Əbdül Şahin 1900-cü ildə vəfat edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • Ənvər Çingizoğlu. Məşədi Murad uşağı. "Soy" dərgisi, 10(18) 2008