Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir — xanlıq dönəmində divanxana fərraşı, məaf.
Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir | |
---|---|
Məşədi Bayramqulu ağa Mustafa ağa oğlu Yağləvəndli-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa |
Məşədi Bayramqulu ağa Mustafa ağa oğlu 1782-ci ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Əslən Cavanşir-Dizaq mahalının Yağləvənd obasındandı. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Öncə İbrahimxəlil xanın, sonra Mehdiqulu xanın hakimiyyəti dönəmində Divanxanada fərraş kimi xidmət etmişdi.
Mehdiqulu xan özəl təliqə ilə Məşədi Bayramqulu ağanı vergilərdən azad etmişdi. Kameral siyahılarda məaf kimi qeyd olunub. Məşədi Bayramqulu ağa Mehdiqulu xana bir dabbaqxana satmışdı. O, Xorasan və Məşhəd şəhərlərini ziyarət etmişdi.
Məşədi Bayramqulu ağa Anaxanım xanımla ailə qurmuşdu. Kəlbəli, Süleyman, Həsənəli adlı oğulları, Sənəm, Qönçə və Əziz adlı qızları vardı.