Məşidət Qairbəyova

Məşidət Hacıyevna Qairbəyova (29 dekabr 1927, Axvax rayonu, Dağıstan MSSR22 noyabr 2015) — Sovet və Rus Avar şairəsi, Dağıstan xalq şairəsi (1969), nasir, dramaturq və ictimai xadim.

Məşidət Qairbəyova
Doğum tarixi 29 dekabr 1927(1927-12-29)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 2015(2015-11-22) (87 yaşında)
Təhsili
Fəaliyyəti yazıçı
Əsərlərinin dili rusavar dilləri
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Məşidət Qairbəyova, Dağıstan və rus ədəbiyyatının inkişafına önəmli töhfələr verib.

Məşidət Qairbəyova, erkən yaşlarından şeir yazmağa başlamışdı. Məşidə artıq məktəb illərində əsl şair hesab olunurdu. Məşidət avarrus dillərində yazırdı. Məşidət xanım Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Onun əsərləri 1948-ci ildən nəşr olunur. Onun “Dağ qadınının sözü” (1952, rus dilinə tərcümə, 1955) və “Zirvəyə gedən yol” (1958, rus dilinə tərcümə, 1960) şeirləri toplularında Dağıstanın həyatındakı sosialist dəyişiklikləri ətraflı şəkildə təsvir edilmişdir. Odlu sətirlərini Məşidət xanım dünyanı qorumaq mövzusuna həsr etmişdir. Məşidət xanım “Uzaq bacı” (1954), “Yarımçıq məktub” (1955), “Gəlinin ağ yaylığı” (1965), “Cinayətə görə cəza” (1967), “Qırmızı partizan qızı” (1968) şeirlərinin müəllifi. ), "Xoşbəxtlik uğrunda mübarizə" (1958) pyeslərinində müəllifidir. Dostları və onun poeziyasının pərəstişkarları Məşidəti Qairbəyovanı heç vaxt taleyin ağırlığı altında əyilməyən, ikiüzlülük və boşboğazlığa dözməyən, həmişə qadının şərəf və ləyaqət kodeksinə əməl edən qadın kimi səciyyələndirmişlər. Məşidət Qairbəyova bütün həyatı boyu əsl dağ qadını və uzdenizm prinsiplərinə sadiq qalmışdır. Ömrünün son illərində Məşidət Qayırbəyova tarixi mövzulara da müraciət etmişdir. O,İmam Şamilin şəxsiyyətləri, naibləri və müridləri ilə çox maraqlanıb.

1969-1975-ci illərdə Məşidət Hacıyevna Q.Tsadasa adına Avar Musiqili Dram Teatrının rəhbəri olub.[1]

Məşidət Hacıyevna SSRİ Yazıçılar İttifaqının üzvü idi.

Məşidət Hacıyevna 22 noyabr 2015-ci ildə 88 yaşında dünyasını dəyişib.[2]

  • 1952 "Dağlı qadınının sözü"
  • 1959 "Zirvəyə gedən yolda"
  • 1954 "Uzaq bacı"
  • 1955 "Yarımçıq məktub"
  • 1965 "Gəlinin ağ şalı"
  • 1967 "Cinayətə görə cəza"
  • 1968 "Qırmızı partizanın qızı"

Məşidət xanım 2 ordenlə təltif olunub. O, Süleyman Stalski adına Respublika mükafatı laureatı, "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenlərinin sahibi olmuşdur.

  1. "«Машидат Гаирбекова: Интеллект и сила духа»". 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  2. "Ушла из жизни аварская поэтесса Гаирбекова Машидат Гаджиевна". 2019-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]