Məşum qadın (film, 2002)

Məşum qadın (fr. Femme Fatale) — rejissor Brayan de Palmanın filmi.

Məşum qadın
Femme Fatale
fr. Femme Fatale
Janr kriminal janrı,
Triller filmi,
erotik triller filmi
Rejissor Brayan De Palma
Ssenari müəllifi
Baş rollarda Rebekka Romiyn
Antonio Banderas
Piter Koyoti
Ri Rasmussen
Operator Tyerri Arboqast
Bəstəkarlar en:Ryuchi Sakamoto
Nüell Çeyz
Patrick Doyll
Distribütor Warner Bros., Netflix
İlk baxış tarixi 2002, 27 mart 2003[1]
Filmin növü Bədii film
Müddət 114 dəq.
Büdcə $35 milyon
Gəlir $16.8 milyon
Ölkə Fransa Fransa
Dillər İngiliscə
Fransızca
İl 2002
Rəng rəngli
Çəkiliş yeri Kann
IMDb ID0280665

Baş qəhrəman Lora Ash ziynət əşyalarını oğurlamaqda iştirak edir, amma o öz cinayət yoldaşlarını ataraq Parisə qaçır. Orada o özünü öldürməyə çalışan və ona çox oxşan qız görür. Həmin qız özünü güllələdikdən sonra Lora onun adını istifadə etməklə qızın təyyarə biletini götürür və ABŞ-yə qaçır. Təyyarədə o səfir ilə tanış olur. 7 ildən sonra o yenidən Parisə qayıdır, artıq Amerikanın Fransadakı səfirinin həyat yoldaşı qismində. Amma keçmiş cinayət şərikləri onun axtarışındadırlar və onların yeganə istəyi Loranın oğuraladığı ziynət əşyalarını tapmaq və onu öldürmək...

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Filmin əsas hadisələri ParisdəKannda cərəyan edir.
  • Əvvəlcə Lora rolu Uma Turmana təklif olunmuşdu, amma o hamilə olduğundan bu təklifdən imtina etmişdi.
  • Filmin sloqanı: «Nothing is more desirable or more deadly than a woman with a secret» (Heç bir şey gizli qadın qədər daha istəkli və daha ölümcül ola bilməz)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://www.kinokalender.com/film4045_femme-fatale.html.