Uma Karuna Turman (29 aprel 1970[1][2][…], Boston[3]) — amerikalı aktrisa və keçmiş model. Ən çox rejissor Kventin Tarantinonun filmlərindəki rolları ilə tanınır. 1994-cü ildə rol aldığı "Kriminal qiraət" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatlarına namizəd göstərilib.[4] O, Kvenintin "Kill Bill" və "Kill Bill 2" filmlərində baş rolda çəkilmişdir.[5] Bu filmlərə görə yenidən "Qızıl Qlobus" mükafatına namizədlik əldə etmişdir.[6]
Uma Turman | |
---|---|
ing. Uma Thurman | |
| |
Doğum adı | Uma Karuna Thurman |
Doğum tarixi | 29 aprel 1970[1][2][…] (54 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | aktrisa, film prodüseri, kino aktrisası, model[d], ssenarist, televiziya prodüseri[d], televiziya aktrisası, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 1985-ci ildən |
Təhsili | |
Boyu | 183 sm |
Mükafatları |
|
IMDb | ID0000235 |
Vikianbarda əlaqəli mediafayllar |
Uma Karuna Turman 29 aprel 1970-ci ildə Massaçusets ştatının Boston şəhərində anadan olub.[7] Onun atası Robert Turman Hind-Tibet Buddist Tədqiqatları professoru və yazıçı olmuşdur.[8] Atası üç il Buddist rahibi kimi yaşamışdır. Umanın anası Nena fon Şlebrügge dəb modeli idi. Anası Nena, Mexiko şəhərində alman zadəgan və isveçli model Birgit Holmquistin ailəsində dünyaya gəlmişdir.[9]
Turman Buddist dəyərləri ilə böyüyüb. O, Şimali Hindistanın Uttarakhand ştatındakı Almora şəhərində təxminən iki il vaxt keçirmişdir.[10][11] Uma Massaçusets ştatının Amherst şəhərində boya-başa çatıb. Burada Amherst Regional Junior Liseyində oxuyub, sonralar Nyu-Yorkun Vudstok şəhərinə köçüb. Umanın Qanden (1967), Deçen Karl (1973) və Mipam (1978) adlı üç qardaşı var.[12] Onun atasının əvvəlki evliliyindən dünyaya gəlmiş Taya (1961) adlı ögey bacısı da var. O, həmçinin isveçli futbolçu Max von Schlebrügge ilə qohumdur.[13]
2004-cü ildə nəşr olunan bioqrafiyasında o, özünün yeniyetmə ikən utancaq və introvert olduğunu bildirmişdir. Başqaları onun görünüşünə və özünəməxsus adına lağ edirdilər, ona əsl doğum adı ilə müraciət etmək əvəzinə "Uma Karen" ləqəbi ilə ələ salırdılar.[14] Umanın cəmi on yaşı olanda dostunun anası ona rinoplastika etdirməyi məsləhət gördü. O, uşaq yaşlarında dismorfiyadan əziyyət çəkirdi.[15] On dörd yaşında ikən o, Massaçusetsdə yerləşən hazırlıq məktəbi Northfield Mount Hermon Məktəbində təhsil almağa başladı. Burada olduğu müddətdə o, The Crucible tamaşasında Ebiqeyl kimi çıxış etdi.[16] İstedad agentlikləri onun çıxışına heyran qalmışdılar. Onlar Umaya bununla peşəkarcasına məşğul olmaq şansı təklif etdilər. Bu heyrətamiz fürsəti düşünərək o, məktəbi atmaq və aktrisalıq karyerasına davam etmək qərarına gəldi.[17]