Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı – 13 oktyabr 1984, Bakı) — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949).
Məcid Şamxalov | |
---|---|
Doğum tarixi | 2 may 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1984 (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor, dramaturq |
Mükafatları |
|
Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir.
M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.
Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.