Qız qalası əfsanəsi (film, 1923)

Qız qalası əfsanəsi — rejissor Vladimir Ballyuzek tərəfindən 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində çəkilmiş və 1924-cü ildə buraxılmış səssiz Azərbaycan filmi. Film 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında bərpa olunmuşdur.

Qız qalası əfsanəsi
Filmin afişası.
Filmin afişası.
Janr dram
Rejissor Vladimir Ballyuzek
Ssenari müəllifi N.Breslav-Lurye
Baş rollarda Sofiya Jozeffi
Vaqram Papazyan
Hənəfi Terequlov
İsmayıl Hidayətzadə
Yevgeni Muromski
İbrahim Azəri
Rza Darablı
Kazım Ziya
Ağasadıq Gəraybəyli
Operator Vladimir Lemke
Rəssam Vladimir Ballyuzek
İstehsalçı AFKİ
İlk baxış tarixi 27 may 1924
Filmin digər adı Şərq ekzotikası
Filmin növü tammetrajlı bədii film
Müddət 54,5 dəqiqə
Ölkə SSRİ SSRİ
Dillər səssiz (titrlər azərbaycancaruscadır)
İl 1923
Bölüm sayı 2
Texniki məlumatlar 8 hissə
1527 metr
2 seriya
35 mm
Rəng ağ-qara
IMDb ID1407280

Hadisələr Köhnə Bakıda cərəyan edir. Səməd xan arvadı hamilə olduğu üçün narahatdır. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə ölür. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır və onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında ölmüş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata onu sevdiyini etiraf edir. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız qalasından özünü dənizə atıb intihar edir.

Filmin ssenari müəllifi N. Breslav-Lurye, quruluşçu rejissoru Vladimir Ballyuzek, quruluşçu operatoru Vladimir Lemke, quruluşçu rəssamı Vladimir Ballyuzek, qrim rəssamı Georgi Parisaşvili, rejissor köməkçisi Məmməd Əlili olmuşdur.

Film Azərbaycan Foto-Kino İdarəsinin Dövlət Kino Fabrikinin bazasında çəkilmiş ilk sovet Azərbaycan filmidir. Film 1923-cü ilin mayında tamamlansa da,[1] 27 may 1924-cü ildə tamaşaçılara təqdim olunmuşdur. Bu gecikmə texniki çətinliklər səbəbilə baş vermişdir. Filmin rejissoru çəkilişlərin çətin şəraitdə aparıldığını bildirmişdir.[2]

Film Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi — Qız qalası ilə bağlı Azərbaycan xalq əfsanələri motivləri əsasında çəkilmişdir. Filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət xətləri, üsyan epizodları verilmişdir. Çəkilişlərdə 1500 adam iştirak etmişdir. Filmdə aktyorlar Ağasadıq Gəraybəyli, Möhsün SənaniRüstəm Kazımovun oynadıqları ilk rollarıdır.

Film 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.

Filmin bərpa heyəti

[redaktə | mənbəni redaktə et]

Rejissor Azərbaycan xalqının tarixini, onun mədəniyyətini və məişətini yaxşı bilməməsi səbəbilə mövzunun real traktovkasına və milli koloritinə mənfi təsir göstərməsinə görə tənqid olunmuşdur. Buna baxmayaraq film kassada uğurlu olmuş və tamaşaçıların böyük marağına səbəb olmuşdur.[2]

  1. Газ. "Бак. рабочий". 7 октябрь 1923 г.
  2. 1 2 ""Qız qalası əfsanəsi" filminin 100 ili tamam olur". Azərtac. 28 may 2024. 28 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2024.
  • Газ. "Бакинский рабочий". 16 января 1924 г.
  • "Pravda" qəzeti, 2 aprel 1924-cü il.
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 35–36.
  • Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 19–20.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]