Məclis-i Məbusan

Məclis-i Məbusan (Osmanlı türkcəsi: مجلس مبعوثان) — Osmanlı imperiyasında 23 dekabr 1876 tarixli konstitusiyaya görə qurulmuş, birinci və ikinci məşrutiyyət dövrlərində fəaliyyət göstərmiş qanunvericilik orqanıdır. Padşah tərəfindən təyin edilən Soylular məclisi (ayan məclisi) və ümumi parlamentdən (məclis-i ümumi) ibarətdir.

Məclis-i Məbusan
Ümumi məlumatlar
Təsis tarixi 23 dekabr 1877, 23 iyul 1908
Ləğv olunma tarixi 14 fevral 1878, 11 aprel 1920
Sonrakı orqan Türkiyə Böyük Millət Məclisi

Məclis-i Məbusan 7 dönəm fəaliyyət göstərdi:

  1. 31 mart 1877–28 iyun 1877 tarixlərində
  2. 13 dekabr 1877–14 fevral 1878 tarixlərində
  3. 4 dekabr 1908–18 yanvar 1912 tarixlərində
  4. 18 aprel 1912–5 avqust 1912 tarixlərində
  5. 1914–21 dekabr 1918 tarixlərində
  6. 12 yanvar 1920–11 aprel 1920 tarixlərində

23 aprel 1920 tarixində isə Ankarada Böyük Millət Məclisi fəaliyyətə başladı.